38
Daşdan, habelə
xatirə abidələri (
başdaşı, sinədaşı, sənduqə) düzəldilirdi. Bu ənənələr indi
də davam etdirilməkdədir. Təkcə sənduqə sinə daşı ilə əvəz olunmuşdur. Bundan əlavə, orta
əsrlərdə qəbirüstü abidə kimi geniş yayılmış
at və
qoç heykəlləri son orta əsrlərin axırlarında
aradan çıxmağa başlamışdır.
Azərbaycanda
ağac məmulat
ı istehsalı qədim tarixə malikdir. Azərbaycan meşələri istehsal
əhəmiyyətli ağac növlərinin - qarağac, palıd, göyrüş, vələs, çökə, dəmirağacı, zoğal, alça,
yemişan, əzgil, şabalıd, qoz, fındıq, fıstıq (pir) və s. zəngin ehtiyatına malikdir. Bu qiymətli
xammaldan tarixən müxtəlif növ ev avadanlığı və mətbəx ləvazimatı hazırlanmışdır.
Əhalinin keçmiş məişətində, xüsusilə varlı ailələrdə ağacdan düzəldilmiş
beşik, miz, masa,
taxt (ağac çarpayı, login)
kürsü və s. kimi ev avadanlığı mühüm yer tuturdu. Məişət
müxəlləfatının bu növləri şəhər əhalisi arasında, ələlxüsus kübar ailələrdə daha geniş yayılmışdı.
Yüngül və qaim ağac növlərindən hazırlanan nehrəni düzəltmək üçün yoğun ağac
kötüyünün tərəfdən onun içini «əydi» adlanan xüsusi alətlə yonub çıxarırdılar. Sonra onun hər
iki başına girdə qapaq düzəldib bərkidirdilər. Ağac nehrə «çatma» və ya «çatma ayağı» adlanan
3 ədəd başı haça ağacdan asılmaqla çalxanırdı. Bunun üçün çatmalar başbaşa çatılandan sonra
nehrə
sicim vasitəsilə onlardan asılır və içərisi ağartı ilə doldurulurdu.
Ağacdan düzəldilmiş cürbəcür
mücrü, sandıq, sandıqça, rəhil, ovşala qaşığı və s. kimi
məişət əşyaları zərif oyma nəqşlərlə bəzədilirdi.
Keçmiş məişətdə işlənən ağac məmulatı arasında
taxıl çanağı (daqqa)
, qənd çanağı,
həvəngdəstə xüsusi yer tuturdu.
Qənd çanağının ortasındakı çıxıntının üzərində xüsusi qənd çəkici ilə qənd sındırılırdı.
Qənd çanağı formaca girdə və dördkünc olmaqla, iki cür hazırlanırdı. Kəllə qənd iri qəlpələrə
parçalandıqdan sonra tabağa tökülüb qənd çanağında xırda doğranırdı.
Azərbaycanda
saxsı məmulatı istehsalı özünün əməli əhəmiyyətini sonralar da qoruyub
saxlamışdır. Ev məişətinin elə bir sahəsi yox idi ki, orada dulus məmulatı işlənməsin. Bu cəhət
orta əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahlarının da diqqətini cəlb etmişdir.
55
Zəngin
çeşidə malik olan dulus məmulatı hər şeydən öncə, məişət ehtiyaclarını təmin etməkdən irəli
gəlmişdir. Ona görə də Azərbaycanın dulus ustaları əhalinin zəruri məişət və təsərrüfat
ehtiyaclarını ödəmək üçün müxtəlif növ saxsı məmulatı istehsal etmişlər.
Ənənəvi
metal məmulatının xeyli hissəsini dəmir əşyalar təşkil edirdi. Bunların böyük
əksəriyyəti qədim tarixə malik olub, əhalinin ev məişəti və təsərrüfat həyatında geniş yer
tutmuşdur. Bunların arasında
balta, dəhrə, çapacaq, bıçaq, qəndqıran çəkic, ərsin, qıra (koğa) və
s. mühüm yer tuturdu.
Bundan əlavə, keçmiş ev məişətində bir sıra dəmir məmulatı:
sac, sacayağı, şiş, qiyməkeş
(poladdan), bıçaq, qırxılıq, qənd qayçısı, parça qayçısı, qırxılıq, manqal, maşa, xəkəndaz və s.
işlənirdi.
XIX əsrdə dəmir məmulatının başlıca istehsal mərkəzləri arasında Şamaxı qəzasının
Dəmirçi və Əhən kəndləri, Yelizavetpol (Gəncə) qəzasının Bayan, Quşçu, Seyid və Daşkəsən
kəndləri,
56
Cavanşir qəzasının Kasapet kəndi, Cəbrayıl qəzasının Hadrut kəndi, Şuşa qəzasının
Ağdam icması, Nuxa qəzasının Küsnət kəndi xüsusilə fərqlənirdi.
57
Ənənəvi dəmir məmulatı arasında başlıca çörəkbişirmə vasitəsi olan
sac mühüm yer
tuturdu.
Dairəvi formada olub, ortası azacıq qabarıq şəkilə salınmış sacda yayma (yuxa), xamralı,
lavaş, çitqa və s. çörək növləri bişirməkdən əlavə, ət, göy və balqabaq qutabı, fəsəli, kökə,
maxara və s.də bişirilirdi. Keçmişdə sac bütün ailələrdə işlənirdi.
58
Xüsusilə köçəbə (elat) məişəti
üçün sac ən sərfəli çörəkbişirmə vasitəsinə çevrilmişdir. Metal sac mənşə etibarilə qədim dövrün
gil saclarından törəmişdir.
Dostları ilə paylaş: