Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə28/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   24   25   26   27   28   29   30   31   ...   194
  Lülələrə hava 
üfürməklə onlardan müxtəlif tembrə malik ahəngdar səslər çıxarılırdı.   
Zərb musiqi alətləri. Çox geniş tipoloji növə malik olan zərb musiqi alətləri çıxardıqları 
səsin səciyyəsinə görəgumbultulu və cingiltili olmaqla iki qrupa ayrılır. Bu alətlərin bir qismi 
hərb sənəti ilə üzvi surətdə bağlı olmuş, müəyyən bir hissəsi isə mülki səciyyə daşımaqla məişət 


 
35
şənliklərində, xüsusilə, toy-düyündə səsləndirilmişdir. 
Birinci qrup zərb alətləri kus, boxul, nağara (qoşa nağara), təbil, dəf (qaval), dünbək, dairə 
və s. ilə təmsil olunmuşdur.  
Kus – Azərbaycanda zərbə vurmaq yolu ilə səsləndirilən ən qədim musiqi alətlərindən biri 
olmaq etibarilə kusun silindrşəkilli sağanağı çox böyük olmuşdur. Gövdəsi təbili xatırladan kus 
mis və ya bürüncdən hazırlanardı.
37
  Hərbi səfər zamanı böyük gövdəli kus öküz və ya kəl 
arabasında aparılar və iki nəfər təbilçi tərəfindən başı toppuzlu toxmaq vasitəsilə 
səsləndirilərdi.
38
 Bir qayda olaraq, kusun üzərinə aşılanmış gön çəkərdilər. Çox vaxt toppuz və 
ya dəyənəyin başına parça, yaxud dəri dolayarmışlar. Bəzən kus öküz vətərindən düzəldilmiş 
şallaq vasitəsilə səsləndirilərmiş.
39
 
Kusun haray-həşir qoparan gurultulu səsini mötədil hala salmaq üçün onun gövdəsi köşə ilə 
dartılıb tor şəklində bağlanardı. 
Hərbi musiqi aləti olmaq etibarilə kusun nərə qoparan guppultusu savaş zamanı 
döyüşçülərin qanını coşdurur, zəfər əzmini artırırdı. Elə bu səbəbdən də, döyüş zamanı kus çox 
vaxt digər hərb çalğı alətləri olan kərənay, nəfir, sur, şeypur ilə birgə çalınardı. 
Musiqişünas mütəxəssislərin fikrincə, keçmişdə kusun böyük, orta və kiçik olmaqla
müxtəlif ölçüləri mövcud olsa da, onların hamısı eyni ad daşımışdır.
40
 E.Kempfer XVII əsrin 
sonlarında Azərbaycanda olarkən kusun uzunsov formalı böyük ölçülü növünü təsbit etmişdir.
41
  
Təbil. Zərb musiqi alətlərinin ən geniş yayılmış qədim növü təbil sayılır. Əvvəllər təbilin 
sağanağı  ağac və ya saxsıdan olmuş, hər iki başına aşılanmış dana dərisi (kosala) çəkilmişdir. 
İbtidai təbillərin sağanağı çox böyük, həm də ellips formasında, ortası isə    xaşal olmuşdur.
42
 
Təbil yumru başlı dəyənək vasitəsilə çalınmışdır. 
Sonralar təbil mis və ya bürüncdən hazırlanmaqla, onun forması  dəyişib qıf halına 
düşmüşdür.  Ən başlıcası isə, aşılı  dəri təkcə onun gen ağzına çəkilmişdir. Təbilin səsinin 
gurultusunu gücləndirmək məqsədilə onun üz pərdəsi dartılı halda saxlanılır. Bunun üçün üz 
pərdəsinin kənar halqalarına keçirilmiş köşə vasitəsilə təbilin gövdəsi çal-çarpaz bağlanır.
43
  
Kus kimi, təbilin də üz pərdəsi çox vaxt qurd dərisindən çəkilərdi. Onu, həmçinin dəyənək  
vasitəsilə səsləndirərdi.
44
  
Təbilin qıfvari kiçik növü «təbil-bas» adlanmaqla, ən çox quş ovu zamanı istifadə olunardı. 
Bu səbəbdən də o, çox vaxt «şahin təbili» adlanmışdır. Şahin, tərlan, qırğı və digər «öyrədilmiş» 
əl quşları vasitəsilə ov edən ovçular onu atın yəhərinin sol böyrünə bağlayar və səsləndirməklə 
ov quşunu geri çağırardılar.
45
 
Keçmişdə  təbil-bas, həmçinin məişət musiqi aləti kimi toy-düyün, ailə  şənliklərində  də 
istifadə edilmişdir. Məişət şənliklərində çalınan kiçik təbil «nəqrəzan» da adlanardı.
46
 
Nağara. Gumbultulu səs çıxaran zərb alətlərinin bir qismi kiçik sağanaqlı olmaları ilə 
səciyyələnir. Bunların arasında nağara xüsusi yer tutur. Nağaranın silindrvari sağanağı əvvəllər 
saxsıdan, sonralar əymə, nazik ağac lövhədən hazırlanmışdır. Onun sağanağının hər iki başına 
aşılanmış dəridən üz pərdəsi çəkilir. 
Nağara digər musiqi alətlərinin müşayiəti ilə çalınmaqla  əl, yaxud qoşa çubuqla 
səsləndirilir. Balaban və ya sazı müşayiət etdikdə o əllə, zurnanı müşayiət etdikdə isə çubuqla 
çalınır. 
Ölçüsündən asılı olaraq nağaranın «böyük», «bala», «cürə» adları ilə  bəlli olan müxtəlif 
növləri yaranmışdır. Bundan əlavə, onun «qoşa nağara», yaxud «döyrə» («daray») adlanan 
xüsusi tipoloji növləri də yaranmışdır. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin