Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə107/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   244
Göbələk hüceyrəsinin quruluşu 

İbtidai göbələklər müstəsna olmaqla, qalan bütün 

göbələklər hüceyrə divarına malikdirlər. Hüceyrə divarının 

qalınlığı 0,2 mkm-dir. O, bir neçə mürəkkəb quruluşlu qatdan 

ibarətdir. Göbələklərin hüceyrə divarının 80 – 90%-i 

polisaxaridlərdir ki, bu da zülal və lipidlərlə zəngindir. 

Oomycota  şöbəsinə aid olan göbələklərin hüceyrə 

divarında sellüloza, Ascomycota, Basidiomycota və 

Deuteromycota  şöbəsinə aid olan göbələkərin hüceyrə 

divarında isə xitin və sellüloza üstünlük təşkil edir. Məsələn, bir 

çox maya göbələklərində hüceyrə divarı qlükandan təşkil 

olunub. 


Cavan hiflərdə sitoplazma bütün hüceyrəni doldurur. 

Bunu da mühafizə edən hiflərin hüceyrə divarıdır. 

Sitoplazmatik membranın rolu hüceyrədə osmotik təzyiqi 

qoruyub saxlamaqdır. Hüceyrə divarı ilə plazmolemma 

arasında membran strukturu mövcuddur. Çox maraqlıdır ki, 

burada da çoxsaylı hava qabarcıqları vardır. Sitoplazmanın 

daxili qatı endoplastdır. Endoplast endoplazmatik şəbəkədən 

ibarətdir və hüceyrədə  sərbəst yayılmışdır.  Şəbəkənin 




 

  hüceyrədaxili vəziyyəti göbələyin növündən və inkişaf 

dövründən asılıdır. Hüceyrə  şəbəkəsində  xırda kanalcıqlar 

mövcuddur ki, bu da nüvədən başlayaraq bütün maddələri 

xaricə çıxara bilir.  

Membranın xarici tərəfindəki  şəbəkədə ribosomlar 

yerləşir, bu da RNT ilə zəngindir və zülal sintezinə xidmət edir. 

Hifin inkişaf zonasında – endoplazmatik şəbəkədə çoxsaylı 

kanalcıqlar yerləşir ki,  bunlar hamar membranlıdırlar və Holci 

aparatını təşkil edir. 

Cavan hiflər vakuoldan məhrumdurlar. Vakuollar yaşlı 

hüceyrələrdə  əmələ  gəlir. Vakuolun xarici membranı  şəkərlə, 

zülali maddələrlə, üzvi turşularla və duzlarla zəngindir. 

Mitoxondrilər bitkilərin mitoxondrilərinə bənzəyir (şəkil 6). 

 

 

  Şəkil 6a. Göbələk hüceyrəsi. 



Göbələk hüceyrəsində 1 – 2, bəzən də  20 – 30-dək nüvə 

olur. Nüvələr çox xırda olub, ölçüləri 20 – 25 mkm 

diametrindədir. Nüvələr ikiqatlı membrana malikdir. Nüvənin 

daxilində nüvəcik və xromatin maddəsi yerləşir. Göbələklərdə 

mitoz bölünmə zamanı nüvə membranı qalır. 

Heyvanat və bitki aləmləri ilə yanaşı üzvi aləm sistemində 

göbələklər müstəsna yer tutur. Onlarda xlorofil yoxdur, odur ki, 

qida üçün hazır üzvi maddələr istifadə edilir.   Göbələklər 

heterotrof orqanizmlərdir. 

Mübadilədə sidik cövhəri, hüceyrə  qılafında xitin və 

ehtiyat qida maddəsi qlikogen olmasına görə göbələklər hey-

vanat aləminə yaxınlaşır. Digər tərəfdən: qidalanma üsulu və 

qeyri-məhdud böyümə onları bitkilərə oxşadır. 

Digər tərəfdən: qidalanma üsulu və qeyri-məhdud bö-

yümə onları bitkilərə oxşadır. Xarici görünüşünə, yaşayış 

yerlərinə  və fizioloji funksiyalarına görə göbələklər çox 

müxtəlifdir, lakin onların ümumi cəhətləri də var. Göbələklərin 

vegetativ cisminin əsası mitselidir ki, o da nazik şaxələnmiş 

saplar sistemindən, yaxud hiflərdən ibarətdir. Hiflər göbələk 

yaşayan substratın üzərində, yaxud daxilində yerləşir. Göbələk 

hüceyrəsi adətən qılafla örtülür ki, buna hüceyrə divarı deyilir. 

Zoosporlarda və  bəzi sadə göbələklərin vegetativ cismində 

hüceyrə divarı yoxdur. Hüceyrənin daxili hissəsi protoplastdır. 

Hüceyrə divarı 80 – 90% azotlu və azotsuz polisaxaridlərdən 

ibarətdir. Bundan başqa hüceyrə divarının tərkibində az 

miqdarda zülallar, lipidlər və polifosfatlar var. Əksər 

göbələklərdə isə  əsas polisaxarid xitindir, Oomisetlərdə isə 

sellülozadır.  

Göbələklərin sitoplazmasında struktur zülallar, 

fermentlər, amin turşuları, lipidlər vardır. Orqanoidlərdən – 

mitoxondrilər, lizosomlar, ehtiyat qida maddələri (volyütin, 

qlikogen, lipidlər, piylər, yağ turşuları) olan vakuollar var, 

nişasta yoxdur. Hər hüceyrədə bir ədəddən bir neçə ədədə qədər 



 

  nüvə yerləşir. Nüvənin membranı ikiqatlıdır, nüvəcik və 

xromosomlar mövcuddur. Hiflər şaxələnir və təpə böyüməsinə 

malikdirlər. Sporangidaşıyan orqanları  əmələ  gəldikdə, çox 

vaxt elə vegetativ orqanlarda göbələk sapları  sıx dolaşır və 

yalançı toxuma, yaxud plektenxima əmələ  gətirir.  Əsil 

toxumadan plektenxima öz mənşəyi ilə  fərqlənir. Yalançı 

toxuma göbələklərdə mitseli saplarının bir-birilə dolaşması 

nəticəsində  əmələ  gəlir. Hiflərin paralel birləşmələri qayışları 

əmələ  gətirir ki, onlar da meyvə cisimciklərinin oturacağında 

yaxşı görünürlər. Bəzi göbələklərin (ev göbələyi, 

xoruzgöbələyi) mitseli qayışları çox nəhəng olur, onlar rizimorf 

adlanırlar. Rizomorflar bir neçə metr uzunluğunda və bir neçə 

millimetr enində olurlar. Rizomorflarda xarici hiflərin divarları 

tünd rəngdə, daxili hiflərin divarları isə ağ rəngdə olur. Bəzən 

rizimorfların içində xüsusi borucuqlar olur ki, onlar ali 

bitkilərin damarlarını xatırladır. Mitselinin şəkildəyişməsi 

sklerotsilərdir – hiflərin bərk dolaşmalarıdır. Sklerotsilər ehtiyat 

qida maddələri ilə  zəngindir, bu da göbələkləri qışda soyuğa, 

yayda istiyə davamlılığını artırır. Sklerotsilərin ölçüsü 30 sm-ə 

qədər ola bilir. Bunlar əsasən qara rəngdədir. 

Göbələklər xlorofilsiz orqanizmlər olub, qidalanmalarına 

görə bitkilərdən fərqlənirlər. Hüceyrə divarlarının yaxşı 

inkişafına görə, məhluldan qida maddələrini sormalarına görə 

bitkilərə daha çox bənzəyirlər. Göbələklərin heterotrof 

qidalanmaları onlarda mübadilənin xarakterinə öz təsirini 

göstərir. Belə ki, mübadilədə sidik cövhərinin olması ehtiyat 

qida maddəsi nişasta deyil, qlikogenin əmələ  gəlməsi, xitinin 

olması nişanələri onları heyvanlara bənzədir. Əksər göbələklər 

bitkilərdən lizin sintezinə görə  də  fərqlənirlər. Belə ki, əgər 

bütün bitkilərdə bu amin turşusunun sintezi diaminopimelin 

turşusu hesabına əmələ gəlirsə, əksər göbələklərdə isə bu amin 

turşusu aminoadipin turşusu hesabına yaranır. Heyvanlardan və 

bitkilərdən fərqləndiklərinə görə hazırda göbələklərə  sərbəst 

ayrıca bir eukariot aləmi kimi baxırlar.    

 

 



Göbələk aləmi aşağıdakı nişanələrə görə xarakterizə 

olunur: yaxşı inkişaf etmiş hüceyrə divarı, qidanın sorulması, 

sporlarla çoxalma, vegetativ dövrdə  hərəkətsiz olmaları, 

heterotrof qidalanma və ehtiyat qida maddəsi qlikogenin 

olması. 

Müxtəlif qrup orqanizmlərdə sitoxrom C-nin müqaisəli 

araşdırılmaları göbələklərin ayrıca aləm kimi öyrənilməsinə 

imkan verir. Bütün bu tədqiqatlar göstərir ki, göbələklər  ən 

qədim orqanizmlərdən olub, bitki və heyvanlardan əvvəl ya-

ranmışlar. Göbələklər polifiletik mənşəli olub, rəngsiz qamçılı 

və ya qamçısını itirmiş amöbvarı flagellatalardan başlanğıc 

almışdır. Bir neçə qrup göbələklərin isə öz mənşələrini 

yosunlardan aldıqları mülahizə olunur. 

Ən qədim göbələklərin az olmasına baxmayaraq hazırkı 

göbələklərin bu və ya digər qrup orqanizmlərdən mənşə almasını 

sübut edən dəlillər üçün hüceyrə divarının ximizmi, qamçılı 

mərhələnin quruluşu əsas nişanə ola bilər. Göbələklərin vegetativ 

bədəni mitseli hesab olunur. O, budaqlanaraq uc hissəsilə boy 

atır.  İbtidai göbələklərin  əksər nümayəndələrində mitselilərin 

boyu bir neçə sm-ə çatır və arakəsmələri olmur. Belə hüceyrələr 

iri və çoxnüvəli olurlar. Bunlar arakəsməsiz mitseli adlanır. 

Xitridiomisetlər, Oomisetlər və Ziqomisetlər  şöbəsinin 

nümayəndələrində mitseli arakəsməsizdir. Ali göbələklərin 

əksəriyyətində mitseli arakəsmə ilə müəyyən hissələrə ayrılıb tək 

və çoxnüvəli ola bilir. Kisəli, bazidili və qeyri-müəyyən 

göbələklərin mitseliləri arakəsməlidir.   




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin