2. ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və
mamalıq fəsadlarının tədqiqi metodikası”nın tətbiqi
ÜST-nin ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmalarının tədqiqi metodikası 3 mərhələ
üzrə tətbiq olunur: (1) ilkin qiymətləndirmə (və
ya təkrar qiymətləndirmə); (2) vəziyyətin təhlili
və (3) səhiyyə xidmətlərinin təkmilləşdirməsi
ilə əlaqədar tədbirlər. Burada 1-ci və 2-ci
mərhələ təsvir edilsə də, 3-cü mərhələ Şəkil 1-
də metodikanın konseptual quruluşuna daxili
edilib. Metodika ayrı-ayrı tibb müəssisələrində,
şəhər/rayon səhiyyə xidmətləri səviyyəsində və
ya ölkənin bütöv səhiyyə sistemini əhatə
etməklə tətbiq oluna bilər. Aşağıda metodikanın
ayrı-ayrı tibb müəssisələrində tətbiqi üçün
müvafiq prosedurlar təsvir edilib. Bu kitabçanın
4-cü bölməsində isə metodikanın şəhər və ya
rayon səviyyəsində tətbiqinə dair əlavə məlumat
verilib.
2.1. Konkret tibb müəssisəsi
səviyyəsində metodikanın tətbiqi
2.1.1. ÜST-nin “Ölümlə nəticələnməyən
hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının
tədqiqi metodikası”nda istifadə edilən terminlər
Burada ölümlə nəticələnməyən
hamiləlik/mamalıq ağırlaşmalarının tədqiqi
metodikasında geniş istifadə edilən terminlərin
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
7
izahı verilib. Əlavə 1-də verilmiş izahlı lüğətdə
klinik halların ölümlə nəticələnməyən
hamiləlik/mamalıq ağırlaşmalarına aid
edilməsinin meyarları təqdim edilib.
Hamiləliklə bağlı ciddi ağırlaşmalar “həyat
üçün potensial təhlükə yaradan hallar” kimi
müəyyən edilir. “Həyat üçün potensial təhlükə
yaradan” klinik hallarda çox geniş bir
kateqoriyadır və qadının həyatına hamiləlikdə,
doğuş zamanı və hamiləliyin bitməsindən sonra
təhlükə yaradan bir çox xəstəlikləri özündə
ehtiva edir. ÜST-nin Ana Ölümləri və
Xəstəliklərinin Təsnifatı üzrə İşçi Qrupu həyat
üçün potensial təhlükə törədən halların
siyahısını tərtib etmişdir (7). Bu kitabçada həyat
üçün potensial təhlükə yaradan beş klinik hal
daxil edilib:
–
ağır postpartum (doğuşdan sonra) qanaxma,
–
ağır preeklampsiya,
–
eklampsiya,
–
sepsis/ağır sistem infeksiyası və
–
uşaqlığın cırılması.
Hamilə qadınların sağlamlığına əlavə təsir edən,
lakin hamiləliklə bağlı ağırlaşmaların və ya
mamalıq fəsadlarının baş verməsinə səbəb
olmayan xəstəliklər və ya hallar yanaşı
xəstəliklər kimi qeyd edilir (11) (ətraflı məlumat
üçün Bölmə 2.1.4-ə baxın).
Əsas müdaxilələr həyat üçün təhlükə yaradan və
həyat üçün potensial təhlükə hesab olunan
halların müalicəsində istifadə edilən
tədbirlərdir. Bu kitabçada qan preparatlarının
transfuziyası, intervensional radiologiya və
laparotomiya (qeysəriyyə kəsiyi əməliyyatı
istisna olmaqla, histerektomiya və qarın
boşluğunda aparılan digər təcili cərrahi
müdaxilələr) məhz əsas müdaxilələr
kateqoriyasına daxil edilib.
İntensiv terapiya şöbəsinə köçürülmə xəstənin
24 saat ərzində tibbi nəzarət, mexaniki
ventilyasiya və vazoaktiv preparatların
yeridilməsini təmin edə bilən şöbəyə qəbuludur.
Ana ölümü hamiləlik zamanı və ya hamiləliyin
bitməsindən sonra 42 gün ərzində hamiləliyin
müddətindən və lokalizasiyasından asılı
olmayaraq, təsadüfi səbəblər istisna olmaqla,
hamiləliklə əlaqədar və ya hamiləlik fonunda
ağırlaşmalar səbəbindən (12) baş verən qadın
ölümüdür.
Ölümlə nəticələnməmiş hamiləlik və mamalıq
ağırlaşması halı dedikdə hamiləlik, doğuş və ya
hamiləliyin bitməsindən sonra 42 gün ərzində
yaranmış ağırlaşmalar nəticəsində ölümə yaxın
olan, lakin sağ qalan qadının klinik halı nəzərdə
tutulur (7,11). Praktik baxımdan isə həyat üçün
təhlükə yaradan vəziyyətdən sağ çıxmış (məs.,
orqan çatışmazlığı, postpartum qanaxma)
qadınlar ölümlə nəticələnməyən hamiləlik və ya
mamalıq ağırlaşması keçirmiş qadınlar
adlanırlar.
Ağır hamiləlik fəsadları isə özündə həm ana
ölümü hallarını, həm də ölümlə nəticələnməyən
hamiləlik və ya mamalıq ağırlaşmaları ilə
müşayiət olunan halları cəmləşdirir.
Proses göstəriciləri isə səhiyyə sistemində tətbiq
olunan prosedurların qiymətləndirilməsi üçün
istifadə olunur. Burada proses göstəriciləri ağır
fəsadların profilaktikası və müalicəsi məqsədilə
istifadə edilən əsas müdaxilələrin
qiymətləndirilməsi üçün nəzərdə tutulub. Əsas
müdaxilələrin istifadəsi barədə toplanan
məlumat sübuta əsaslanan tövsiyələrin reallıqda
tətbiqi vəziyyətini dəyərləndirməyə imkan verir.
Mama-ginekoloji şöbələr dedikdə, burada
hamiləlik, doğuş və zahılıq dövründə ciddi
ağırlaşmaları olan (məs., intensiv terapiya və ya
reanimasiya şöbələri, cərrahi bərpa şöbələri,
təcili tibbi yardım şöbələri, qan bankı, abort
otaqları və s.) qadınlara tibbi xidmət göstərən
şöbələr nəzərdə tutulur.
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
8
Diaqram 1. Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının
tədqiqi ilə bağlı yanaşmanın konseptual alqoritmi
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
9
2.1.2. Uyğunluq meyarları
Ölümlə nəticələnməyən hamiləlik və mamalıq
ağırlaşmalarının tədqiqi metodologiyasının
tətbiqi üçün ilk addım ağır fəsadları olan
qadınları müəyyənləşdirməkdir. Məlumatların
toplanılmasını və istifadəsini asanlaşdırmaq
məqsədi ilə və faydalı nəticələr əldə etmək üçün
hamiləliklə əlaqədar ağır fəsadları olan
qadınlardan ancaq zəruri məlumatları toplamaq
lazımdır.
Cədvəl 1-də ilkin qiymətləndirmənin giriş
meyarları sadalanıb. Bunlar hamiləlik və doğuş
zamanı, doğuşdan və ya abortdan sonra 42 gün
ərzində siyahıda sadalanan hər hansı vəziyyətlə
əlaqədar tibbi müəssisəyə qəbul olunan və ya
tibbi müəssisələrdə qaldığı zaman sadalanan
vəziyyətlərlə rastlaşan qadınlara aiddir. Bu
pozuntular hamiləliklə əlaqədar deyilsə (yəni
hamiləlik zamanı, ya da hamiləlikdən sonrakı
42 gün ərzində baş verməyib), qadın bu qrupa
daxil deyil. Tibbi müəssisəyə ölü vəziyyətdə
qəbul olunan və ya qəbul zamanı ölən qadınlara
da aiddir, çünki belə hallar çox güman ki, tibbi
yardımın ləngiməsi ilə əlaqədardır. Uyğun olub-
olmaması fəsadların baş verdiyi gestasion yaşla
məhdudlaşdırılmır (yəni abortdan və ya ektopik
hamiləlikdən sonra hər hansı giriş meyara
uyğun qadınlara da aiddir).
Cədvəl 1. Tibbi yardımın keyfiyyətinin ilkin qiymətləndirilməsinin giriş meyarları
Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları
və mamalıq fəsadlarının tədqiqi aşağıdakı
hallarda aparılmalıdır:
Ağır dərəcəli mamalıq fəsadları
• Zahılıq dövrünün ağır qanaxmaları
• Ağır preeklampsiya
• Eklampsiya
• Sepsis və ya ağır dərəcəli sistem infeksiyası
• Uşaqlığın cırılması
• Abortdan sonrakı ciddi ağırlaşmalar;
Əsas müdaxilələr və ya intensiv terapiya
şöbəsinə yerləşdirilmə
• İntensiv terapiya və ya reanimasiya şöbəsinə
qəbul
• İnvaziv radiologiya
• Laparotomiya (histerekomiya daxildir,
qeysəriyyə kəsiyi əməliyyatı istisnadır)
• Qan preparatlarının transfuziyası;
Həyat üçün təhlükəli hallar
• Ürək-damar çatışmazlığı
– Şok, ürək dayanması (nəbzin/ürək
döyüntülərinin olmaması və huşun
itirilməsi), vazoaktiv dərmanların
fasiləsiz infuziyası/inyeksiyası, ürək-
ağciyər reanimasiyasının aparılması, ağır
dərəcəli hipoperfuziya (qanda laktatın
səviyyəsi >5 mmol/l və ya >45 mg/dl),
ağır dərəcəli asidoz (pH <7.1);
• Tənəffüs çatışmazlığı
– Kəskin sianoz, çətinləşmiş tənəffüs, ağır
dərəcəli taxipnoye (tənəffüs sayı
dəqiqədə 40-dan çox), ağır dərəcəli
bradipnoye (tənəffüs sayı dəqiqədə 6-
dan az), anesteziya ilə bağlı olmayan
səbəblərə görə aparılmış intubasiya
və ağciyərlərin mexaniki ventilyasiyası, ağır dərəcəli
hipoksemiya (60 dəqiqədən çox müddət ərzində qanda
oksigenin (O2) saturasiyasının 90%-dən aşağı olması və
ya PAO2/FiO2 nisbətinin 200-dən aşağı olması)
• Böyrək çatışmazlığı
– maye infuziyası və ya diuretiklərə baxmayaraq
davam edən oliquriya, kəskin böyrək çatışmazlığı
səbəbindən aparılan dializ, ağır dərəcəli kəskin
azotemiya (qanda kreatininin səviyyəsi ≥300
μmol/ml və ya ≥3.5 mq/dL-dən yüksək olması)
• Koaqulopatiya/hematoloji pozuntular
– Laxtalanmanın pozulması, qan preparatlarının
massiv transfuziyası (≥5 vahiddən çox sayda qan
preparatlarının transfuziyası), kəskin ağır dərəcəli
trombositopeniya (qanda trombositlərin sayı 1 ml-
də <50 000-dən az olması).
• Qaraciyər çatışmazlığı
– Preeklampsiya ilə yanaşı müşahidə edilən sarılıq,
kəskin ağır dərəcəli hiperbilirubinemiya (qanda
bilirubinin səviyyəsi >100 μmol/l və ya >6.0
mq/dL-dən yüksək olması)
• Nevroloji pozuntular
– Huşun uzun müddətə itirilməsi (12 saatdan çox
davam etməsi) və ya koma (o cümlədən metabolik
koma), insult, kontrol olunmayan qıcolmalar və ya
epileptik status (lat. status epilepticus), tam iflic
(tetraplegiya).
• Uşaqlığın atoniyası
– Histerektomiya ilə nəticələnən uşaqlıq qanaxması
və ya infeksiyası
• Ana ölümü
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
10
2.1.3. Tədqiqat üçün meyarlara uyğun
gələn bütün qadınların müəyyənləşdirilməsi
Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları
və mamalıq fəsadlarının tədqiqi üçün bütün
uyğun gələn klinik halların müəyyənləşdirilməsi
çox əhəmiyyətlidir. Bütün münasib klinik
halların tədqiqata cəlb edilməsinə əmin olmaq
üçün təsvir edilən yanaşma əsasında tədqiqat
aparan qrup tibb müəssisəsinin fərdi
xüsusiyyətləri və növünə uyğun olaraq
əvvəlcədən müvafiq tədqiqat planı tərtib
etməlidir. Belə ki, tədqiqat kiçik tibb
müəssisələrində və ya ilkin səhiyyə xidməti
göstərən müəssisələrdə aparıldıqda, həmin
müəssisələrin əməkdaşları meyarlara uyğun
gələn klinik hal baş verdikdə, bu haqda tədqiqat
qrupuna xəbər verir. Bütün hallarda tibb
müəssisəsinin əməkdaşları tədqiqata daxil
edilmənin meyarları barədə detallı məlumat
almalı və bütün uyğun gələn halların
müəyyənləşdirilməsinin vacib olduğunu
anlamalıdırlar. Bu məqsədlə, məsələn, xəstəlik
və ya ambulator kartlarda müvafiq yaddaş
qeydlərinin qoyulması və ya şöbələrdə tədqiqata
dair (habelə tədqiqata daxil edilmənin meyarları
barədə) plakatların asılması faydalı ola bilər.
İkinci və üçüncü səviyyəli tibb müəssisələrində
tədqiqatın meyarlarının uyğun olan klinik
hallarının müəyyən edilməsi məqsədilə tədqiqat
qrupunun nümayəndələri və ya həmin
müəssisədə tədqiqata məsul olan şəxs hamilə
qadınlara xidmət göstərən müvafiq şöbələrə
(mama-ginekoloji şöbələr, təcili tibbi yardım
şöbəsi, doğum şöbəsi, reanimasiya şöbəsi və s.)
mütəmadi olaraq (ideal variantda hər gün) səfər
etməlidir.
Mama-ginekoloji şöbələrdə çalışan tibbi heyətlə
tədqiqatın məqsəd və vəzifələri barədə, habelə
tədqiqata daxil edilən klinik hallar barədə fərdi
və qrup müzakirələri aparılmalı, şöbələrin
divarlarında meyarları əks etdirən diaqramlar və
ya digər plakatlar asılmalıdır. Böyük çoxprofilli
xəstəxanalarda doğum və ginekologiya
şöbələrindən başqa digər şöbələrdə baş vermiş
reproduktiv yaşlı qadın ölümlərinin aşkar
edilməsi üçün müntəzəm olaraq meyitxanaya
qəbul edilmiş xəstələrin skrininqi tövsiyə edilir.
2.1.4. Məlumatların toplanması və
istifadəsi
Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları
və mamalıq fəsadlarının tədqiqi üçün
məlumatlar xəstənin ambulator kartı və ya
xəstəlik tarixindən əldə olunur. Adətən hər
müəssisədə bu cür məlumatlar arxivdə və ya
poliklinika şöbəsində saxlanılır. Əgər hər hansı
məlumatın dolğunluğu barədə suallar olarsa,
tədqiqatçılar müvafiq şöbələrin əməkdaşları ilə
əlaqə saxlamalıdırlar.
Hamiləlik və ya mamalıq ağırlaşması, həyat
üçün vacib əsas müdaxilələrin tətbiqi, intensiv
terapiya şöbəsinə yerləşdirilmə barədə qeydə
alınmış bütün klinik hallar müəyyən edilməli və
müvafiq məlumatlar toplanmalıdır. Həmçinin
hər bir klinik halla bağlı aşağıdakı mühüm
məlumatlar əldə edilməlidir:
–
xəstə ilə ilk kontaktın tarixi,
–
xəstənin hər hansı tibb müəssisəsinə
yönəldilməsi və onun tarixi,
–
tibb müəssisəsinə qəbul olunarkən xəstənin
klinik vəziyyəti,
–
hamiləlik, doğuş və ya doğuşdan sonra hər
hansı ağırlaşmaların olub-olmaması,
–
doğuşun növü (təbii, qeysəriyyə kəsiyi),
–
hamiləliyin nəticəsi (sağlam körpənin
doğulması, vaxtından əvvəl doğuş və s.),
–
ağır mamalıq fəsadlarının baş verməsinə
təsir edən digər faktorlar və ya yanaşı
xəstəliklər.
Əlavə 2-də minimum indikatorlar üzrə
məlumatların toplanması üçün nümunəvi sorğu
vərəqi təqdim edilib. Bu sorğu vərəqində son
bölmədə “Yanaşı/əlaqəli hallar” başlığı altında
müvafiq göstəricilər yer alıb. Onlardan dördü
(anemiya, İİV infeksiyası, əvvəllər aparılmış
qeysəriyyə kəsiyi, uzanmış və dayanmış doğuş)
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
11
həmin bölmədə sadalanmışdır. Bununla yanaşı
yerli şəraitdən asılı olaraq əlavə göstəricilərin
bu bölmədə qeyd edilməsi mümkündür.
Məsələn, qripə bənzər xəstəlik, malyariya,
neonatal ölüm və s. göstəricilər də istifadə edilə
bilər.
Hər bir tibb müəssisəsindən toplanan
məlumatlara həmin müəssisədə aparılan
doğuşların ümumi sayı və sağ körpə ilə
nəticələnmiş doğuşların ümumi sayı da əldə
edilməlidir. Hər bir tibb müəssisəsi barədə
detallı məlumat da təqdim edilməlidir, o
cümlədən müəssisənin göstərdiyi xidmətlərin
səviyyəsi (ilkin, ikinci və ya üçüncü səviyyəli),
resursların mövcudluğu, əhatə etdiyi əhali və ya
coğrafi ərazi barədə məlumat da daxil
edilməlidir.
Toplanan məlumatlar xüsusi məlumat bazasında
əks edilməlidir. Məlumatların saxlanması və
təhlilinə imkan verən müvafiq kompüter
proqramları və ya cədvəllər istifadə edilə bilər
(19, 20).
Məlumatların keyfiyyətliliyini təmin etmək
üçün aşağıdakı prosedurlar tətbiq edilə bilər:
1. “Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının
tədqiqi metodikası”nın yerli ehtiyaclara
adaptasiyası əsasında tədqiqat protokolunun
tərtib edilməsi. Bunu etdikdə aşağıdakı
mühüm məqamlar daim diqqətdə
saxlanmalıdır:
a) Yeni indikatorların əlavə edilməsindən
çəkinmək tövsiyə olunur. Əlavə
edilmiş yeni indikatorların ciddi təhlili
və araşdırılması tələb olunur. Belə ki,
indikatorların çoxluğu həm
məlumatların toplanması prosesini
çətinləşdirə, həm də məlumatların
etibarlığına təsir göstərə bilər.
b) Ən ağır mamalıq fəsadları və ya ciddi
hamiləlik ağırlaşmalarının əsas seçim
meyarı kimi istifadəsi tövsiyə edilir.
Əlavə meyarların tətbiqindən çəkinmək
tövsiyə olunur.
2. Müəssisədə tətbiqi planlaşdırılan tədqiqat
protokolunun bütün addımlarını təsvir edən
təlimat hazırlanmalıdır.
3. Tədqiqatda iştirak edəcək tibbi və qeyri-
tibbi həyət üçün təlimlər təşkil edilməlidir.
Bu təlimlər vasitəsilə həm tədqiqat
protokolunun istifadəsi, tədbirlərin
aparılmasına dair təlimat və tədqiqatda
istifadə edilən terminlərin izahlı lüğəti, həm
də meyarlara uyğun olan klinik halların
aşkar edilməsi və seçimi, tələb olunan
məlumatların əldə edilməsi qaydaları və ya
prosedurları təlim iştirakçılarının diqqətinə
çatdırılmalıdır.
a) Həyat üçün təhlükə yaradan hallara və
ana ölümü ilə nəticələnən hallara xüsusi
diqqət yetirilməlidir. Nəzərə almaq
lazımdır ki, bir qadında həyat üçün
təhlükə yaradan birdən çox hallar
müşahidə edilə bilər. Ana ölümü isə,
adətən həyat üçün təhlükə yaradan bir və
ya daha çox halların baş verməsindən
sonra qeydə alınır. Ana ölümü və ölümlə
nəticələnməyən hamiləlik ağırlaşmaları
və mamalıq fəsadları hallarında həyat
üçün təhlükə yaradan bütün halların
nəzərə alınması ciddi ağırlaşmalarla tibb
müəssisəsinə qəbul edilən qadınların
intensiv terapiyaya ehtiyaclarını
müəyyən etməyə imkan verir.
4. Məlumatların toplanması prosesi başa
çatdıqdan sonra onların təhlili tövsiyə
edilir. Bu təhlili sayəsində məlumatlarda
çatışmazlıqları və ya uyğunsuzluqları aşkar
etmək mümkündür.
5. Məlumatların iki məlumat bazasına daxil
edilməsi mexaniki səhvlərin azaldılmasına
yardım edə bilər.
6. Tədqiqatda iştirak edən qadınlara dair
məlumatların konfidensiallığını qorumaq
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
12
üçün qadınların kimliyini müəyyən etməyə
imkan verən məlumatlar (məs., qadının
fərdi indentifikasiya nömrəsi, xəstəlik
tarixinin nömrəsi, ambulator kartın
nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsi, adı
və s.) xüsusi jurnalda saxlanmalıdır. Həmin
jurnal təhlükəsiz yerdə saxlanmalı və yalnız
məlumatların dürüstlüyünü yoxlamaq üçün
və ya mübahisəli məsələlər ortaya çıxdıqda
istifadə olunmalıdır.
7. Məlumatlarda uyğunsuzluqlar müəyyən
edilən kimi aradan qaldırılmalıdır.
8. Məlumat bazasına daxil edilmiş
məlumatların 5%-nin təsadüfi seçim
əsasında müntəzəm olaraq yoxlanması
tövsiyə edilir.
9. Məlumatların məhz xəstəlik tarixləri,
ambulator kartlar və digər xəstəxana
sənədlərindən götürüldüyünü nəzərə alaraq,
həmin sənədlərin dürüstlüyü və tamlığı,
habelə orada qeyd edilən məlumatların
keyfiyyəti maksimal dərəcədə təmin
edilməlidir.
2.1.5. Seçim və müddətlər
Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları
və mamalıq fəsadlarının keyfiyyətli tədqiqi
üçün tələb olunan minimum xəstə sayı (və ya
klinik halların sayı) və bu məqsədlə istifadə
edilən proses göstəricilərinin minimum sayı
müəyyən edilməyib. Lakin mühüm nəticələr
əldə etmək üçün aşağıdakı formuladan istifadə
edərək tədqiq üçün tövsiyə olunan seçim sayını
müəyyən etmək olar.
Formula:
Ciddi hamiləlik ağırlaşmaları və ağır mamalıq
fəsadları olan klinik halların sayı təxminən hər
1.000 doğuşa 7.5-dir.
Cədvəl 2-də doğuşların ümumi sayından asılı
olaraq ciddi hamiləlik və mamalıq
ağırlaşmalarının gözlənilən sayı qeyd edilib.
ÜST-nin mütəxəssisləri tədqiqat üçün ciddi
hamiləlik və mamalıq ağırlaşmaları ilə müşayiət
olunmuş ən azı 20 klinik halın seçilməsini
tövsiyə edir. Daha kiçik seçim sayı keyfiyyətli
nəticələrin əldə edilməsi və dəqiq təhlilin
aparılmasına maneə ola bilər. Ginekoloji yardım
alan qadınların fərdi xüsusiyyətlərindən asılı
olaraq, maraq doğuran klinik hallar barədə
məlumatın toplanması müddəti müxtəlif ola
bilər. Məlumatın toplanması müddətinə,
həmçinin maliyyə resursları və digər
çətinliklər/məhdudiyyətlər təsir edə bilər.
(
ana ölümü halları) + (ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarıilə müşayiət olunan
halların sayı)
həmin müddət ərzində doğuş keçirən qadınların ümumi sayı
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
13
Cədvəl 2. Araşdırılan doğuşların ümumi sayına nisbətdə yuxarıda verilmiş meyarlara uyğun gələn
qadınların sayı və ağır hamiləlik/mamalıq ağırlaşmalarının olduğu gözlənilən qadınların sayı
a
Doğuşların sayı
1000
2000
4000
10000
Meyarlara uyğun gələcəyi gözlənilən qadınların gözlənilən
sayı
37 (15–75) 75 (37–300) 150 (75–300) 375 (187–750)
Ağır hamiləlik/mamalıq fəsadlarının olması gözlənilən
qadınların sayı
7 (3–15)
15 (7-30)
30 (15–60) 75 (37–150)
a. Uyğunluq meyarları Cədvəl 1-də verilib.
Cədvəl 3. Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının indikatorları
Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarıı dedikdə hamiləlik, doğuş və ya
hamiləliyin bitməsindən sonra 42 gün ərzində yaranmış ağırlaşmalar nəticəsində ölümə yaxın olan, lakin sağ
qalmış qadınların klinik hallar nəzərdə tutulur.
Ana ölümü təsadüfi və yanaşı səbəblər istisna olmaqla, hamiləlik zamanı və ya doğuşdan sonra 42 gün
ərzində hamiləliklə əlaqədar istənilən səbəbdən baş verən qadın ölümüdür.
Diri doğuş – nəfəs alan və ya həyat əlamətləri ilə uşağın doğulması ilə nəticələnən doğuşdur.
Ağır mamalıq fəsadlarına hamiləlik, doğuş və zahılıq dövründə həyat üçün təhlükə yaradan hallar (məs.,
orqan çatışmazlığı), o cümlədən ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadları və ana
ölümü daxildir.
Həyat üçün təhlükə yaradan halları olan qadınlar - ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və ya
mamalıq fəsadları olan və ya ölümü baş vermiş qadınlardır (məs., ağır mamalıq fəsadları olan qadınlar). Bura
ölümlə nəticələnməyən hamiləlik/mamalıq ağırlaşmaları ilə müşayiət olunan hallar və ana ölümü halları
daxildir.
Ağır mamalıq fəsadlarının nisbəti - hər 1000 diri doğuşa düşən həyat üçün təhlükə yaradan halları olan
qadınların sayıdır. Bu göstərici müəyyən ərazidə
tələb olunan tibbi xidmət və ehtiyac duyulan resurslar barədə məlumat verir.
Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının nisbəti - hər 1000 diri doğuşa
düşən ölümlə nəticələnməyən hamiləlik/mamalıq ağırlaşmalarının sayıdır. Yuxarıdakı göstərici ilə yanaşı bu
göstərici də müəyyən ərazidə ehtiyac duyulan tibbi xidmət və resursların həcmi barədə məlumat verir
Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının ölüm hallarına olan nisbəti.
Nisbətin yüksək olması tibbi xidmətin yüksək səviyyədə olduğundan xəbər verir.
Ölüm indeksi (Mortality İndex) - həyat üçün təhlükə yaradan halları olan xəstələr arasında ana ölümü
hallarını ifadə edir və faizlə göstərilir. İndeks artdıqca həyat üçün təhlükə yaradan hallardan ölən qadınların
ölüm hallarının artmasını göstərir (tibbi xidmətin keyfiyyətinin aşağı olmasına dəlalət edir). Əksinə, indeksin
aşağı olması o deməkdir ki, həyat üçün təhlükə yaradan halları olan qadınlar arasında ölüm halları daha azdır
və bu tibbi xidmətin keyfiyyətli olmasından xəbər verir.
Perinatal nəticələrin indikatorları (məs., perinatal ölüm, neonatal ölümün və ya ölü doğuşların faizi) ölümlə
nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadları ilə yanaşı tibbi xidmətlərin keyfiyyətinin
qiymətləndirilməsinə yardımçı ola bilər
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
50> Dostları ilə paylaş: |