202
(Bakı, Quba, Şamaxı, Nuxa, Şuşa və Lənkəran) atların sayı 82.972 başdan 140.867 başa
çatmışdır.
9
Bu
hər şeydən əvvəl, atın mühüm nəqliyyat vasitəsinə çevrilməsi ilə əlaqədar idi.
Məlum olduğu kimi, Zaqafqaziyada atı ətinə və südünə görə deyil, ən sərfəli nəqliyyat vasitəsi
olmasına görə bəsləyirdilər.
10
Azərbaycan əhalisi, əsasən, yerli at cinslərindən (Qarabağ, Dilboz, Şirvan, Quba və s.)
istifadə etmişdir. Bunların arasında
ərəb atından törədiyi güman olunan Qarabağ atı xüsusi yer
tutmuşdur.
Azərbaycanda
keçmişdə atdan həm minik, həm də
yükdaşıma məqsədilə istifadə olunurdu.
Azərbaycanda erkən orta əsrlərdən şöhrət tapmış Qarabağ atları, əsasən, minik məqsədilə
saxlanılırdı. Yüksək
sürətə malik olmaqdan əlavə, həm də yüngül və dözümlü olan Qarabağ
atları dağ-minik atları qrupuna daxil idi.
Azərbaycanda geniş şöhrət qazanmış yerli at cinslərindən biri də Qazax atları olmuşdur.
Minik və yükdaşıma, qismən isə qoşqu qüvvəsi məqsədi ilə işlədilən Qazax atları həm
də yüngül
və dözümlü olması baxımından yüksək qiymətləndirilirdi. Qazax atları arasında «dilboz» və ya
«haçadil» adlandırılan at cinsi xüsusilə fərqlənirdi.
Azərbaycanda yayılmış digər at cinsləri:
Şirvan və
Quba atları da
minik-yük göstəricilərinə
görə məşhur olmuşdur.
Minik atları bir sıra əlamətlərinə, xüsusilə yerişinə görə «yortma», «yorğa», «çapırtma»
olmaqla seçilib fərqləndirilirdi.
Yerli at cinsləri habelə zahiri əlamətlərinə görə «qaşqa», «ala qaşqa», «səkil», «ağyal»,
«kəhər», «kürən», «kürən-qaşqa», «səmənd», «alaça», «bozat», «ağat», «qırat», «dürat» və s.
adlarla tanınırdı.
Ağır yükləri daşımaq üçün «löhrən» adlanan qoşqu atları Azərbaycana XIX əsrdə
köçürülmüş rus təriqətçiləri tərəfindən gətirilmişdir.
11
Keçmişdə heç də əhalinin bütün təbəqələri atdan nəqliyyat
məqsədilə istifadə edə
bilməmişdir. Bu, hər şeydən əvvəl, atın, xüsusilə də cins atın çox baha olması və eləcə də
«atpulu» adlanan vergi növü ilə bağlı olmuşdur.
12
Azərbaycan əhalisinin keçmiş məişətində at sərfəli minik nəqliyyatı olmaqdan əlavə,
qoşqu
qüvvəsi kimi də istifadə olunmuşdur.
Bir neçə baş atı olan aiələlər, adətən, çöl-təsərrüfat işlərini qurtarandan
sonra əlavə qazanc
əldə etmək məqsədilə yük daşımaqla məşğul olurdu. Atla yükdaşıma «çarvadarlıq» peşəsinin
yaranmasına səbəb olmuşdur. Etnoqrafik çöl materialları göstərir ki, çarvadarlıq
peşəsi
Azərbaycanın bütün qəzalarında geniş yayılmışdır. Adətən, hər bir çarvadarın 2-3 baş yük atı
olurdu. El arasında yük atı çox vaxt «yabı» da adlanırdı.
Xam atın minik və yük üçün öyrədilməsi də etnoqrafik cəhətdən maraq doğurur. Bu
məqsədlə əvvəlcə, «rəşmə» adlanan bir ucu ilgəkli kəmənd vasitəsi ilə xam at kəməndə salınıb
tutulurdu. İlgəyin halqası xam atın boynuna keçdikdən sonra onu tədricən çəkirdilər. Kəmənd
atın boğazını sıxdıqca dəliqanlı xam
ürgə tədricən taqətdən düşüb sakitləşirdi. Xam atları,
adətən, köməkli tutub ram edirdilər. Bu işlə daha çox gənclər məşğul olurdu.
Xam at tezliklə ram olmadıqda onu heydən salıb zəiflətmək üçün bir müddət qaranlıq
tövlədə ac saxlayırdılar. Bir qədər sonra onu şumlanmış, yaxud sucar sahəyə salırdılar. Bu
məqsədlə bir nəfər xam atın kəməndini dartır, digəri isə onun belinə minirdi. Bəzən də xam atın
belinə ağır yüklə dolu xurcun qoyulurdu. Xam atı miniyə alışdırmaq üçün əvvəlcə onun belinə
Dostları ilə paylaş: