Mühazirə 5 (2 saat) Nİtq və TƏFƏKKÜRÜn təDQİQİ metodlari, bu anlayişlarin formalaşMASINIn təDQİQİ



Yüklə 47,5 Kb.
tarix17.05.2023
ölçüsü47,5 Kb.
#114970
növüMühazirə
Mühazirə 5. Nitq və təfəkkürün tədqiqi metodları, bu anlayışların formalaşmasının tədqiqi


MÜHAZIRƏ 5 (2 saat)
NİTQ VƏ TƏFƏKKÜRÜN TƏDQİQİ METODLARI, BU ANLAYIŞLARIN FORMALAŞMASININ TƏDQİQİ
Plan:

  1. Nitq və təfəkkürün tədqiqi yolları

  2. Vıqotski, Saxarov metodikası

  3. Anlayışların formalaşması

1) Təfəkkür prosesi bir-biri ilə bağlı olan üç ardıcıl mərhələdən ibarətdir. Birinci hazırlıq mərhələsi – problemin müəyyən edilməsidir. Bu mərhələdə sistemləşdirmə, strukturlaşdırma və təhlil etmədən istifadə etməklə problemin mahiyyəti təyin edilir. Bu mərhələnin nədən ibarət olmasını pasientlərin klinik müayinəsi timsalında nümayiş etdirmək olar. Həkim ilk növbədə anamnez toplamalıdır. Bir çox hallarda həkimin aldığı məlumatlar dolaşıq, ziddiyyətli, bəzən xəstəliyin mahiyyətinə aid olmaya bilər. Ona görə də həkim ona verilən məlumatları müəyyən qaydada sistemləşdirməlidir. Sistemləşdirmə nəticəsində biz xəstəliyin hansı səbəbdən yaranması və gedişi haqqında təsəvvür əldə edirik. Sonra xəstə öz şikayətlərini deyir. Bu zaman həkim anamnez və şikayətlər arasındakı qanunauyğunluqları müəyyən etməyə çalışır, yəni sindromun strukturu təyin edilir. nəhayət diaqnozu təyin etmək üçün müayinə planı seçilir, yəni istədiyimiz düzgün nəticəni əldə etmək üçün laborator müayinələrindən, instrumental üsullardan və i.a. istifadə etməklə məqsədimizə nail olmaq istəyirik.
Təfəkkür prosesinin ikinci mərhələsi mülahizə və ya qərar qəbul etməkdir. məsələnin həlli sadədirsə bu zaman uzunmüddətli yaddaş resurslarına müraciət edirik və lazım olan məlumatları yaddaşımızda canlandırmaq kifayət edir. Bəzən isə problemin həlli qeyri-standart qərar qəbul etmək tələb edir. Bəzi təsadüflərdə problemin həllini tapmaq üçün primitiv də olsa sınaq və səhvlərə müraciət etməli oluruq. Bu üsul adətən uşaq təfəkkürünə xasdır, lakin bir çox kəşflər məhz bu üsulun köməkliyi ilə edilmişdir.
Məsələnin həllinin daha mürəkkəb üsuluna alqoritmik və evristik üsul aiddir. Alqoritm qaydalar yığınıdır, onu ardıcıl yerinə yetirməklə düzgün nəticə əldə edirik. Klinik təcrübədə alqoritmdən istifadə edərək müəyyən preparatlardan müəyyən dozalarda və müəyyən müddətdə düzgün istifadə etməklə müsbət nəticələr əldə etmək mümkün olur. Bu üsulla təyin edilən müalicə yaxşı nəticə verərsə terapiya davam etdirilir, gözlədiyimiz nəticə əldə edilməzsə dərmanın dozasını artıraraq başqa preparatlardan istifadə edirik. Evristik üsul insanın fəaliyyətinin müəyyən sahələrində praktik məsələləri həll etmək üçün toplanan biliklərə aid edilir. Alqoritmik üsuldan fərqli olaraq evristik üsul çox da geniş ilkin məlumatlar tələb etmir və bütün hallarda müvəffəqiyyətə zəmanət vermir. Evristik üsula misal olaraq həkim tərəfindən əvvəllər yaxşı təsir etmiş preparatın təyin edilməsini göstərmək olar. Bir çox hallarda qərar qəbul etmək istəyərkən addım-addım irəliləmək üsulundan istifadə edilir. Belə ki, iri həcmli bir tapşırıq ayrı-ayrı hissələrə bölünərək hər biri özünəməxsus qaydada həll edilir.
Təfəkkür prosesinin üçüncü mərhələsi qəbul ediləcək nəticəyə tənqidi yanaşmadan ibarətdir. Qəbul edilmiş qərar əgər birmənalıdırsa biz dərhal anlayırıq ki, bu düzgündür. Əgər qəbul ediləcək qərar tam məqbul deyilsə və ya onun digər alternativ variantları varsa biz düzgün nəticə çıxarmaq üçün seçim etməliyik.
