34
çatdırmaq məqsədilə bazar
və meydanlarda car çəkmək, yaxud kəndirbaz oyunları və xalq
tamaşalarına camaatı səsləyib toplamaq üçün istifadə edərmişlər.
Kərənay son orta əsrlərdə Azərbaycanda özünün işlək əhəmiyyətini hələ də itirməmişdir.
Görkəmli alman səyyahı E.Kempfer 1683-cü ildə Azərbaycanda olarkən kərənaydan istifadə
olunduğunu və onun uzunluğunun 2 m-ə çatdığını xəbər vermişdir.
32
Sonralar müsəlman ölkələrinin bir qismində, o cümlədən
Azərbaycanda kəranay özünün
əməli əhəmiyyətini itirib aradan çıxmışdır.
Azərbaycanın ənənəvi boru formalı nəfəsli musiqi alətləri arasında güclü səs tembri ilə
seçilən
zurna, şeypur, nəfir, şahnəfir xüsusi yer tutmuşdur.
Zurna. Toy-düyün, böyük ziyafət məclisləri,
kütləvi el şənlikləri, adətən, zurna sədaları ilə
yola verilmişdir.
Ərik ağacından yonulub ağzı gen, arxası dar olub boru formasında hazırlanan zurnanın
üzərində 7, altında 1 ədəd deşik açılır. Həmin deşiklər barmaqların ucu ilə örtülüb açıldıqca
zurnaya üfürülmüş hava axını müxtəlif səciyyəli səslərin ahəngdar avazını əmələ gətirir. Hava
axınını tənzimləyib onun fasiləsizliyini təmin etmək və beləliklə də, küyü ahəngdar musiqi
təranələrindən ibarət səslər əmələ gətirməyə sərf etmək üçün zurnanın
nazik ucuna müştük
keçirilir. Müştük qarğı qabığından yonulmuş bir cüt nazik lövhəcikdən ibarət olub, ağacdan
düzəldilmiş «xərək» vasitəsilə tənzimlənir.
Mütəhərrik vəziyyətdə olan xərəyi müştük
boyunca irəli-geri çəkməklə, qarğı dilçəklərinin
arasındakı boşluğun ölçüsü dəyişdirə bilir. Beləliklə, zurnanın zil səsini bəm həddinə endirmək
imkanı yaranır. Zurnanın müştüyünə,
həmçinin, sümükdən yonulma, sikkə formalı dairəvi
lövhəcik keçirilir.
Qədim tarixə malik olan zurnanın «asəfi», «ərəbi», «əcəmi», «qaba», «qara», «səhabi»,
«cürə» zurna olmaqla müxtəlif növləri yaranmışdır.
33
Zurnanın nisbətən böyük növü «sur», «surna», yaxud «surnay» adlanmaqla,
daha güclü,
şiddətli və qulaq batırıcı səsə malik olmuşdur.
34
Dostları ilə paylaş: