Lakqıtı. Bu məhəlli səciyyəli bəsit, həm də çox nadir musiqi alətlərindən biri olmaq
etibarilə qədim tarixə malikdir. O, düzbucaqlı formaya malik taxta qutudan ibarət olub, çubuqla
çalınardı. Bir cüt çubuğu boş qutuya vurduqca ahəngdar səslər çıxarılır.
Lakqıtı ilk dəfə Lerik rayonunun dağ kəndlərindən musiqişünas Əhməd İsazadə tərəfindən
aşkar olunmuşdur.
52
Sinc - cingiltili musiqi alətlərinin qədim tarixə malik tipoloji növlərindən biri sayılan sinc mis, bürünc və gümüş qatışığından hazırlanmış, boşqab formalı bir cüt böyük nimçədən
ibarətdir. Nimçələri bir-birinə vurmaqla səsləndirildikcə və cingiltili səs avazı əldə edilir.
Zəng (şaxşax) Rəqqasələr, adətən, rəqs edən zaman havacatın ritminə müvafiq cingiltili
səslər çıxarmaq üçün biləklərinə və topuqlarına «şaxşax» adlanan xırda zınqırovlardan ibarət
sarğı və ya halqalar bağlayardılar.