37
saxlanmasına,
həsir,
keçə (nəməd),
palaz,
xalça ilə döşənməsinə xüsusi diqqət yetirilər, divar
boyunca,
döşəkçə (nimdər),
nüşti,
mütəkkə,
balınc (nazbalış) düzülərmiş. Belə evlərdə soyuq
vaxtlarda döşəmənin ortasında
kürsü quraşdırılar, üzərinə xüsusi «kürsü yorğanı
» salınarmış.
Bundan fərqli olaraq, bir sıra bölgələrdə yaşayış evində
taxt (login),
çarpayı, bəzi şəhər
evlərində
miz, masa və s. qoyularmış. Məhəccərli
taxta çarpayılara ən çox ziyalı evlərində
təsadüf edilərmiş.
Keçmiş şəhər evlərində körpələr üçün
beşik, kənd evlərində isə
nənni (yüyrük) ən ümdə
məişət vasitələri sayılırdı. Bütün bunlardan əlavə, yaşayış evlərinin çoxunda
rəhil, sandıq və
mücrü ümdə məişət vasitələri idi.
Ənənəvi məişət vasitələri arasında müxtəlif növ
pərdə və
örtüklər (qapı-pəncərə, taxça və
camaxatan pərdələri),
pərdəbaşı,
sallamanc,
zərəndaz,
yük üzü,
gərdək, namazlıq,
canamaz,
süzəni,
boxçalıq və mühüm yer tutmuşdur.
Varlı, əsilzadə evlərində
sulu qəlyan, kasıb evlərində «dəmi» adlanan
çubuq qəlyan zəruri
məişət vasitəsinə çevrilmişdir. Qəlyana od vurmaq üçün
satıl,
çaxmaqdaşı və qov onu müşayiət
edərdi.
Evlərin işıqlandırılmasında mis və ya gildən hazırlanmış,
qara çıraq, qəndil, lopa başlıca
yer tuturdu. Varlı, kübar evlərində qəndil ilə yanaşı,
çil-çıraq, buxurdan, şamdan, piydan və s.
mühüm məişət ləvazimatı sayılırdı.
Keçmiş ev məişətində müxtəlif tipoloji növə malik
nəhrələr («çalxar», «arxıd», gil nəhrə)
başlıca yer tutmuşdur.
Ev məişətinin zəruri əmək vasitələri sırasında
daraq, cəhrə, əliyi, hörmə milləri, sürtkəc və
kirkirə kütləvi səciyyə daşımışdır.
XIX əsr və XX əsrin əvvəllərində şəhər və kənd əhalisinin ev məişətində gərək olan zəruri
ləvazimat və avadanlıqlar xammalın səciyyəsinə görə
daş, ağac, gil, metal, dəri və hörmə-
toxuma məmulatları kimi təsnif olunur.
XIX əsrdə daş ən sərfəli tikinti materialı olmaqdan əlavə, həm də təsərrüfat və ev
məişətində özünün əməli əhəmiyyətini itirməmişdi. Ondan hələ də müxtəlif məqsədlərlə istifadə
olunurdu.
Su daşı,
xırman daşı,
kirkirə,
hovuz,
axur,
həvəng, dibək, əzmə, bülöv və s. daş
məmulatı keçmiş məişətdə özünün əməli əhəmiyyətini hələ də saxlamışdı.
53
K.Xatisov XIX əsrin
sonlarında Zaqafqaziyada daşişləmə sənətinin ən çox inkişaf etmiş mərkəzləri arasında, Bakı,
Naxçıvan, Qazax, Cəbrayıl və Şamaxı qəzalarını xüsusi olaraq qeyd edir.
54
Ev məişətində istifadə olunan daş məmulatı içərisində
su daşı xüsusi yer tuturdu. O,
«gəvək» adlanan məsaməli daş növündən yonulurdu. Həcmindən asılı olaraq belə daşlar 15-20
litrədək su tuturdu. Adətən, daşdan süzülən su damcılarını toplamaq üçün onun alt hissəsi sferik
formada düzəldilirdi. Süzülmüş suyu bir yerə toplamaq üçün su daşı ağac
çərçivə üzərində
quraşdırılır və onun altında iri tutumlu saxsı və ya mis qab qoyulurdu. Çox vaxt süzülmüş suyun
sərin qalmasını təmin etmək üçün su damcıları çərçivənin altında basdırılmış saxsı küpə
tökülürdü. Bu, suyun sərin qalmasını təmin edirdi. Su daşı XIX əsrdə də başlıca olaraq,
Azərbaycanın düzənlik, qismən isə bulaq suyu çatışmayan dağətəyi yaşayış məskənlərində geniş
yayılmışdı. Aran kəndlərində bulanıq çay (arx) suyunu süzmək üçün su daşı əvəzsiz durultma
vasitəsi sayılır.
Keçmiş ev məişətində tez-tez təsadüf edilən
dibək nisbətən bərk daş növündən yonulub
hazırlanırdı. Forma etibarilə o, su daşını xatırlatsa da, ondan xeyli kiçik və dərin olurdu. Dibəyin
müxtəlif ölçülü növləri fərqli məqsədlərlə istifadə olunmuşdur. Onun ən kiçik ölçülü növü əzmə
məqsədi ilə
həvəng kimi istifadə olunurdu. Bu halda ona daş və ya ağacdan «dəstək» əlavə edilir
və. Belə halda o, «həvəngdəstə» adlanırdı.
Ənənəvi daş məmulatı arasında
əzmə və
üyütmə vasitələri xüsusi yer tuturdu. Bunların
arasında
dən daşı («əzmə») və
kirkirə (əl dəyirmanı) kütləvi səciyyə daşımışdır. Keçmiş ev
məişətində daş məmulatının bu növlərinə bütün ailələrdə rast gəlinirdi.
Azərbaycanın bir sıra bölgələrində daşdan «girgino» adlanan yuvarlaq formalı
damdaşı və
Dostları ilə paylaş: