Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə108/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   244
                  

Göbələklərdə çoxalma 

Mitseli eyni zamanda vegetativ çoxalma orqanı vəzifəsini 

yerinə yetirir. Onların ayrı-ayrı hissələri asanlıqla inkişaf etmək 

qabiliyyətinə malikdir. Mitseli hiflərinin gödək hüceyrələrə 

bölünməsi nəticəsində oidilər əmələ gəlir. Sonralar oidilərin hər 

biri inkişaf edərək yeni mitseli əmələ  gətirir. Hiflərin içindəki 

protoplastın bəzi hissələri yumurulanaraq qalın qılafla örtülür, 



 

  xlamidosporlar  əmələ  gəlir. Xlamidosporlar quraqlığa və 

əlverişsiz  şəraitə qarşı davamlıdır. Onlar köhnə  qılafın 

selikləşməsi nəticəsində hifin içindən xaricə  çıxır və inkişaf 

edərək mitseli, yaxud çoxalma orqanları əmələ gətirir. Belə hal 

sürmə göbələklərində artıq nəzərə çarpır. Nəhayət, vegetativ 

çoxalmada  tumurcuqlanan  mitselilər də  iştirak edir. 

Tumurcuqlanma zamanı hüceyrənin üzərində tədricən böyüyən 

çıxıntı  əmələ  gəlir. O, ayrılaraq öz növbəsində yenidən 

tumurcuqlanır. Belə çoxalma əsasən maya göbələklərində 

təsadüf olunur. 

Qeyri-cinsi çoxalma daxili (endogen) və xarici (ekzogen) 

sporlar vasitəsilə olur. Endogen sporlar sporangi adlanan xüsusi 

orqanların daxilində çoxlu miqdarda əmələ  gəlir və 

sporangiospor adlanırlar. Bəzi suda yaşayan ibtidai göbələklərdə 

bunlar zoosporlar şəklində inkişaf edirlər. Quruda yaşayan 

göbələklərdə sporlar qabıqla örtülür, onların sporangisi xüsusi 

diferensiasiya etmiş hif və ya sporangidaşıyanın üzərində inkişaf 

edir. Sporangidaşıyan şaquli vəziyyətdə durduğu üçün azad olan 

sporlar hava cərayanı vasitəsi ilə asanlıqla yayılır. 

Sporangiosporlar ibtidai bitkilərin bəzilərində olur, ali 

göbələklərdə isə bunlar müşahidə edilmir. Ekzogen sporlara və 

ya konidilərə əsasən ali göbələklər və nadir hallarda quru həyata 

uyğunlaşan bəzi ibtidai göbələklərdə  təsadüf olunur. Bunlar 

qabıqla örtülmüş, hərəkətsiz, xüsusi ixtisaslaşmış hif və ya 

konididaşıyan adlanan orqanlar üzərində  əmələ  gəlir. Sporlar 

əmələ  gələrkən konididaşıyanın uc hissəsi arakəsmə ilə ayrılıb, 

dairəvi şəkil alır və konidi şəklini alaraq azad olur. Əksəriyyətdə 

birinci konidi azad olmamışdan, ikinci onun altında, üçüncü və 

i.a. əmələ gəlir. Beləliklə, bazipetal konidi zənciri meydana çıxır. 

Burada, cavan konidi zəncirinin  əsasında, yaşlı konidi isə uc 

hissəsində yerləşir. Nadir hallarda akropetal konidi zəncirinə də 

təsadüf olunur. Burada ilk konidi öz zirvəsində  çıxıntı verir ki, 

bu da inkişaf edərək ikinci konidini əmələ  gətirir. Beləliklə, 

qaidəsində yaşlı, ucunda isə cavan konidi yerləşən zəncir əmələ 

 

  gəlir.  



Konididaşıyanlar bəzi göbələklərdə birləşərək koremiya, 

yataq və piknidi adlanan konididaşıyan topalar əmələ  gətirir. 

Koremiya nisbətən qısa konididaşıyanların  yan hissələrinin 

birləşməsi sayəsində əmələ gəlir. Yastıq qısa konididaşıyanların 

yastı topalarından ibarətdir. Piknidi konididaşıyanların xüsusi 

hiflərdən təşkil olunmuş örtüklə  əhatə olunması ilə  fərqlənir. 

Onun divarı tünd rənglidir, buradan içəriyə doğru 

konididaşıyanlar çıxır. Yetişmiş konidilərin yayılması üçün 

piknidinin zirvəsində xüsusi məsamə olur. Konidilər  əmələ 

gələrkən təkhüceyrəli, bəzi növlərdə isə  əlavə arakəsmələr 

sayəsində çoxhüceyrəli olur. 

Suda fəal hərəkət edən zoosporlar müstəsna olmaqla, 

qalan bütün sporlar külək vasitəsilə yayılır və  əlverişli  şəraitə 

düşdükdə inkişaf edirlər. Zoosporlar əvvəl qabıqla örtülür, 

sonra isə cücərti verərək hif əmələ  gətirir. Sporlar inkişaf 

edərkən onların tərkibində olan ehtiyat qida maddələrin şəkərə 

çevrilməsi sayəsində xarici mühitdən su alır və  şişirlər. Bu 

zaman xarici qabıq partlayıb, bir və ya bir neçə  ədəd daxili 

qabıqla örtülü cücərti boruları  əmələ  gəlir. Göbələklərin cinsi 

çoxalmaları üç müxtəlif tipdə gedir: qametoqamiya, 



qametangioqamiya və somatoqamiya (şəkil7).  


 

 

 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin