Üfürmə nəqliyyatı vasitələri. Meşə massivindən məhrum olan çaykənarı ərazilərin
əhalisi su manielərini keçmək üçün başqa üzgü vasitələrindən istifadə etmək məcburiyyətində
qalmışlar. Araz çayının ətrafı meşəsiz, çılpaq çaylaqlardan ibarət olduğundan onun sahillərində
məskunlaşmış tayfalar çayı keçmək üçün bir sıra bəsit su nəqliyyatı növləri: tuluq, pələ, kələk
düzəltməli olmuşlar. Təsadüfi deyil ki, üfürmə su nəqliyyatı vasitələri əsasən, Naxçıvan
bölgəsində qeydə alınmışdır.
57
Aşılı qoyun, keçi və ya dana dərisindən düzəldilmiş tuluqlar üzərində quraşdırılan pələ və
kələk tipoloji cəhətdən bir-birindən o qədər də seçilmirdi. Mənşə etibarı ilə bunların hər ikisi
üfürülüb hava ilə doldurulan və tək adamın üzüb keçməsi üçün nəzərdə tutulan tuluqdan
törəmişdir.
Bir cüt tuluq üzərində quraşdırılan pələ kiçik, kələk isə ondan xeyli böyük olub, 6 və ya 8
tuluq üzərində quraşdırılırdı.
Pələni hazırlamaq üçün əvvəlcə iki gözdən ibarət ağac çərçivə düzəldilirdi. Bu məqsədlə
214
diametri 10-15 sm olan 2 m uzunluğunda bir cüt ağac zolası arıtlanıb, araları 1 m qədər olmaqla,
paralel vəziyyətdə yerə uzadılırdı. Sonra onların hər iki ucunu ağac törpü vasitəsilə birləşdirib
bir-birinə bağlayırdılar. Daha sonra çərçivənin tən ortasından yenə də köndələn vəziyyətdə bir
törpü bağlayıb onu iki bərabər hissəyə bölürdülər.
58
Bunun sayəsində pələnin çərçivəsi kvadrat
formalı iki xanəyə bölünmüş olurdu. Bundan sonra xanələrin hər birinə bir ədəd üfürülüb hava
ilə doldurulmuş tuluq bağlanırdı. Çərçivəni üzü üstə çevirib işlək hala salandan sonra onun
üzərinə çubuqdan hörülmüş çəpərə və ya qarğı salğar sərilirdi. Salğar (çəpərə) bir növ pələnin
göyərtəsi rolunu oynayırdı. Onun üzərinə xırda-para yük və adam mindirib çayın bir sahilindən
digərinə keçirirdilər. Bu mənada pələ Kür çayında istifadə olunan salı xatırladırdı. Elə onların
hər ikisinin idarə etmə qaydası da eyni idi. Sal kimi, pələ də çəp vasitəsilə, pələçi tərəfindən
hərəkət etdirilirdi.
Pələnin sonrakı təkamülü daha çox yük və sərnişin götürə bilən böyük ölçülü su
nəqliyyatı növünün yaranması ilə nəticələnmişdir. Naxçıvan bölgəsində «kələk» adı ilə bəlli olan
bu arxaik su nəqliyyatı növü istifadə üsuluna, quruluşuna və yükdaşıma məqsədinə görə, tipoloji
baxımdan pələ ilə eyni idi. Onların hər ikisi çayın bir sahilindən digər sahilinə üzdürülməklə, bir
növ bərə vəzifəsini daşıyırdı.
Kələyin böyük ölçüsü onun gövdəsini təşkil edən çərçivə xanələrinin, deməli, həm də
tuluqların çoxsaylı (6,8, bəzən isə 10 gözdən ibarət) olmasını tələb edirdi. İkixanəli pələdən
fərqli olaraq, çoxxanəli kələyin yük tutumu 2-2,5 tona çatırdı.
Pələ kimi kələk də uzun dəstəkli çəp vasitəsi ilə hərəkət etdirilirdi. Bir qayda olaraq, çəp
çəkən (pələçi) kələyin arxa hissəsində ayaq üstə dayanıb onu digər sahilə keçirirdi. Həm pələ,
həm də kələyin hərəkəti çayın axarı və çəp vasitəsi ilə tənzimlənirdi.
Qayıq. Çay nəqliyyatının ən təkmil növü sayılan qurama gövdəli qayıqlar, çox güman ki,
mənşə etibarı ilə kolazdan törəmişdir. Görünür, köhnə kolazın zədələnib, yaxud çürüyüb yararsız
hala düşmüş deşik-yırtığını əldəyonma taxta ilə tutub bərpa etmişlər. Əsrlər boyü davam edən bu
əməli təcrübə taxtadan quraşdırılma nəqliyyat vasitəsinin yaranmasına gətirib çıxarmışdır.
