3.
Şöbə: Oomycota – Oomisetlər
Arakəsmələri olmayan yaxşı inkişaf etmiş mitseliləri
vardır. Qeyri-cinsi çoxalmaları iki qamçılı zoosporlarla və
konidilərlə gedir. Cinsi çoxalmalrı ooqamiya tiplidir,
hüceyrə divarı sellüloza və qlyukandan ibarətdir.
4.
Şöbə: Chytridiomycota – Xitridiomisetlər
Bir çox nümayəndələrdə mitselilər yoxdur. Nisbətən
inkişaf etmişlərində isə hif formalı zəif inkişaf etmiş
mitseliləri vardır. Qeyri-cinsi çoxalmaları təkqamçılı
zoosporlarla gedir. Cinsi çoxalmaları isə qametoqamiya
tiplidir, bəzi nümayəndələrdə holoqamiya da müşahidə
edilir, hüceyrə divarı xitin və qlyukandan təşkil olunub.
Dostları ilə paylaş: |