mənə demirsən?! – Zəngin düyməsini basır, dərhal haradansa peyda olan leytenanta deyir:
– Maşın çağır, iki nəfər adam qoş buna. Təcili hökumət tapşırığını yerinə yetirmək üçün instituta
göndər. Tapşır, yolda maşından buraxmasınlar!
– Baş üstə, yoldaş mayor!
Kamil ağzını açmaq istəməsə də, komissar: “heç nə eşitmək istəmirəm” – deyə əllərini yelləyir.
...Kamil evlərinə girən kimi, kəsif iy hiss edir. Mətbəxə girəndə görür ki, atası ilə Əbülfəzin ağ
neft pilətəsinin üstündə nəsə bişirirlər.
Qazandan qatı tüstü qalxır, ancaq Əbülfəz buna əhəmiyyət vermir, lap yaxından durub tamaşa
edir. Atası həmişəki kimi yenə də Kamilin gəlişinə sevinir.
– Nə iş görürsən belə? – Kamil soruşur.
– Qozlu qızılgül mürəbbəsi bişiririk! Adını da kimyaçı qoymusan, – Əbülfəz hırıldayır.
– Sabun bişiriləndə uzaqda durmaq məsləhətdir, – deyə Kamil dillənir. – Kaustik soda buxarı ilə
bir az da nəfəs alsan, ömürlük astmaya mübtəla olarsan. Onda nə mürəbbənin sənə köməyi olar,
nə də sabunun. Ata! Evi tüstü bürüyüb ki...
– Sabah ananın ad günüdür, bir hədiyyə tapmadım, – atası günahkar adam kimi izahat verir. –
Özüm işə başladım. Üç-dörd damcı da ətir qatacağam – bir parça yaxşı əl-üz sabunu alınacaq.
– Sabun indi qızıldan bahadır, – deyə Əbülfəz əlavə edir.
– Mən axıra çatdıraram, siz gedin otağa, – Kamil deyir – Bu saat hazır olacaq. Sən get əyləş. Çox
ləngiməyəcəyəm.
Kamil gedəndən sonra Əbülfəz soruşur:
– Bəs bir-iki... üç-dörd parça da düzəltmək olar?
Kamil divanda oturub, nə isə oxuyur. Atası sevinə-sevinə otağa girir. Əlində yasəmən rəngli bir
parça sabun var. Kamilin başı oxuduğu kitaba bərk qarışıb. Atası divana yaxınlaşır:
– Nəyə belə girişmisən?
– Sənin kitabındır, qədim kimyagərlər haqqında, – Kamil başını qaldırır, kitabı əlindən yerə
qoymayıb deyir:
34
– Çox maraqlıdır. Hə, hazırdır? – İyləyir, – əla sabundur. Lap köhnə vaxtlardakı sabunlara
oxşayır.
Mətbəxdə tək qalmış Əbülfəz sabun qırıntılarını tələm-tələsik yığışdırır. kənardan baxanda elə
bil ki, həlledici oyunqabağı kartları qarışdıran qumarbazdır.
Ankara. Üzərində svastika olan bombardmançı təyyarə hərbi aerodromda yerə enir. Onun
ardınca qırıcılardan ibarət eskort da enir. Təyyarənin trapına Almaniya səfirinin maşını
yaxınlaşır. Səfir Keyteli qarşılayır. Elə buradaca Türkiyənin silahlı qüvvələr və xarici işlər
nazirləri, Keytel və qarşılayanlar bir-birini salamladıqdan sonra maşınlara əyləşirlər.
– Baş nazirin sarayına, – deyə Keytel səfirin maşınında əmr edir. – Bircə dəqiqə də vaxt itirmək
olmaz. Mən elə bu gün Berlinə qayıtmalıyam, – aerodromda cərgə ilə düzülmüş hərbi təyyarələri
seyr edərək, məmnun halda dillənir:
– Əla! Dostlarımız, deyəsən, pis hazırlaşmayıb.
– Türkiyənin 26 diviziyası sovet sərhədində tam hərbi hazırlıq vəziyyətində dayanmışdır, – deyə
səfir cavab verir.
Bir saat əvvəl hərbi nazirlə söhbət zamanı o, bir daha təsdiq etdi ki, hərbi əməliyyata başlamaq
üçün yalnız hökumətin əmrini gözləyir.
– Bəs baş nazir Saracoğlu nə deyir?
– O susur, cənab reyxsnazir. Ancaq mən hiss edirəm ki, bir türk kimi, o, Rusiyanın məhvini
ürəkdən arzulayır.
– Qəribədir. – Keytel çiyini çəkir. – Hər halda bu gün dəqiq bir söz deməlidir. Mən fürerin
əmrilə bu gün ona görə baş nazirlə görüşə gəlmişəm ki, fürerin adından yeganə bir sual verim:
Türkiyə, nəhayət, nə vaxt hücuma keçəcək?
... – Türkiyə baş qərargahı plan işləyib-hazırlamışdır və mən İran yaylasından Zaqafqaziyaya
hücuma başlamaq planını təsdiq etmişəm. Bununla eyni vaxtda hərbi-dəniz donanması Qafqazın
Qara dəniz sahillərinə desant çıxaracaq. Qalır yalnız əlverişli məqam gözləmək. Və mən güman
edirəm, daha doğrusu, əminəm ki, bu məqam çox tezliklə yetişəcək. Mən təntənəli surətdə vəd
edirəm və mənim sözlərimi Almaniya rəhbərinə çatdırmağı sizdən rica edirəm, cənab Keytel:
müzəffər alman qoşunları Moskvanı işğal edən kimi, biz müharibəyə qoşulacağıq. Bu sevincli
hadisəni bütün dünya səbirsizliklə gözləyir. Bu həm qoşunların, həm də xalqın ruh yüksəkliyi
üçün zəruridir! Mənim hökumətim və müxalifətin bir hissəsi də eyni fikirdədir. – Saracoğlu
nəzakətli tərzdə, lakin qətiyyətlə cavab verir.
– Moskva hələ sentyabrın sonlarınadək tutulacaq, – Keytel qaşqabaqlı cavab verir. – Lakin
kommunizmə qarşı müqəddəs savaşda Almaniyanın və onun bütün müttəfiqlərinin mənafeləri
təkidlə tələb edir ki, Türkiyə ayın axırınadək cənubdan hücuma başlasın.
– Almaniyanın və onun müttəfiqlərinin mənafeləri həmişə mənim qəlbimdə coşqun əks-səda
doğurmuşdur və doğuracaq...
Lakin Allahın və xalqın iradəsi ilə mən ona görə seçilmişəm ki, ilk növbədə Türkiyənin
mənafelərini qoruyum. İnandırıram sizi, narahatlıq üçün heç bir səbəb yoxdur. İyirmi gündən
35
sonra Moskva tutulacaq və Türkiyə ordusu öz müttəfiqlik borcunu qəhrəmanlıqla yerinə
yetirməyə başlayacaq.
– Əgər mən sizi düzgün başa düşdümsə, cənab baş nazir, deməli, Türkiyədə hələ indiyədək də
müxalifət mövcuddur? Mənə belə gəlir ki, hazırkı beynəlxalq vəziyyət kimi mühüm tarixi dövrdə
müxalifət ölkə daxilində “beşinci təkər” kimi bir şeydir və bu, təcili surətdə ən qəti tədbirlər
görülməsini tələb edir. Bu cür sanitariya tədbirlərinin zəruriliyinin İranda vaxtında anlamış,
həmin azarın kökünü kəsmək üçün təmizləyici atəşdən istifadə etmişlər, bununla da dövlət
monolitliyini xeyli qüvvətləndirmişlər.
– Türkiyə İran deyil, cənab Keytel, – deyə Saracoğlu quru tərzdə cavab verir.
Bağırov uzaq neft mədəni ilə telefonla danışır:
– Əgər qəzet oxumursansa, mən sənə göndərə bilərəm. Müharibə gedir, eşidirsən məni?
Müharibə. Bəs sən mənə nə deyirsən?
Mənə neft lazımdır, quru söz yox! Yaxşı, Vəzirova əmr edərəm, sənə iki qazma qurğusu verər.
Bundan artıq heç nə yoxdur. Qalan məsələlərin də öhdəsindən özün birtəhər gəl! Hə, bilirsən lap
yaxşı, – Bağırov tam general formasında içəri girən Əmiraslanovu görür.
Təəccüblə qaşlarını qaldırıb, əyləşməsinə işarə edir. Söhbətini davam etdirir: – Ürəkdən arzu
edirəm ki, vaxtında çatdırasan. Yox, incimə, zarafat elədim, – dəstəyi yerinə qoyur. – Bədirovun
işi çətindir – adam yox, mexanizm yox... – Əmiraslanova müraciət edir.
– Sən nə münasibətdə belə bəzənmisən?
– Bir həftəliyə getməliyəm. Sabah bizim qoşunlar İrana girir.
İcazə verəcəksiniz?
– Mütləq gərək sən gedəsən? – Bu anda içəri girən katibə narazıparazı baxır. – Nə olub?
– Oğlunuz gəlib, yoldaş Bağırov.
On doqquz yaşlarında təyyarəçi-leytenant kabinetə daxil olur.
– Qoy gözləsin... Yaxşı, çağır görək.
– Nədir, yoxsa sözləşmisiniz? – Bağırov salamlaşıb soruşur. – Bu da formadadır! Sən hara
hazırlaşırsan!
– Deyəsən, cəbhəyə. Bir saatdan sonra uçuram, – oğlu gülümsəyərək cavab verir.
– Hansı cəbhəyə? – Bağırov yerindən qalxıb pəncərəyə yaxınlaşır.
Hirsli-hirsli deyinir. – Heç nə başa düşmürəm. Həftələrlə üzünü görmürəm, haralardasa itib-
batırsan. İndi də gəlmisən ki, “bir 47 saatdan sonra uçuram”. Heç olmasa, deyiblər hara? Mən
öyrənərəm, hə-hə, özüm öyrənərəm... – Ciblərini axtarır, pul çıxarır, zarafatyana danışmağa
çalışır. – Sənin yaşında mən pul xərcləməyi yaman xoşlayırdım. Ancaq heç vaxt pulum olmurdu,
– diqqətlə oğlunu süzür. – Sən haçan belə böyüdün?! Yəqin mən hər halda pis atayam, – qəflətən
hərarətlə oğlunu bağrına basır. – Özündən muğayat ol, oğlum! – Asta-asta qollarını açıb,
36
Əmiraslanova müraciət edir. – Bilirsən, bu anadan olanda... – Sözünü yarıda kəsir, çünki
Əmiraslanov artıq otaqda yoxdur.
Müharibə dövrünün Bakısı. Minlərcə şəhər sakini Bakını şimal istiqamətindən qorumaq üçün
çala və səngərlər qazır. Şəhər üzərində balinaları xatırladan aerostatlar asılı qalıb. Bağırov
mədəndədir.
O, Azneft rəisi Tahir Əzizbəyova deyir:
– Ötən ay siz planı cəmi yüz on faiz artıqlaması ilə yerinə yetirmisiniz.
– Adamların yarısı cəbhədədir, yoldaş Bağırov. Tələm-tələsik uşaqlara, qadınlara işi öyrədirik.
İstismarla yanaşı, kəşfiyyatla da məşğuluq, yeni quyular qazırıq.
– Səhhətin necədir? – deyə Bağırov diqqətlə Əzizbəyovu süzərək soruşur. – Ürəyin incitmir
səni?
– Hərdən. Ancaq bütövlükdə deyəsən sağlamdır.
– Səninlə məsləhətləşmək istəyirəm. Sözsüz, sənə hamıdan yaxşı bəllidir ki, böyük diametrli
borular məsələsi nə yerdədir.
– Bağırov az qala yalvarışla danışır. – Yəni bilirsən ki, belə borular yoxdur və müharibə
qurtaranacan da olmayacaq. Bu tərəfdə faşistlərin hücumu ilə bağlı, neft kəməri həyati vacib
məsələdir.
Əzizbəyov az qala səksənir:
– Kim çəkəcək o kəməri?
– Bu, sonrakı məsələdir, o barədə hələ danışacağıq... Əsas məsələ boru tapmaqdır.
– Neft kəmərinin uzunluğu nə qədər olacaq? Əgər 300-400 metrdisə, mədənlərdə axtarmaq olar.
– Yox, bu neft kəməri daha uzun olmalıdır. Deməli çıxış nöqtəsindən son məntəqəyədək onun
uzunluğu... 800 kilometrdir. Buradan Kuybışevəcən. Qaldı ki, boruları haradan almaq indi
səninlə danışarkən birdən ağlıma gəldi! Axı bizim müvəqqəti gərəyimiz 48 olmayan Bakı-
Batumi neft kəməri var. Onsuz da Qara dənizə almanlar üçün neft vurmayacağıq ki?..
Camaatımız neftsiz qalıb, əziyyət çəkir. Batumiyədək kəməri sökmək lazım gələcək. Sonra da
Kuybışevədək təzədən çəkmək. Plan səninçün gözlənilməzdir, buna görə sənə elə gəlir ki,
uzaqdır. Sənin yaşında oralara qaçaqaça getmək olar: istər Batumiyə, istərsə də Kuybışevə.
Əzizbəyov hələ bir müddət çaşqın halda Bağırova baxır. Sonra buruğun beton özülü üzərinə
çökür. Bağırov onunla yanaşı oturur.
Adamlar uzaqdan onlara baxsalar da, heç kəs yaxınlaşmağa cəsarət etmir.
– Ağrıyır?
– Hə.
– Dözə bilirsən?
37
– Dözürəm...
– Nahaq yerə. Ürək ağrısına dözmək ziyandır, gərək o saat dərman içəsən, – cibindən dərman
qutusunu çıxarır, Əzizbəyova bir həb uzadır. – İndi keçər. Çətini birinci dəfədir. Sonra alışarsan.
Sən sabahadək boruları, neft kəmərlərini yaddan çıxar. Dur gedək mənimlə. Bu gün əlahiddə
müdafiə rayonu yaradırıq, onun da nəzdində qərargah. Qərargahın üzvü olacaqsan.
– Bəs neft kəmərini nə qədər vaxta çəkmək lazımdır?
– Vaxt sarıdan bəxtimiz gətirib, – Bağırov gümrah halda cavab verir və dərman qutusunu
təzədən çıxarır. – Boruları tapmaqla müqayisədə nə qədər desən vaxtımız var. Dörd ay.
– Dörd aya səkkiz yüz kilometrlik neft kəməri?
– O birini sökmək, üstəlik də bu birini çəkmək, – Bağırov astadan təkrar edir.
– Bu, mümkün deyil!
Bağırov canıyananlıqla ona baxır, razılıq əlaməti olaraq, başını tərpədir. Ah çəkir, sonra təzədən
başını tərpədir.
– Eləyərik, – deyə o, astadan dillənir ki, Əzizbəyov hətta eşitmir.
Əmiraslanovun kabineti. Polad söhbətini bitirib, Əmiraslanovla sağollaşır.
– Bu, çox ciddi məsələdir, – deyə Əmiraslanov qayğılı halda dillənir.
– Hətta sizi bu işə cəlb etdiyimə görə hərdən vicdan əzab çəkirəm. Səndən də çox o qızın
qarşısında özümü xəcalətli sanıram.
Ona mənim salamımı çatdır. Özün isə heç kəsdən heç nə soruşma.
İnan ki, səni yaddan çıxartmayıblar. Çağırış vərəqi almısan?
– Getmişdim, dedilər lazım olanda çağıracağıq.
Əmiraslanov başını tərpədir:
– Ən başlıcası budur ki, sənə nə öyrədirlərsə, yaxşı-yaxşı yaddaşına həkk elə. Bundan çoxlarının,
o cümlədən sənin də həyatın asılı olacaq! Məni başa düşdün?
Polad gedəndən sonra Əmiraslanov Bağırova zəng vurur.
– Mən İranda qüvvələr düzümü barədə hesabat hazırlamışam.
Almanlar daha altı ədəd sualtı qayıq və iki esminets əlavə ediblər.
Təyyarələr, tanklar da müntəzəm gətirilir. Bunların hamısının hədəfi Bakıdır. Hesabatı sizə
göstərib, sonra Moskvaya göndərmək istəyirəm... Çox sağ olun. Təcili qərargaha göndərirəm.
38
Tehran. Şahənşah sarayına fasiləsiz olaraq maşın karvanları yaxınlaşır. Vəliəhdin ad günü
münasibətilə şah ziyarət verir. Üzərinə svastikalı kiçik bayraq bərkidilmiş maşından düşən
Almaniya səfiri Şultsun müşayiəti ilə tələsmədən pillələri qalxır. Laləzar sarayının həyətində
əks-səda verən səs qulaqlardan çəkilməmiş, pillələrlə onları qarşılamağa enən İran hökmdarı Rza
şah Pəhləvi görünür. Etiket üzrə nəzərdə tutulan təbrik və hörmət-ehtiram izharından sonra şah
asta səslə alman dostlarına xəbər verir:
– Səhər yeməyindən sonra mənə eyni vaxtda iki etiraz notası gətirdilər: biri ingilislərdən, biri də
sovetlərdən. Təklif edirlər ki, yeddi gün ərzində bütün xarici qoşunları İrandan çıxaraq. Olduqca
kobud tərzdə 1921-ci il müqaviləsini xatırladırlar.
Şah çox sərbəst və hətta şən danışsa da, onun baxışlarından elə bir möhkəm inam oxunmurdu.
Və bu, Şultsun xoşuna gəlmədi.
– Əgər İran şahı mən olsaydım, belə dövlət başçılarını həyasız namələrinə cavab verməyi özümə
layiq bilməzdim. Çünki onların aqibəti hələ bu il başa çatmamış Berlində həll ediləcək. İndiki
halda çox incə bir demarş etmək və şah həzrətləri ilə məktublaşmağa cəsarət etmiş hər iki tərəfin
hansı yerə layiq olduğunu əyani göstərmək lap yerinə düşərdi.
– Axı bu gün sarayda bayramdır! Mən isə heç yerdə fürerin portretini görmürəm, – Şults
heyrətini bildirir. – Lütfən, əlahəzrət, etirazınız yoxdursa...
– Adolf Hitleri mən özümə qardaş hesab edirəm və ailəmin belə bir xoşbəxt günündə bu zalda
fürerin portretinin asılmamasına görə özümü günahkar sayıram.
Əvvəlcə Böyük Britaniya səfiri öz xanımı ilə birlidə təşrif gətirir.
O, salona daxil olanda dərhal Hitlerin portretini görür. Konyakla dolu badəni bir kənara qoyub,
arvadına nəsə deyir.
Qadın ərinin qoluna girir və səfir xanımını portretin yanına aparır.
Orada düz bir dəqiqə, yəni seyr edilən sənət əsərinin məziyyətlərini görmək üçün lazım
olduğundan xeyli artıq dayandıqdan sonra İngiltərə səfiri xanımının qulağına nəsə pıçıldayır.
Qadın gülür, sonra pıçıltı ilə ərini cavabında nəsə deyir. Təbii ki, bu sözlərin gizli mənası
toplaşanlar üçün naməlum qalır. Sovet səfiri isə həmin gün, ümumiyyətlə heç gəlməmişdi.
Qaranlığa qərq olmuş Moskva. Sirenalar uğuldayır. Motorların gurultusunun tez-tez partlayan
bomba səsləri batırır. Stalin bağ evindədir. Damda, yağışdan qorunmaq üçün faner talvarın
altında dayanıb, qıpqırmızı səmaya baxır. Yanında dayanmış Şerbakov Stalini sığınacağa
düşmək üçün dilə tutmağa cəhd göstərir. “Təhlükə bitdi” siqnalı verilir. Uzaqlarda motorların
gurultusunu eşidilməz olur, sirenalar susur.
– Cəmi dörd təyyarə vurulub, – Stalin pilləkənlə enərkən narazı halda dillənir. – Məncə, bu qədər
sıx zenitçilər dəstəsi üçün çox azdır... Bu günə hansı məsələdir?
– İranda vəziyyə. Bu da Uinston Çörçilin məktubu. Qafqazın təhlükəsizliyi üçün narahatdır.
– Konkret təklifi nədir?
– Təklif edir ki, nasist aviasiyasının hücumlarının qarşısını almaq məqsədilə Bakı rayonunda
amerikalılarla birlikdə ingilislərin səkkiz qırıcı eskadrilyası yerləşdirilsin. Ancaq bir incə məqam
39
var: o bizə təyyarələri öz ekipajları ilə birlikdə təklif edir. Üstəlik də aviabazalarda bütün xidmət
işlərini ingilis mütəxəssisləri görməlidir.
– Vəssalam?
– Xeyr, yoldaş Stalin. Məlumat almışıq ki, bizim qoşunlarla birlikdə İrana yeridilən ingilis
qoşunlarını tərkibində xüsusi desant alayı olacaq. Bizim Zaqafqaziyadakı mövqelərimizin
zəifləyəcəyi təqdirdə bu alay dərhal Qafqaza keçərək, Bakıda yerləşdirilmiş aviasiya qoşun
hissələri ilə birləşməlidir. Yəni Qafqazın işğalı planı göz qabağındadır.
Çörçilin incə zövqü var. İşləyib hazırladığı gizli əməliyyata “Velvet” adını verib. Yaxşı addır?
– Müttəfiq üçün olduqca qəribə əməliyyatdır.
– Öz ölkəsinə yalnız xeyir arzulayan adamı günahlandırmaq lazım deyil. Ən başlıcası, məsələni
aydınlaşdırmaqdır, kimi isə günahlandırmaq yox. Və elə hərəkət etmək lazımdır ki, öz ölkəni
bəladan qoruyasan. İmkan olsa, hətta onun üçün hər işdə faydalı bir cəhət də tapasan. Beləliklə,
gəlin bizim üçün ayrılmış səkkiz eskadrilyaya görə cənab Çörçilə hərarətli minnətdarlığımızı
bildirək, ancaq ekipajlardan mütləq imtina edək! Daha sonra: bizim qoşunların İrana daxil olma
tarixini müəyyənləşdirin və Çörçilə də xəbər verin. Əgər başqa təklifiniz yoxsa, mən sentyabrın
16-nı məsləhət bilirəm.
Əbiyev pillələri asta-asta düşüb, tənəkliyə enir. Bakı üçün adi payız havasıdır, – artıq isti olmasa
da, hava hələ yetərincə ilıqdır.
Tövlənin açıq qapısı önündə, sınıq-salxaq skamyada oturmuş Məmməd mürgüləyir. Əbiyev,
səbəbi özünə də bəlli olmayana bir qüssə ilə qocanı süzür. Əlini onun çiyninə toxundurur.
Məmməd gözlərini açır. Bəyi görən kimi “həmin dəqiqə” divara söykənib hörmətlə ayağa qalxır.
– Atlara yem verdim. Elə oturmağımla gözümün yumulmağı bir olub, – deyə mızıldanır.
– Qocalmışıq, qardaş, qocalmışıq, – Əbiyev dillənir.
– Nə qədər canımda can var, bəyin sadiq nökəriyəm! – Məmmədin dişsiz ağzından sözlər fışıltı
ilə çıxır.
– Düzdür, nökərsən, – deyə Əbiyev razılaşır. Bu zaman üzündə güclə sezilən təbəssüm görünür.
– Ancaq nökərin bu gen dünyada bircə doğma adamı yoxdursa, elə ağası da onun özü kimi
yalqızdırsa, deməli, onlar bir balaca qardaşdırlar. Atları qoş. Şəhərə gedəcəyik.
– Elə atlarımız da qocalıb, – Əbiyev gülümsünür. – Şəhərə gedək!
Əvvəl sür Bibiheybətə – mənim ilk quyumun fantan vurduğu yerə!
Fayton şəbəkəli buruqların sıx meşəsi ilə irəliləyir, Əbiyev təkcə özünə bəlli olan hansı
nişanələrə görəsə Məmmədə istiqaməti göstərir.
– Dayan! Budur! Onda fantan vurmasaydı, mən ömrümün sonunacan dilənçi qalardım! O gün
bank müfəttişi gəlib qapını kəsdir-mişdi, icarə müddəti həmin axşam bitirdi... Nə isə... Bu
uşaqlar, deyəsən, vaxtlarını boş keçirmirlər, gör nə qədər təzə tikili var!
40
İndi zavodun yanına sür. Sonra limana gedərik: mənim barjamın, tankerlərimin dayandığı yerə
baxmaq istəyirəm.
Əynində fəhlə geyimi, qolunda sarğı olan gənc neftçi zavodun ərazisinə keçməyə icazə vermir.
– Olmaz. Xüsusi buraxılış vərəqi lazımdır.
Boruları bərkitməklə məşğul olan fəhlələrin arasından bir nəfər ayrılır:
– Salaməleyküm, bəy! Xeyirdimi?
– Buralarla vidalaşmağa gəlmişəm, – bəy zavod binasına işarə edir.
– Bəs mən elə bilirdim sən buralarla iyirmi il bundan qabaq vidalaşmısan, – Fəhlə zarafat edir.
– Vidalaşmağa bu gün gəlmişəm, – Əbiyev ciddiyyətlə cavab verir.
– Mən yadına gəlirəmmi, bəy!
– Xeyr, – Əbiyev təəssüflənir. – Bağışla, yadımda qalmamısan.
– Tətil komitəsinin üzvü idim. Fəhlələrlə müqavilə məsələsi üçün yoldaşlarımla bir yerdə sənin
kontoruna gəlmişdim.
– Hə-ə, deyəsən yadıma gəlir, yadıma gəlir... Tətil... Ancaq heç cür xatırlaya bilmirəm sən nəçi
idin?
– Quyu təmiri ustası.
– Bəs indi?
– O indi də usta işləyirdin, indi də usta. – Əbiyev bir anlıq fikrə gedir. – Bəs onda mənə izah elə
görüm tətil-filan sənin nəyinə gərək idi?..
– Doğrudanmı başa düşmürsən, bəy? Sən ki, həmişə ağıllı adam olmusan. Bunu hamı bilirdi...
Sənə yaxşı yol. – Növbətçini yana çəkir. – Qoy keçsin.
– Yaxşı başa düşmədim. O, kapitalist olub?
– Kapitalist olmağına kapitalist idi, ancaq o birilərə bənzəmirdi.
– Demək istəyirsən yaxşı idi? – Cavan oğlan inamsızlıqla soruşur.
– O birilərə bənzəmirdi, – deyə neftçi təkrar edir. – Əbiyev!
Onu hamı tanıyırdı.
Bağırovun kabineti. Stol arxasında bir neçə nəfər əyləşib.
Kamillə onun direktorundan başqa, o biri dörd nəfərin hamısının, 5 3o mlədən Bağırov da (onun
əynində general mundiri var) hərbi forma geyinib.
41
– Demək istəyirsən ki, bu maye tankın zirehini yandıra bilər?
– Bağırov inamsızlıqla Kamildən soruşur.
– Üç dəqiqə yarım ərzində fasiləsiz yandıqda bu maye qalınlığı sıfır tam onda dörd santimetr
olan polad təbəqəni yandırıb dəlir, – Kamili sözləri ipə düzübmüş kimi deyir.
– Laboratoriyada ola bilər, tankın üstündən, özü də hərəkət edən tankdan isə külək bircə
saniyədə alovu üfürüb söndürər.
– Bağırov şəkkaklıqla gülümsünərək, yarımlitrlik butulkanı saymazyana tərzdə polkovnik
Karpovun qarşısına sürüşdürür. – Sən tankçısan. Necə bilirsən, bu maye doğrudanmı o cür
möcüzəli keyfiyyətlərə malik ola bilər, az qala günəşdəkinə bərabər yanma temperaturu; nə
küləkdən qorxur, nə sudan, nə qumdan?
– Ümumiyyətlə, mən belə maddə barədə bir şey eşitməmişəm, yoldaş hərbi şura üzvü. – Karpov
şüşəni çalxalayır, işığa tutub içərisindəki mayeyə baxır, sonra qapağını açıb qoxulayır. – Ağ neft
Dostları ilə paylaş: |