Qurama qayığın nisbətən yüngül olması və onun tutumunu artırmaq imkanının böyük olması
faktı da onun inkişafını labüd etmişdir. Beləliklə də çay və dəniz qayıqçılığı, bu zəmin əsasında
isə gəmiçilik yaranmışdır.
Qayığın yükgötürmə tutumunun və yükdaşıma gücünün böyük olması onu həm də sahil
boyunca üzən dəniz nəqliyyatı növünə çevirmişdir. Bu mənada qayıq dəniz gəmiçiliyinə keçid
vəsiləsi rolunu oynayaraq, yelkənli və avarlı gəmilərin yaranmasının texniki əsasını təşkil
etmişdir. Başqa sözlə, kolaz qayığın, o isə, öz növbəsində, kirjim və səndəl tipli bəsit gəmilərin
sələfi olmuşdur.
Qayıq nisbətən sonralar meydana çıxsa da, çay nəqliyyatında başlıca yükdaşıma
vasitəsinə çevrilmişdir. Kolazdan fərqli olaraq, qayıqla həm çayın axarı boyunca, həm də onun
əksinə yük daşınırdı.
Böyük yük tutumuna malik olan qayığı çayın axarının əksinə hərəkət etdirmək üçün
çəpçidən əlavə, ona avar çəkənlər də cəlb edilirdi. Ona görə də qayığı hazırlayan zaman onun
gövdəsində avar çəkənlər üçün oturacaq düzəltmək lazım gəlmişdir.
Bir qayda olaraq, qayıqqayıran ustalar əvvəlcə onun gövdəsinin «yataq» adlanan alt
döşəmələrini və «dirək», yaxud «ayaq» adı ilə bəlli olan yan qabırğalarını yonub quraşdırırdılar.
Möhkəm və qayım ağac növlərindən (palıd, qaraqac, vələs, dəndə, dəmirağac və s.) yonulub
hazırlanan döşəmə və qabırğa dirəkləri qayığın formasından asılı olaraq müxtəlif ölçüdə
düzəldilirdi. Adətən, orta qabırğalar nisbətən əyri və hündür olub, arxaya doğru getdikcə tədricən
kiçilməkdən əlavə, həm də araları ensiz quraşdırılırldı.
Qayıq gövdəsini əmələ gətirən «yataq» və qabırğalar onun ölçüsünə müvafiq olaraq, 5-7-
dən 11-13-dək müxtəlif sayda hazırlanırdı.
Kür və Araz çaylarında işlədilən ənənəvi qayıqlar yastı dibli olub üç hissədən ibarət
hazırlanırdı. Qayığın gövdəsinin alt (yataq) döşəmələri düz, yan qabırğaları isə qövsvari formada
azca əyri düzəldilirdi. Qabırğalar bir-birinə calanıb birləşdirilərkən onların yuxarı başı xeyli aralı
qalırdı. Bunun nəticəsində qayığın gövdəsi xaşal forma kəsb edir və onun yuxarı hissəsi dibinə
nisbətən xeyli gen olurdu. Qayığın bu cür təknəvari forma kəsb etməsi yüklənən zaman onun
215
gövdəsinin suya az batmasına təminat yaradırdı. Qayığın gövdəsinin çox hissəsinin suyun
üzündə qalması isə onun hərəkətini asanlaşdırır və avarçəkənləri az yorurdu.
Qayığın qabırğa dirəklərinin hamısı quraşdırılıb müvafiq qaydada düzüləndən sonra onun
üz taxtaları vurulurdu. Çöl tərəfdən, sıx vəziyyətdə quraşdırılan üz taxtaları papaqlı qadaqla
qabırğalara bərkidilirdi.
Daima suda olan qayığın yataq və yan taxtalarının ara yarıqlarından onun içinə su sızıb
dolmasın deyə, onların arasına «finif» adlanan yun çöpüyü, kətan lifi və s. tıxayandan sonra
üzərinə qatı qətran (qır) yaxılırdı. Qədim zamanlarda bu məqsədlə balıq qovcuqlarından
hazırlanmış yapışqandan istifadə olunmuşdur. Antik dövr müəllifi Elian kaspilərin hazırladığı
balıq yapışqanına yüksək qiymət verərək yazırdı ki, o şəffaf olub yapışdırır, çox möhkəm və
yapışdığı yerdən qopmur.
59
Azərbaycanın Xəzəryanı və Kürboyu ərazilərində qayıq indi də su nəqliyyatı vasitəsi
kimi özünün əməli əhəmiyyətini itirməmişdir.
Kəraçi. Ənənəvi çay nəqliyyatının məhəlli növü olan kəraçi böyük ağac gövdəsindən
yonulub hazırlanırdı. Tipoloji cəhətdən o, kolaza bənzəyirdi. Lənkəran-Astara bölgəsində geniş
yayılmış olan bu təkgövdəli kolaz növü yerli əhali arasında «kəraçi» adlanırdı. Kəraçi kolaza
nisbətən xeyli enli və dərin olması ilə ondan seçilirdi. Kəraçi «kər» adlanan uzun çəp və avarı
əvəz edən ikibaşlı kürək vasitəsilə idarə olunurdu. Kər çəpə nisbətən uzun olmaqdan əlavə, həm
də onun ucu kürək formasına salınırdı.
Məlum olduğu kimi, avardan, əsasən, yaz daşqınları zamanı, çayda su dərinləşən
vaxtlarda, həm də axının əksinə üzmək lazım gələndə istifadə olunurdu. Çayda suyun səviyyəsi
aşağı düşüb dayazlaşanda kəracı çəp və ya kər vasitəsi ilə itələnməklə hərəkət etdirilirdi.
Bərə. Ənənəvi çay nəqliyyatının qədim növləri arasında yüksək yük tutumuna malik
olmaq baxımından bərə xüsusi yer tutmuşdur. Dərin sulu çaylardan ağır yükləri, o cümlədən,
minik-yük heyvanlarını, habelə hərbi sursat və ləvazimatı digər sahilə tarixən müxtəlif ölçülü
bərələr vasitəsilə keçirmişlər.
Azərbaycanda ən çox Kür, Araz və Alazan (Qanıq) çaylarında istifadə olunan bərənin
yaranma tarixi dəqiq bəlli deyildir. Məlum olan əsas həqiqət bundan ibərətdir ki, qədim karvan
yollarının dirəndiyi iri çayların üzərindən çoxtağlı körpülər salınana qədər ağır yükləri dərin su
maneələrindən bərə ilə keçirmişlər.
Bir qayda olaraq, bərə kolaz və ya qayıqlar üzərində qurulurdu. Ağır yükləri digər sahilə
təhlükəsiz və rahat keçirmək üçün qoşa kolaz üzərində ağacdan «göyərtə» adlanan meydança
düzəldilirdi. Bunun üçün əvvəlcə «atma» adlanan yoğun tir vasitəsi ilə kolaz və ya qayıqlar bir-
birinə birləşdirilir, sonra onların üzərinə köndələn vəziyyətdə şalban yaxud ağac zolaları düzüb
bərkitməklə göyərtə əmələ gətirilirdi.
Təhlükəsizliyi təmin etmək məqsədi ilə çox vaxt bərə göyərtəsinin ətrafına alçaq
məhəccər düzəldilirdi.
Bərənin ən bəsit və qədim növü yan-yana düzülüb, bir-birinə bağlanmış şalbanlar
üzərində quraşdırılan üzücü « göyərtə» olmuşdur. Göyərtə bərənin ölçüsündən asılı olaraq
şalbanların sayı 5-6-dan 10-a qədər çatırdı. XIX əsrdə Azərbaycanda 10-12 şalban üzərində
qurulmuş böyük bərələrə də təsadüf olunurdu.
60
Ağır şalbanların fərqli olaraq, yüngül kolaz və ya qayıqlar üzərində qurulmuş bərənin
göyərtəsinin suyun səthindən xeyli yuxarıda qalması onun yükgötürmə əmsalını xeyli artırmağa
imkan vermişdi.
Adətən, kiçik bərə 2, orta və böyük bərə isə 3 ədəd kolaz və ya qayıq üzərində
quraşdırılırdı. Görkəmli şərqşünas N. Berezin Lənkəran qəzasındakı Qumbaşı körfəzində 3 ədəd
qayıq üzərində quraşdırılmış bərədən bəhs edərək yazırdı ki, onu bir nəfər bərəçi çəp vasitəsi ilə
hərəkət etdirirdi.
61
Bir qayda olaraq, çayın iki sahilində yoğun dirəklərə bağlanmış «buraz» (vərənə) üzrə
hərəkət etdirilən bərə diyirlənən girdə «bağara» vasitəsi ilə üzdürülürdü. Bunun üçün bərənin
başı kəndirə bənd edilirdi. Bərənin buraz boyunca hərəkətini tənzimləyən baqara məhəccərin
«gildi» adlanan tirinə bağlanırdı.
Adətən, bərəni quraşdırmaq üçün çayın «lal» axan münasib sakit sahəsi seçilirdi. Çayın
216
belə sakit aıxmlı sahəsi çox vaxt el arasında «bərə» və ya «keçid» də adlanırdı.
Bir qayda olaraq, bərəçilər öz əməklərini yüngülləşdirmək üçün çayın axınından istifadə
etməyə çalışırdılar. Bu məqsədlə onlar ucu enli kürəkl tamamlanan çəp vasitəsilə bərənin səmtini
dəyişib, onu çayın axarı istiqamətində maili hala gətirirdilər. Bunun sayəsində çayın axını bərəni
arxa tərəfdən itiləyərək buraz boyunca hərəkət etdirir və digər sahilə yaxınlaşmasını təmin edirdi.
Son vaxtlar bərənin idarə olunması xeyli təkmilləşdirilmişdir. Bunun üçün qayıqların hər
birisinin arxasına sükan rolunu oynayan çəp bərkidilmişdi. Sonra da hər iki çəp birləşdirilib
sükan halına salınırdı. Sükanın istiqamətini dəyişdirməklə, çayın axarı vasitəsi ilə bərənin
hərəkəti təmin edilirdi. Hərdən bir bərəci burazdan tutub bərəyə təkan verməklə onun sürətini
artırırdı.
Bərənin sahilə yan alması və yüklərin rahat boşaldılması üçün çayın hər iki sahilində
«suvat» və ya «bərgah» adlanan ağac döşəməli körpü düzəldilirdi. Bərəyə təhlükəsiz minib-
düşmək üçün bərə ilə suvat arasına kiçik pilləkən qoyulurdu.
Keçmişdə Kür, Araz və Qanıx çayları boyunca əlaqə və ticarət yollarını qovuşduran
böyük bərələrlə yanaşı, bir sıra yerli nəqliyyat əhəmiyyətli xırda bərələr də mövcud olmuşdur.
Çox vaxt bərə-keçidlər yaxınlıqdakı şəhər və ya kəndlərin adı ilə tanınırdı.
XIX əsrə aid ədəbiyyat və arxiv sənədlərində Kür və Araz çaylarının Azərbaycan
ərazisinə düşən hissələrindəki bərələrin bir qisminin adı çəkilir. Yazılı mənbələrdə Kür çayının
orta və aşağı axarı boyunca salınmış Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Pirəzi,
Mingəçevir və başqa keçidlərdəki bərələrin adı çəkilir.
62
Araz çayı üzərində təkcə Naxçıvan bölgəsinə düşən 5 keçidin (Qaqaç, Bulqan,
Abbasabad, Daraşan və Culfa) adı çəkilir. Bunlardan da ən böyüyü Culfa və Abbasabad qalası
yaxınlığındakı bərələr sayılırdı.
63
Bu bərələrin hər biri 300 puda qədər yük götürə bilirdi.
64
Culfa
bərəsində keçid haqqı məzənnəsindən bəhs edən bir mənbədə hər dəfə bərədə 20 ədəd yük və 8
baş at və ya başqa heyvan keçirildiyi xəbər verilirdi.
65
Bu tip qayıqüstü bərələrə Araz çayının Mil düzünə düşən hissəsində də təsadüf olunurdu.
Saatlı və Sabirabad (Petrovlovka) bərələri bunların arasında yükgötürmə gücünə görə mühüm
yer tuturdu.
Qayıqlar üzərində quraşdırılmış bərələrə Alazan (Qanıx) çayında da təsadüf olunurdu.
Şirək qışlaqlarına doğru uzanan köç yollarının qovuşduğu keçidlər yaz daşqınları zamanı
keçilməz hala düşdüyündən əhali bu tip bərələrdən istifadə etmək məcburiyyətində qalırdı.
XIX əsrə aid ədəbiyyat materiallarında Alazan çayında aşağıdakı keçidlərin adı çəkilir:
Becanlar, Anaqa, Urdo, Muğanlı, Qozlu, Boyaqçı, Çırpılı, Boyəhmədli, Lələli və Almalı.
66
Bunlardan ən başlıcaları olan Muğanlı, Urdo və Almalı keçidlərində hər tay yük üçün alınan
rüsumun miqdarı barədə də məlumat verilmişdir.
67
Hətta arxiv sənədlərində Padar kəndi
yaxınlığındakı Boyaqçı keçidindəki bərənin 3 ədəd qayıq üzərində qurulduğu da xəbər verilir.
68
Dostları ilə paylaş: |