43
Silahqayırma sənətində başlıca məsələlərdən biri yüksək keyfiyyətli poladın əldə edilməsi
və ondan istifadə üsulunun mənimsənilməsi idi. Silahın keyfiyyəti hər şeydən öncə, onun
hazırlandığı xammaldan asılı olduğundan istər soyuq,
istərsə də odlu silah istehsalçıları bu cəhətə
xüsusi diqqət yetirirdilər. Ona görə də silahqayırma sənətində xammal tədarükü zamanı çox vaxt
xam dəmirə nisbətən işlənib sıradan çıxmış köhnə metal məmulatı qırıntılarına daha çox
üstünlük verilirdi. Xüsusilə istifadə nəticəsində korlanıb sıradan çıxmış «nalpara»
∗
adlanan
köhnə nal parçaları silah ustalarının ən etibarlı xammal növü sayılırdı. Məhz bu səbəbdən də
keçmişdə nalbəndlər köhnə nalları toplayıb silah ustalarına satırdılar. Səbəbi indiyədək tam
aydınlaşdırılmayan bu empirik təcrübənin səmərəli cəhəti bundan ibarət idi ki, nalparadan
xaspolad daha asan əldə edilirdi. Görünür, işlənmə zamanı reaksiya nəticəsində nalın kimyəvi
tərkibində dəmirin miqdarı azalır və o, polad keyfiyyəti kəsb edirdi. Yüksək istehsal keyfiyyətinə
malik olan köhnə xammalı polada qatmaqla, silah istehsalı üçün zəruri olan olduqca sərfəli yeni
metal-dəmirqarışıq polad əldə olunurdu. Silah ustaları xaspolad keyfiyyəti kəsb etmiş bu metal
növünü çox vaxt «qaynaq dəmiri» adlandırırdılar. Xalq empirik təcrübəsi əsasında hazırlanan
yeni metal əslində dəmirdən daha çox sərtlik xassəsini itirmiş yumşaq poladı xatırladırdı.
Qaynaq yolu ilə əldə olunmuş metalın bu xüsusiyyəti isə silah istehsalı üçün olduqca vacib
şərtlərdən sayılırdı.
Bununla belə, köhnə dəmir ehtiyatının kifayət etməməsi üzündən yerli silah emalatxanaları
xam dəmir və polad tədarükü qayğısından tam azad deyildilər. Yerli dəmir istehsalı çətin, həm
də baha başa gəldiyindən və məhdud səciyyə daşıdığından Azərbaycanın silah emalatxanalarında
idxal yolu ilə əldə olunan əcnəbi xammala daim ehtiyac hiss olunurdu. Orta əsrlər boyu
Azərbaycana dəmir və polad Türkiyə və Rusiyadan ixrac olunmuşdur.
87
Türkiyə vasitəsilə
gətirilən polad Osmanlı imperiyasının müxtəlif guşələrində (Rumıniya, Bolqarıstan, Suriya və s.)
hasil olunmasına baxmayaraq, Azərbaycana «Osmanlı poladı», yaxud «Dəməşq poladı» adı ilə
daxil olurdu. Həm də silah ustaları daha çox Dəməşq poladına üstünlük verirdilər.
XYIII-XIX əsrlərdə Azərbaycanın silahqayırma emalatxanalarının xammal təchizatından
bəhs edərkən belə bir faktı da qeyd etməliyik ki, Qərbi Azərbaycanda daha çox yerli, Daşkəsən
dəmiri, ölkənin şərq əyalətlərində isə Rusiyadan idxal olunmuş xammal üstünlük təşkil edirdi.
Lakin XYIII əsrin əvvəllərindən başlayaraq işğalçılıq siyasətini genişləndirən Rusiya qonşu
ölkələri silah istehsalından məhrum etmək və onları hərbi cəhətdən zəif salmaq üçün Şərq
ölkələrinə dəmir və polad ixracını məhdudlaşdırmağa çalışırdı. I Pyotr İran və Xəzərsahili
əyalətlərin əhalisini silah istehsalı üçün zəruri xammaldan məhrum etmək məqsədilə özünün
1717 və 1719-cu il tarixli fərmanları ilə buraya dəmir ixracını qadağan etmişdi. Bu
məhdudiyyətlər XYIII əsrin ortalarınadək davam etmişdir.
88
Yalnız Rusiyaya sadiq olan bəzi
yerli hakimlər mərhəmət əlaməti olaraq Rusiyadan dəmir almaq səlahiyyəti əldə etmişdilər.
Y.Veydenbaumun söylədiyinə görə, XYIII əsrin 70-ci illərində Xəzərsahili vilayətlərin əhalisi
çox baha qiymətə olan dəmir, polad və qurğuşunu acgözlüklə alırdı.
89
A.S. Piralovun yazdığına
görə, cüzi metal qırıntısına burada çox vaxt olduqca qiymətli bir əşyanı almaq mümkün idi.
90
XIX əsrdə silah istehsalı üçün zəruri olan xammal Azərbaycana başlıca olaraq, Bakı
vasitəsilə Rusiyadan gətirilirdi.
91
Azərbaycanın xam dəmir və polad təchizatında sonralar da Rusiya həlledici rol oynamışdır.
Y.Veylenbaum akademik Abixə istinad edərək, Qafqazda dəmir filizi yataqlarından çox qədim
zamanlarda istifadə olunduğunu söyləsə də, burada dəmirə həmişə böyük ehtiyac olduğunu, yerli
əhalinin uzaq ölkələrdən ixrac edilən bu xammalı çox yüksək qiymətə aldığını xəbər verirdi.
92
XIX əsrin 40-cı illərində Bakı şəhəri regionda dəmir ticarətinin başlıca mərkəzinə
çevrilmişdi. İran və Zaqafqaziya üçün zəruri olan xam dəmirin hamısı əvvəlcə Bakıya gətirilir,
sonra buradan quru və su nəqliyyatı vasitəsilə hər yana daşınırdı. Yerli dəmir istehsalı baha başa
gəldiyindən və onun istehsalı məhdud səciyyə daşıdığından rus dəmiri burada heç bir rəqabətlə
qarşılaşmırdı.
93
Dostları ilə paylaş: