220
sərnişin daşınırdı.
Səndəl kirjimldən
bir qədər böyük olub təknəvari formada inşa edilirdi.
Həm də kirjimdən
fərqli olaraq, onun alt təknəsi üzərində «göyərtə» adlanan üst meydançası da düzəldilirdi.
Daşınacaq yüklər, adətən, səndəlin «anbar» adlanan alt təknəsində, sərnişinlər isə onun
göyərtəsində yerləşdirilirdi.
Bir
qayda olaraq, səndəlin ortasına
dor ağacı bərkdilirldi. Adətən, orta və kiçik ölçülü
səndəllər tək dorlu, böyük səndəl isə iki dorlu düzəldilirdi.
Səndəl
suda həm avar, həm də
yelkən vasitəsilə hərəkət etdirilə bilirdi. Yelkən vasitəsilə
səndəlin hərəkət sürəti səmt küləyinin əsməsindən asılı idi. Təcrübəli dənizçilər səmt küləyinin
əsmə məqamını, «gilavar» və ya «xəzri»nin
nə vaxt əsəcəyini, nə qədər davam edəcəyini empirik
bilik əsasında dəqiq müəyyənləşdirə bilir və işlərini bu məcrada qururdular. Yelkənin açılıb
yığılması dor ağacı vasitəsi ilə tənzimlənirdi.
Keçmişdə Azərbaycanın Xəzərsahili əyalətlərində yükdaşıma məqsədi ilə işlənən yerli
gəmilərdən əlavə, kənardan gətirilmə mexaniki gəmilərlə də yük daşımışdır. Xüsusilə avarlı
qayıqlar dayaz sahillərə yan ala bilməyən böyük tutumlu dərinlik
gəmilərindən yüklərin
boşaldılıb daşınmasında, yaxud onun yüklənməsi əməliyya-tında müstəsna rol oynamışdır. XYII
əsrin əvvəllərinə aid bir məlumatda Xəzərin cənub-qərb vilayətlərində bütöv palıd kötüyündən
yonulmuş və hər birində 6 nəfər balıqçı yerləşən çoxlu qayıqlar olduğu xəbər verilirdi.
98
Həmin
məlumatda balıqçı qayıqlarından əlavə, Xəzər dənizinin bu hissəsində hər biri 30 tonadək yük
götürə bilən yastı dibli, dorlu və yelkənli ticarət gəmilərinin üzdüyü də bildirilir.
99
Şahidin
söylədiyinə görə, bu gəmilərin dənizçiləri səyyarələr əsasında
səmti müəyyənləşdirsələr də,
kompas və digər dənizçilik cihazları barədə müəyyən billiklərə malik idilər.
100
Dostları ilə paylaş: