Arakəsməli mitselilər. Belə mitselilərdə eninə çoxsaylı
arakəsmələr əmələ gəlir. Hüceyrələr adətən çoxnüvəli olurlar.
Çoxhüceyrəli mitselilər Kisəli, Bazidili və Qeyri-müəyyən
göbələklər şöbələrinə aiddir.
Mitselilər üzərində gödək hava mitseliləri əmələ gəlir ki,
bunların üzərində çoxalma orqanları formalaşır. Mitseli
hiflərinin nəhayəti iynənin ucuna bənzəyir ki, bu da yaşadığı
mühitdə toxumaya daxil olmaq üçündür. Bu zaman mitseli öz
toksinini toxumaya tökməyə xidmət edir və toxumadan hazır
üzvi maddələri mənimsəyir. Hiflərdə (rizomitselidə) adətən
nüvə olmur.
Holokarplara elə göbələklər aiddir ki, onlarda mitseli və
rizomitseli yoxdur. Eukarplarda isə əksinə, mitseli və
rizomitseli əmələ gəlir.
Kisəli göbələklərə aid olan maya göbələkləri tək hüceyrəli
tumurcuqlanma yolu ilə və yaxud bölünməklə çoxalırlar, nadir
hallarda yalançı mitselilər əmələ gətirirlər.
Vegetativ mitselilər bir-birilə birləşib müxtəlif forma və
ölçülü hüceyrələr əmələ gətirir. Bir çox parazitlərin belə hifləri
sahib bitkinin toxuması üzərində əmziyə bənzər apressorilər
əmələ gətirirlər. Bunlardan da haustorilər əmələ gəlir ki, bu da
öz növbəsində sahib bitkinin toxuması daxilinə keçə bilir.
Göbələklərdə mitselilərin bir-birilə möhkəm birləşməsi
nəticəsində sklerotsilər əmələ gəlir. Bu da mühitin qeyri-əl-
verişli şəraitinə qarşı davamlıdır. Sklerotsilərə yaxın olan
stromadır. Bu, əsasən, meyvə cisimlərini (kisəli göbələklərdə)
mühafizə etmək funksiyasını daşıyır. Bir çox göbələklərdə
qidanı mənimsəmək funksiyasını yerinə yetirən rizomorflar və
mitseli sapları vardır.
Göbələklərdə mitseli hifləri bir-birinin üzərinə yığılıb
yalançı toxuma əmələ gətirirlər ki, bu da plektenxima adlanır.
Göbələklərdə həqiqi – əsil toxuma nadir hallarda olur. Məsələn,
həşaratlarda parazitlik edən Labulbenlərdə əsil toxuma vardır.
Dostları ilə paylaş: |