2) Təffəkür və nitqin tədqiqi yolları həmişə psixoloqların diqqət mərkəzində olmuşdur. Rus psixoloqu L.S.Vıqotski və L.S.Saxarov birlikdə anlayışların formalaşması prosesini tədqiq etmişlər. Eksperimental tədqiqatların gedişində uşaqlarda anlayışların formalaşması prosesinin 3 mərhələsi ayırd edilmişdir:
I dövrdə - formalaşmamış, nizama salınmamış külli miqdarda predmetlərin əmələ gəlməsi baş verir. Hansı ki, bir sözlə ifadə oluna bilər. Bu dövr özü də 3 mərhələyə ayrılır. Predmetlərin məkanca yerləşməsi əsasında seçimi, əvvəl birləşdirilmiş bütün predmetlərin bir mənaya gətirilməsi.
II dövrdə - ayrı-ayrı obyektiv əlamətlər əsasında anlayış – komplekslərin əmələ gəlməsi, baş verir. Tədqiqatçılar tərəfindən komplekslərin 4 tipi ayırd edilmişdir:
Dissosiativ (zahirən qeyd edilmiş hər hansı bir əlaqə predmetlərin bir sinfə aid edilməsi üçün əsas götürülür);
Kolleksion (predmetlərin xüsusi, funksional əlaməti əsasında qarşılıqlı tamamlanması və birləşməsi);
Zəncirvari (bir əlamətin digərinə birləşməsinə keçid elə olur ki, bir predmetlər bir əlamətin, digərləri tamamilə başqa əlamətlərin əsasında birləşir, belə ki, onların hamısı eyni qrupa aiddir);
Yalançı məfhum.
III dövrdə həqiqi anlayışların əmələ gəlməsi baş verir. Bu mərhələ özündə bir neçə mərhələni birləşdirir:
Potensial anlayışlar (predmetlərin bir ümumi əlamət üzrə ayrlması);
Həqiqi anlayışlar (vacib əlamətlərin ayrılması və onların əsasında predmetlərin birləşməsi);
3) Qeyd etdik ki, hər bir sözün arxasında onun göstərdiyi predmetin daxil olduğu əlaqə və münasibətlər sistemi gizlənir. Hər bir söz ümumiləşdirir. Başqa sözlə bu predmeti hissi obrazlar sferasından çıxarır və onu aləmi daha dərindən əks etdirməyə imkan verən (qavrayışımıza müəssəl olmayan) məntiqi kateqoriyalar sisteminə daxil edir. Mişar sözünü deyərkən biz bu predmeti alətlər kateqoriyasına aid edirik. Ağac dedikdə biz bu predmetin daxil olduğu əlaqələr sistemini göstəririk. Ona görə də söz nəinki obrazı bildirir, həm də predmeti onun yerləşdiyi daha zəngin əlaqə və münasibətlərə daxil edir. Naturalist fəlsəfənin konkret anlayış haqqında təlim kimi məşhur olan bu mövqeyi göstərir ki, daha əyani işarələmələrdən (palıd, söyüd kimi) daha ümumi anlayışlara (ağac, bitki və s.) keçid nəinki bizim təsəvvürlərimizi kasadlaşdırmır, həm də mühüm dərəcədə zənginləşdirir. Bu onunla izah olunur ki, biz bitki dedikdə bu anlayışa palıdın və ya qamışın olduğundan daha zəngin əlaqələr şəbəkəsini daxil edirik. Bu ümumi terminin arxasında bitkilər və heyvanlar qarşı-qarşıya qoyulur. Ona tabe kateqoriyalar – ağaclar və otlar on tabe olur. Gizli şəkildə onun arxasında ağacların, otların və s. bütün fərdi növlərinin zənginliyi dayanır. Anlayışı işarə edən sözün məna quruluşunu təhlil edərək asanlıqla görmək olar ki, onun arxasında bir sıra həm onunla koordinasiya əlaqəsi olan obrazlar, həm də subordinasiya əlaqəsi olan obrazlar durur. Başqa sözlə hər bir ümumi söz Vıqotskinin təbirincə desək, özünün eninə və uzunluğuna (dərinliyinə) malikdir.
Pişik sözünü dedikdə biz bu obrazı onunla bir sırada dayanan dovşan, canavar, it, qoyun, at, tülkü obrazları ilə kordinasiya edirik və insanın malik olduğu anlayışlar nə qədər geniş olarsa ona bir o qədər çox kordinə olunmuş sayda təsəvvürlər daxil edir. Lakin it sözünü deyərkən biz bu obrazı onun daxil olduğu daha ümumi kateqoriyaların ierarxik sisteminə daxil edirik (Ümumilik ölçüsünə görə müxtəlif sistem): it, heyvan, canlı və eyni zamanda bu anlayışa tabe olan və onun hüdudlarına daxil olan bir sıra xüsusi obrazlara səbəb olur (it – ov, bıçaq, tula). Beləliklə, insan müəyyən sözü deyərkən nəinki müəyyən əyani obrazı yaradır, həm də praktik olaraq bilavasitə qavranılan situasiyanın hüdudlarından kənara çıxan bütöv bir əlaqələr sisteminin yaranmasına səbəb olur. Təbii ki, anlayışı (dedikdə) ifadə edən sözün arxasında duran məna əlaqələri sistemi fikrin müxtəlif istiqamətlərdə irəliləməsinə imkan verir, hansı ki, bu əlaqələr sisteminin genişliyi və dərinliyi ilə müəyyən olunur. Ona görə də anlayışları formalaşdıran söz tam əsasla fikrin irəliləməsinin əsasında duran daha mühüm mexanizm hesab edilə bilər. Anlayışın arxasında duran əlaqələr sistemi müxtəlif adamlarda fərqlidir. Tamamilə aydındır ki, məktəbdə və müasir elmlərdə böyük həcmdə kompleks biliklər mənimsəmiş insanda bu əlaqələr sistemi həm kordinə olunmuş anlayışların həcminə, həm də ierarxik qurulmuş ümumilik ölçüsünün miqdarına görə yalnız məhdud təcrübəyə malik və zəngin biliklər sisteminə malik olmayan adamlara nisbətən ölçüyə gəlməz dərəcədə zəngindir.
Tədqiqatlar göstərir ki, əqli inkişafın müxtəlif mərhələlərində anlayışların strukturu olduqca müxtəlifdir və inkişafın ardıcıl pillələrində anlayışların arxasında müxtəlif psixi proseslər dayanır. Mühüm fakt ondan ibarətdir ki, müxtəlif adamlarda, xüsusən də əqli inkişafın müxtəlif pillələrində dayananlarda əyani-obrazlı və məntiqi əlaqələrin nisbəti eyni deyildir və sözün doğurduğu anlayış müxtəlif psixi proseslərlə həyata keçirilir. Kiçik uşaqda söz, hər şeydən əvvəl emosional yaşantılar sistemi və əyani obrazlar doğurur. Kiçik məktəb yaşlı uşaqlarda sözün arxasında hər şeydən əvvəl əyani xatirələr sistemi durur və ona görə də o xatırlayaraq düşünür. Yuxarı yaşlı məktəblilərdə və əqli inkişafın yüksək pilləsində duran insanlarda söz hər şeydən öncə məntiqi əməliyyatlar sistemi doğurur və ona görə də o düşünərək xatırlayır. Əqli inkişafın ayrı-ayrı mərhələlərində anlayışın arxasında duran psixi proseslərin nisbətindəki bu dərin dəyişiklik psixoloji elmlərin aşkar etdiyi ən mühüm faktlardan biridir. Məhz buna görə də psixologiya elmi təsdiq edir ki, quruluşuna görə sözün müxtəlif mənalarına və özünün mexanizmlərinə görə müxtəlif anlayışlara istinad edən insanlar aləmi müxtəlif şəkildə əks etdirir. Onu fərqli dərk edir. Bu mövqe öz zamanında hələ rus psixoloqu Vıqotski tərəfindən irəli sürülmüşdür. O, ilk dəfə olaraq göstərmişdir ki, sözün məna quruluşu ilə şüurun quruluşu arasında dərin əlaqə vardır. Bu əsasda o, şüurun məna və sistem quruluşu haqqında müddəa formalaşdırmışdır. Bu müddəaya əsasən, insan şüurunun ardıcıl inkişaf mərhələləri məna quruluşuna (əyani-obrazlı, verbal-məntiqi) malik olan anlayışlarla və psixi proseslərin eyni olmayan nisbəti ilə hansı ki, (qavrayış, xatırlama, mücərrəd nitqli təfəkkür) uşağın əqli inkişafının müxtəlif mərhələlərində nisbəti dəyişilir, həyata keçirilir. O fakt da mühümdür ki, ardıcıl inkişaf mərhələlərində müxtəlif anlayışlarda əyani –obrazlı (praktik) və verbal-məntiqi komponentlərin dəyişən nisbəti eyni qalmır. Psixologiyada anlayışların iki növünü fərqləndirirlər. Bunlar özünün həm mənşəyinə, həm də psixoloji quruluşuna görə fərqlənirlər. Adətən onları güzəran və elmi anlayışlar termini ilə işarə edirlər. Güzəran anlayışlarına uşaqlar praktik təcrübədə yiyələnirlər.

Ədəbiyyat:



  1. Bаyrаmоv Ə.S. Əlizаdə Ə.Ə. Psiхоlоgiyа. Bаkı: 2003

  2. Məmmədоv А. İdrаk prоsеsləri. Bаkı: 2005

  3. П.С. Психология. М: 2001

  4. Тихомиров О.К. Психология мышления. М.1984

  5. Петухов А.А. Психология мышления. М.1981

  6. Лурия А.А. Мышления и речь. М.1985

Yüklə 47,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin