– Bu nə söhbətdir? Tələsirsənsə, bir az da tərlə, nə məni ləngit, nə də özünü.
İkinci pul bükülüsü qarşısına düşəndə başını razılıqla tərpədir.
İçəridən səs eşidilir:
– Əzizlərimin canına and olsun, artıq bir qara qəpiyim də yoxdur!
– Bundan artıq heç lazım da deyil. – Əbülfəz onu arxayınlaşdırır.
– Elə bu da bəsimdir. Ömrüm boyu acgöz adamlardan zəhləm gedib.
O, pulları səliqə ilə çantasına qoyub, əvvəlki yerinə qayıdır.
– Hə, indi nəyi gözləyirsən? – İçəridəkilər ikisi birdən soruşur.
– Hər dəqiqə qiymətlidir! Tez ol!
– Düzdür, siz mənə çox pul verdiniz. Allah bilir, indi bəlkə də peşman olmusunuz. Mənsə burada
oturub fikirləşirəm: sizi buraxım, ya yox? Kim bilir, birdən sizi buraxaram, pullara da əlvida
deməli olaram, üstəlik həyata da. Mən sözü üzə deyən adamam.
Utanmaqdan keçib, qorxuram sizdən!
– Əşşi, tüpürüm pula! Nəyə istəyirsən, and içək, sənə toxunmarıq!
Nə qədər ürəyin istəsə, pul də verərik. Ancaq adam ol, burax bizi.
– Yox, qorxuram. Silahım olsaydı, başqa məsələ. Yoxsa ki, mən burada təkəm, siz iki nəfər.
Özünüzün də tapançanız var...
Görürsüz, əgər siz məni öldürmək fikrində olmasaydız, revolverləri verərdiniz.
– Bizdə revolver-zad yoxdur, – qapının dalından qətiyyətsiz səslə dillənirlər.
66
– Görürsüz – Əbülfəz incik-incik deyir. – Bir halda ki, yalan danışırsız, deməli, torbada pişik
var. Kim inanar ki, belə işə silahsız gəlmisiniz?! Nə olar, bərk saxlayın. Mən gedəndən sonra
lazımınız olar. Gəlib-eləyən olsa, birdən atışmalı olduz.
– Dayan, getmə.
Nəfəslikdən tapançaları tullayırlar. Əbülfəz iməkləyərək yaxınlaşıb onları götürür, maraqla
tamaşa edir.
– Daha niyə sürünürsən, – qapı dalındakılar yaltaq-yaltaq gülürlər. – Görmürsən tapançalar
səndədir? Uzatma, aç görək!
– Deyirəm, kim bilir, bəlkə yenə nəyinizsə var: revolver, avtomat, nə bilim nə. Elə pulun da
birinci bükümündən sonra deyirdiz ki, daha yoxdur.
– A kişi, aç qapını! Guya sən başa düşmürsən ki, bizi tutsalar, güllələyərlər. Sənin vicdanın var?
– Yadıma yaxşı düşdü. – Əbülfəz qəfildən dillənir. – Bu limanda mənim bacım işləyir. Onun
sağ-salamat olduğunu öyrənməsəm, sizi buraxa bilmərəm. Siz oturun, mən tez limana qaçıb
öyrənim.
– Nə yalan uydurursan? – “Əsir”lərdən biri xırıltılı səslə deyir.
Orada bircə qadın da işləmir. Xüsusi qoşunda qulluq edənlərdir, vəssalam.
O biri əsir söyüş yağdırır:
– Mən çox yaramaz görmüşəm, ancaq sənin kimisi qabağıma çıxmayıb. Pulu aldın, başa düşdük.
Tapançalar nəyinə gərəkdir?
– Özün ağıllı adamsan, amma axmaq-axmaq suallar verirsən.
Bu qədər adamı qırıb-çatdınız, hələ mənə yaramaz deyirsiniz. Sizə baxanda mən toya
getməliyəm. Təhqir üstündə ikiniz də cavab verməli olacaqsınız! – Qəzəblənmiş Əbülfəz tələsik
addımlarla uzaqlaşır.
Püskürən vulkan kraterini xatırladan limana sarı yönəlir.
Sisternlər partlayır, tonlarla maye alovlanır, neft kəmərləri, liman binası, ayaq altındakı torpaq
buxtanın suyu od tutub yanır.
Fasiləsiz olaraq təcili yardım və yanğınsöndürən maşınları gəlir.
Əbülfəz özünü mühasirə xəttinə yetirir. Onun qarşısını kəsirlər.
– Burda ən böyük rəis kimdir? – deyə Əbülfəz çığırır.
– Rədd ol burdan! – Özündən çıxan rəis onu döşündən itələyir.
– Ayağıma dolaşma, yoxsa bu saat səni həbs edərəm.
– Mən özüm bu saat elə ikisini həbs etmişəm, iki təxribatçını.
67
– Bunu rədd eləyin burdan, – deyə zabit əmr edir və dərhal da səsini kəsir: Əbülfəzin əlindəki
tapançalar gözünə sataşır. Zabitin əlini qobura atdığını görən Əbülfəz tələsik raport verir:
– Təxribatçıların əlindən aldığım silahdır!
Bir qrup hərbçinin müşayiətilə Əbülfəz əsirləri saxladığı anbara yaxınlaşır.
– Hələlik onları burada saxlayıram! Limana necə partlatdıqlarını öz gözümlə görmüşəm. Anbarı
mühasirəyə almaq lazımdır. Çünki divarın dibində təzə qazılmış çala var, onlar lağım ata bilər, –
Əbülfəz özündən razı halda göstəriş verir. – Şübhəm var ki, silahlıdırlar.
Yoldaş mayor, mən buradan uzaqlaşa bilmərəm. Əgər mümkünsə, qoy bir adam gedib o
anbardan mənim uşaqlarımı gətirsin!
Əbülfəzlə zabit uşaqları minik maşınına oturdurlar. O, içində pul olan portfeli uşaqların
böyüyünə verib deyir:
– Mənim çarpayımın altına qoyarsan. Anana de, ki, iki casus tutmuşam, bir az gec gələcəyəm.
Zabit sürücüyə tapşırır:
– Uşaqları anasına təhvil verin.
– Baş üstə, yoldaş mayor!
Maşın gözdən itdikdən sonra Əbülfəz sözə başlayır:
– Məni pulla ələ almaq istəyirdilər, lap təbdən çıxdım. Dalımca topa-topa pul tullayırdılar. Yəqin
harasa buralarda düşüb qalıb.
Məncə, əmr vermək lazımdır ki, pulları axtarıb tapsınlar, yoxsa götürən olar. Sonra kim boynuna
alacaq.
– Yox bir! Deyirsən işimizi-gücümüzü atıb pul axtaraq? – Zabit qaşqabaqlı halda cavab verir.
Sevincək olmuş Əbülfəz dərhal onunla razılaşır:
– Düz deyirsiniz, pul əl çirkidir!
Əmiraslanov Bağırovla söhbətini yekunlaşdırır.
– Hələ bir-iki gün ləngiyəcəyəm. Şultsu pəhləvidə yoxlamağa cüzi də olsa ümid var. Yoldaş
Bağırov, məncə o nə qədər ki, İranı tərk etməyib, bu imkandan istifadə etmək borcumuzdur.
– İstifadə elə, özün də fikirləş, gör o sənin əlindən qaçsa, Bakıda onun adamlarını
zərərsizləşdirmək üçün nə tədbir görəcəksən.
Günün günorta çağı şəhərdə onlarca başkəsən quldur dolaşır, biz isə heç onların nə məqsədlə
gəldiklərini də bilmirik. Eşidirsən məni?
– Bəli, yoldaş Bağırov, çox xoşagəlməz vəziyyətdir.
68
– Hər şeydən əvvəl gülüncdür, – Bağırov onun sözünü kəsir. – İki gündən sonra gələrsən, bu
məsələləri də özün aydınlaşdırarsan!
Bağırov, Rəhimov və daha bir neçə nəfər adam şər qarışanda maşına əyləşib “maket”dən
uzaqlaşırlar. Maşın təpəyə qalxır. Bundan sonra idarəetmə pultunun yanında durmuş operator
düyməni burur. İşıqlar yanır.
– Gecə vaxtı ən təcrübəli təyyarəçi də elə bilər ki, aşağıda Bakının işıqlarıdır, – Əlövsət Rəhimov
gecənin qoynunda işıqları sayrışan “şəhər”in mənzərəsini seyr edərək deyir:
– Əla düzəldiblər! Guya bura dəniz sahili, bura isə dağlıq hissədir.
Lap bakılıların özlərini də çaşdırmaq olar.
– Ümid edək ki, sən deyəndi, – Bağırov uzaqdan qıpqırmızı şəfəqin səmanı bürüdüyü səmtə işarə
edib soruşur və özü də cavab verir: – Bəs o nədir?
– Ya neftayrıma zavodudur, ya da liman, – Bağırov cəld maşına əyləşir. – Şəhərə sür. İldırım
sürətilə!
Fərzani kabinetində oğlu ilə söhbət edir. Atasından fərqli olaraq, oğlunun əhval-ruhiyyəsi çox
yaxşıdır.
– Sənə qəribə görünmür ki, Səbadan nə vaxtdır səs-soraq çıxmır?
– deyə Fərzani fikirlərini onunla bölüşür. – Heç belə olmamışdı.
– Onu dünən Tehranda görüblər. Bu gün isə, mən əminəm ki, artıq Berlindədir.
– Əmiraslanov deyir ki, o, Pəhləvidədir.
– Əgər Əmiraslanov bunu dəqiq bilirsə, özü niyə Tehranda əyləşib? Yoxsa şah üçün yas
saxlayır?
– Daha əyləşməyib. Aerodromdan zəng vurmuşdu. – Fərzani saatına baxır, – yəqin yarım
saatdan sonra Pəhləvidə olacaq. Yaxşı olardı ki, sakit yer tapıb bir müddət qalaydıq.
– İndi dünyanın ən sakit guşəsi İrandır. Sən nahaq əsəbiləşirsən, ata. Almanlar getdi, lap yaxşı.
Şükür Allaha. Vaxtında getdilər.
Ruslar gəldi? Ruslarla bizim ailənin münasibətləri yaxşıdır. İngilislərlə də dost olarıq. Axı sən
neçə il ingilis dilini öyrənməyə məni əbəs yerə məcbur etməmisən ki... – oğlu çox arxayın bir
təbəssümlə gülümsünür. – Görərsən, mənim ingilis dili təhsilimə sərf etdiyin pullar sənə hələ çox
gəlir gətirəcək.
Tevfiq maşın səsi eşidib pəncərəyə yaxınlaşır. Görür ki, evin qarşısında ingilis əsgərləri ilə dolu
iki “cip” dayandı. Atasına deyir:
– İngilislərdir! Adını çək, qulağını bur.
Bu xəbəri eşidən Fərzani stulu qapıb, Hitlerin divara vurulmuş portretinin yanına cumur.
69
– Kömək elə mənə! Zəhrimar yaman ağırdır!
Oğlu pəncərədən uzaqlaşır və fikir vermir ki, ikinci “cip”-dən cəld yerə atılan əsgərlərin ardınca
Səba da maşından düşür.
Həmin vaxt Fərzani kabineti gözdən keçirib, radioqəbuledicini qurur. Hansı dalğanısa tutmağa
əbəs yerə cəhd göstərir, bir şey çıxmadığını görüb, oğlundan xahiş edir:
– Onlar yuxarı çıxanadək ingilis verilişi tuta bilsən, yaxşı olardı.
Qoy gələn kimi görsünlər ki, biz kimik, kimin tərəfindəyik.
Oğlu istehzalı təbəssümünü gizlədərək, düyməni burur. Və demək olar ki, dərhal da “Bi-bi-si”ni
tutur. Radiosiqnallara nəsə bir inadlı taqqıltı qarışır. Aşağıda kiminsə həyət darvazasını bərkbərk
döydüyünü Fərzani o saat anlaya bilmir. Amma başa düşən kimi cəld dəhlizə qaçır, aşağıdan
qapıçını səsləyib əmr edir:
– Tez elə, darvazanı aç, əziz qonaqları salamla! – Bir neçə saniyədən sonra isə Fərzaninin
üzünün ifadəsi dəyişir: o, pilləkəndə Səbanı görür.
– Düşmənin iyrənc geyimi altında dostun gizləndiyini yalnız mənim bəsirətli rəfiqəm ağaye
Fərzani duya bilər. – deyə Səba gülümsəyir.
Fərzani özünü birtəhər ələ alıb, eyni tərzdə cavab verir:
– Tanımaq üçün ən qısa yol ürəkdən-ürəyə uzanan yoldur. Mən səni pəncərədən görəndə
duyduğum sevinc son hadisələrin nisgilini qəlbimdən silib atdı.
Səba kabinetə girir, Tevfiqlə səmimi görüşür.
– Bunun səsini kəs, – Fərzani iyrənirmiş kimi əli ilə radioqəbulediciyə işarə edir. Sonra Səbaya
sarı dönür: – İki gündür evdən çıxmıram, sənin zəngini gözləyirəm.
– Mən buna əmin idim. Elə o səbəbdən də, gördüyün kimi, xəbərdarlıqsız gəlmişəm, – deyə Səba
cavab verir. Tərəddüdlə Tevfiqə baxır. – Bağışla, oğlum, mən yol üstdəyəm, atanla firmanın
işləri barədə söhbətim var.
Tevfiq dərhal başı ilə razılığını bildirib, qapıya sarı yönəlir.
Fərzani oğluna:
– Mətbəxdə tapşır, qonaqlara yemək versinlər, – deyir. – Bizim üçünsə qonaq otağında süfrə
açsınlar, sualedici nəzərlərlə Səbaya baxır; o, başı ilə razılığını bildirir.
– Ancaq qoy süfrəni burada açsınlar, – deyə Səba düzəliş verir.
– Bura sizinçün narahat olar, – Fərzani Səbanın arkyana qapıya doğru çəkir. – Qonaq otağına
gedək, orada bizə heç kəs mane olmaz.
– Niyə ki? – Səba çiynini çəkir. – Vaxtımız azdır. Sonrası da, sizin kabinetiniz mənim çox
xoşuma gəlir. Hər şey əlinin altındadır:
70
xəritə, radioqəbuledici, bar, telefon.
Pəhləvi aeroportunda bir neçə nəfər zabit yerə enən hərbi nəqliyyat təyyarəsini qarşılayır.
Tehrandan gələn Əmiraslanov təyyarədən düşür. Onu iki rota desantçı müşayiət edir.
– Güman etməyə əsas var ki, o hələ də şəhərdədir, – yuxusuzluqdan gözləri qan çəkmiş alçaqboy
ahıl mayor tələsik hesabat verir.
– Nəyə əsasən deyirsiz bunu?
– Üç saat, daha dəqiq: üç saat on səkkiz dəqiqə bundan qabaq, yerli agentimizdən məlumat
almışıq. Yüksək rütbəli alman zabitlərinin yaşadığı Marabda kurort şəhərciyindəki villadan zəng
vururdu. Onun dediyinə görə, Şults boş villalardan birinin qarşısında maşından düşmüş, öz açarı
ilə qapını açıb evə girmişdir.
Əynində açıq qəhvəyi rəngli kostyum, ağımtıl köynək, boynunda ağ qalstuk varmış. Razılaşmaya
görə, ingilis qoşunları Pəhləviyə Marabda tərəfdən daxil olmalıdır. Ona görə də orada bizim
qoşunlar yoxdur. Telefon zəngindən dərhal sonra yola düşdük. Villaya yaxınlaşanda bizim
agentin yolun ortasında atılmış meyitini gördük.
Güllə dəymiş peysərindən hələ də qan şoralanırdı.
– İngilislərlə əlaqə yaratmağa cəhd göstərmisiz?
– Orada yox idilər. Tehrandan xəbər verdilər ki, ingilislər Pəhləviyə bu gün, günün ikinci
yarısında gələcəklər. Onları indilərdə gözləyirik. Bütün yollara ciddi nəzarət edirik.
Əmiraslanovu aeroportun rabitə mərkəzinə gətirirlər. O, telefona yaxınlaşır.
Səba rahat dəri kresloda oturub, ləzzətlə ayaqlarını uzadır.
– Sutka ərzində birinci dəfədir rahat əyləşirəm. Elə bil bu sutka bitib-tükənməyəcəkdi. Dalbadal
gör nə qədər hadisə baş verib: şah taxt-tacdan əl çəkib, düşmən qəfil soxulub bura, bizim
dəstələrin təxliyəsi... hələ “Mersedes-Benz”in yerli maraqlarının pozulması, 88 bütün əmlakın
qarşıdakı müsadirəsini demirəm. Özü də hamısı bircə sutka ərzində.
– Şah getsə də, taxt-tac yerindədir. Bu isə İranın xoşbəxtliyi deməkdir. Əbəs yerə deməyiblər ki,
münbit torpaqda çör-çöp də çiçək açar. Şir balası yavaş-yavaş aslana dönəcək, – deyə Fərzani
xəyalpərvərcəsinə dillənir. – Mənim üçün bütün hadisələrdən ən qəmlisi alman dostlarımızın –
bu ağır zamanda İranın yeganə xeyirxahlarının bizi tərk etməsidir. Özümə təsəlli verirəm ki, bu
gediş müvəqqətidir. Qoy ani təsadüflər bizim qanımızı qaraltmasın, axı hər gecənin bir gündüzü
var.
– Üzr istəyirəm, möhtərəm ağa. – Səba meydanoxuyucu nəzərlərlə saatına baxıb, onun sözünü
yarıda qoyur. – Yaxşı olar ki, siz yazı stolunun arxasına keçəsiniz. General Əmiraslanov son
dərəcə dəqiq adamdır. Sizə təyin etdiyi vaxtda mütləq zəng vuracaq.
Bət-bənizi kətan kimi ağarmış Fərzani dinməz-söyləməz Səbaya baxır. El bu an telefon zəng
çalır.
71
– Dəstəyi götürəcəksiz? – deyə Səba donub qalmış Fərzanidən soruşur. Cavab almayanda çiynini
çəkib, özü dəstəyi qaldırır. – General, təəssüflər olsun ki, möhtərəm ağaye Fərzani yüngül əsəb
sarsıntısı keçirdiyinə görə, telefona yaxınlaşa bilmir. Lakin sizin tapşırığınızı yerinə yetirib.
Təsdiq edirəm ki, Şults, yaxud Səba, fərqi yoxdur, hələ də Pəhləvidədir, ancaq yaxın vaxtlarda
İranı tərk etməyə hazırlaşır. Danışan kimdir? Doğrudanmı tanımadınız?
– Təəccüblənməyə dəyməz. Xəbərim vardı ki, siz farsca danışırsınız, ancaq heç təsəvvür
etməzdim, dili bu dərəcədə sərbəst bilirsiniz. Cüzi də olsa ləhcə duyulmur! – Əmiraslanov
söhbəti davam etdirə-etdirə qeyd dəftərçəsinin açıq səhifəsində mayor üçün yazır: “Təcili! İki
desantçı rotası götürüb, Şah döngəsi, 1№-li evə gedin. Həmçinin radio ilə xəbər verin ki, siz
gedib çatanadək bütün rayonu mühasirəyə alsınlar. Nəyin bahasına olursa-olsun, Şults diri
tutulmalıdır”, – Mayor tələsik başının işarəsi ilə hər şeyi anladığını bildirib, qapıya yönəlir.
– Düzü, əgər kiminlə danışdığımı bilməsəydim, ləhcənizdən sizi əsl tehranlıya bənzədərdim. Elə
bil Laləzar-saray rayonunda doğulub-böyümüsünüz, – deyə Səba da borclu qalmır. – Səhv
etmirəmsə, Pəhləviyə ilk gəlişinizdir. Gözəl şəhərdir, ancaq burada işləmək çətindir: elektrik
enerjisi tez-tez kəsilir, bir çox küçələr 89 adsızdır, binalar nömrələnməyib, evləri sahiblərinin
adına görə axtarıb tapmalı olursan. Düzdür, şəhərin planı var, ancaq olmasa bundan yaxşıdır: hər
şeyi elə qarışdırıblar ki, vağzala getmək istəsəniz, yaxın adalardan birindəki cüzamlılar
koloniyasına, ya da hidrotəyyarələrin məxfi bazasına gedib çıxa bilərsiniz. Telefonlar da ruletka
Prinsipi ilə işləyir.
– Mən sizə beşinci cəhddən sonra zəng vura bildim. Saydığınız əngəllərə baxmayaraq, bütün
çətinliklərin öhdəsindən uğurla gəlirsiniz, – Əmiraslanov səmimi ahənglə danışır, – bütün bunlar
da diqqətdən kənarda qalmır. Sizi ştatdarttenfürer rütbəsi almanız münasibətilə təbrik etmək
üçün fürsət tapdığıma çox şadam. Bu, çox yüksək addır və sizin üzərinizə olduqca böyük
vəzifələrə qoyur.
– Sağ olun, İranda birinci adamsınız ki, məni bu münasibətlə təbrik etdiniz, – Səba bir az özünü
itirmiş halda cavab verir.
– Düzünü desəm, sizin SS-də xidmət etdiyinizi təsadüfən öyrənəndə mən təəccübləndim.
– Təbii! Axı siz həmişə əmin idiniz ki, mən coğrafiyaşünasam, – deyə Səba gülümsünür.
– Mən elə lap əvvəldən bilirdim ki, siz abverin zabitəsiniz!
– Əmiraslanov ciddi tərzdə cavab verir.
– Sizin üçün bunun nə əhəmiyyəti? Yeri gəlmişkən, yəqin ki, sizi də təbrik etmək olar? Düz
demirəm? Bakı yaxınlığında düşmənin sualtı qayığının uğurlu məhvi əməliyyatına görə.
– Çox sağ olun. Hesab edə bilərsiniz ki, ilk mükafatı mən indicə sizdən aldım. İnanmazsınız,
sərhədçilər mənə qayığın məhv edildiyi barədə hesabat verdikləri gündən bəri rahatlığımı
itirmişdim. Axı heç nəyi müəyyənləşdirə bilməmişdik: qayıqda kimlər varmış?
Onlar nə məqsədlə bizim sahillərə gəliblərmişlər? Və ən başlıcası, qayıq kimə mənsub imiş.
Xalis fantasmaqoriyadır! Üstəlik buraya bir məqamı da əlavə etmək lazımdır: hamıda belə
qənaət hasil olmuşdu ki, Xəzər dənizində sualtı qayıq yoxdur. Bu halda mənim vəziyyətimi
yəqin ki, təsəvvürünüzə gətirə bilərsiz? Sonradan bir az rahatlandım: öyrəndik ki, sizin
soydaşlarınız dəmiryolu ilə İrana 6 ədəd italyan sualtı qayığı gətirmişlər. Yeri gəlmişkən, onları
partlamağa macal tapdız?
72
– Hazırlaşırdılar, – ancaq sonra deyəsən fikirlərini dəyişdilər, adaların hansı birindəsə onları
etibarlı bir yerdə qazıb basdırdılar.
Yadlarına düşdü ki, mənim həmyerlim baron Münhazen Xəzərlə Qara dəniz arasında təbii tunel
olduğunu söyləyirmiş... sonrası da biz İranı uzun müddətə tərk etmirik... Nə bilim, bəlkə də lap
elə partladıblar, mən dənizçilərin işinə qarışmamağa çalışıram. Vaxt necə də tez keçir, general,
az qala səkkiz dəqiqədir danışırıq. Ehtimal etsək ki, məni tutmaq üçün dəstəni biz söhbətə
başlayandan sonra göndərmisiz, deməli, onda sizin adamlar 40 kilometrin 10-15 kilometrini artıq
qət ediblər. Heç şübhəsiz, əmr etmisiz bu rayondakı sovet, ya da ingilis işğal qoşunları ilə ratsiya
vasitəsilə əlaqə yaratsınlar. Tabeliyinizdə olanları söyüb-danlamayın, general, onlar əliboş
dönəcəklər.
Düz bir saatdır ki, mənim xahişimlə bu rayonda radio əlaqəsi tamam kəsilib və yalnız tam gücü
ilə işə salınmış radioəngəl mənbələri aşkar edildikdən sonra rabitə bərpa olunacaq, hətta nəzəri
cəhətdən belə, təcrübəli mütəxəssislərə bunu etmək üçün ən azı beş-altı saat vaxt gərəkdir. Məni
başa düşdünüz?
– Əlbəttə, başa düşdüm ki, söhbət eləməyə hələ vaxtımız var.
– Elədir, bir az var. Ancaq bilirəm ki, siz indi də məni tutmağa ümidinizi itirməmisiniz. Özüm də
heyfsilənirəm ki, sizin bu ümidləriniz doğrulmayacaq.
– Eybi yox, özünüzə təsəlli verin ki, gec-tez bu arzuya da çatacağıq, – deyə Əmiraslanov onun
halına yanırmış kimi dillənir.
– ...Və bizlərdən birimiz o birini tutacaq, – Səba istehzalı tərzdə onun sözünü tamamlayır və
kresloda quruyub qalmış Fərzaniyə göz vurur.
– Vaxtımız həqiqətən məhduddur, lakin vidalaşmazdan əvvəl sizə deməliyəm ki, bizim gələcək
görüşümüz daha xoş ola bilər.
Ancaq bircə şərtlə: bu gün siz Fərzanini sağ buraxsaz. Bunu təmənnasız deyirəm. O mənə gərək
deyil, heç sizin üçün də daha təhlükə törətmir. O elə bir miskin məxluqdur ki, siz səviyyəli
peşəkar hərbi kəşfiyyatçı ona əl bulamaz.
– Fərzanini öldürməyim? – Səba saatına baxıb, heyrətlə soruşur.
– Bax bu heç mənim ağlıma gəlməmişdi. Sizə ki, hər şey yaxşı bəllidir. O məni satıb. Onun
ucbatından ekipajı ilə birlikdə sualtı qayıq məhv olub. Kapitanı mənim köhnə dostumun oğlu
idi... İndi deyirsiniz, belə bir adama əbədi həyat bəxş edim? Nə danışırsız?!
Əgər onu güllələnmə cəzasına məhkum etsəydilər, mən diz üstə çöküb, hərbi tribunala onun sağ
qalması üçün yalvarardım! Əziz 91 general, ölüm nə sübutdur, nə də cəza. Xəyanətkarı öldürmək
onun cəzadan qaçmasına imkan yaratmaq deməkdir. Niyə gülürsüz?
– Bağışlayın, ancaq deyəsən siz bu müdrik və humanist qaydaya heç də həmişə sadiq qalmırsız,
– Əmiraslanov barışdırıcı tərzdə dillənir. – Bilirsizmi, cənab ştandarttenfürer, mən bu günlərdə
sizin tərtib etdiyiniz siyahını – qətlə yetirilməsi nəzərdə tutulan məsul şəxslərin siyahısını
görmüşəm. İndi isə ölüm barədə az qala mükafat kimi danışırsız. – O da saat əqrəblərindən
gözünü çəkmir.
73
– Burada heç bir ziddiyyət yoxdur. Mən təsdiq edirəm ki, ölüm qisas tədbiri kimi sağlam
düşüncəyə qətiyyən uyğun olmayan bir cəzadır. Bakı siyahısı isə sübut edir ki, təhlükəli və
potensial təhlükəli şəxslərin fiziki məhvi mahiyyət etibarilə xəbərdarlıq tədbiridir.
– Səba əlavə edir: – Nə isə əmin ola bilərsiz ki, yelbeyin dostumuzu onun gözəl mülkündə sağ-
salamat tapa biləcəksiniz. Bir də ki, mən Tehranı tərk etməzdən qabaq kabinetimdə baş çəkməyə
macalım olmadı. Buna görə də sizdən bir ricam var: mümkünsə, elə edin şəxsi silahım özgə əlinə
düşməsin.
– Arxayın olun. Tapançanı da, xəncəri də artıq mənə veriblər.
Onları özümlə Bakıya aparacağam. Bilmək olarmı sizə mükafat konkret nəyin müqabilində
verilib?
– Qalsın başqa vaxta. Fikrimcə, Gilan şosesi ilə buraya doğru can atan qrup on beş dəqiqədən
sonra özünü yetirəcək. Sağ olun.
Ağaye Fərzanini sizin üçün qoyub gedirəm. O, bütün suallarınıza cavab verər. – Səba dəstəyi Dostları ilə paylaş: |