Mikrobsuz həyat Mikroblar



Yüklə 60,08 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü60,08 Kb.
#42578
  1   2   3   4   5
Mikrobsuz həyat


Mikrobsuz həyat

Mikroblar mikroskopik - gözlə görünməyən canlılardır. Mikrobların həyat fəaliyyətini, hüceyrə quruluşunu mikrobiologiya elmi öyrənir. Mikroorqanizmlərin ölçüləri o qədər kiçikdir ki, məsələn, bir damla suda bir neçə milyona qədər mikrob hüceyrəsi ola bilər. Buna görə də onları min, on min dəfələrlə böyüdən mikroskoplarda görmək mümkündür. Bu kiçik orqanizmlərə sadə quruluşlu bakteriyalar, viruslar, ibtidai göbələklər, yosun və ibtidai heyvanlar aiddir.
Mikroorqanizmlər böyük əhəmiyyətə malikdirlər. Bunların iştirakı ilə üzvi və mineral birləşmələrin çevrilməsi prosesləri gedir. Çox qədim dövrlərdən hələ bu orqanizmlər haqqında heç bir məlumat olmadan onlardan istifadə etmişlər. Onların fəaliyyəti nəticəsində spirtli içkilər, süd məhsulları hazırlamış, xəmiri qıcqırtmışlar. Yalnız sonralar məlum olmuşdur ki, bütün bu proseslərin əmələ gəlməsinə səbəb mikroorqanizmlərdir.
T əbiətdə elə bir sahə yoxdur ki, orada mikroblar bilavasitə iştirak etməsinlər. Onlar bitki və heyvan qalıqlarının parçalanmasında, üzvi və qeyri-üzvi maddələrin əmələ gəlməsində əsas rol oynayırlar.
Mikroorqanizmlər torpağın ayrılmaz hissəsi olub, orada gedən bütün proseslərdə iştirak edirlər. Mikroorqanizmlərin bitkilərin həyatında rolu olduqca böyükdür. Mikroorqanizmlərin sənayedə də, xüsusilə yeyinti sənayesində, tibdə dərman hazırlanmasında və s. mühüm əhəmiyyəti vardır. Bir çox antibiotik maddələr, dərman preparatları mikroorqanizmlərdən hazırlanır.
Bütün bu deyilənləri ümumiləşdirərək demək olar ki, əgər mikroorqanizmlər olmasaydı, nəinki bitkilərin, hətta insanların da yaşayışı mümkün olmazdı. Bunlar təbiətdə maddələrin dövranında iştirak etməsəydilər, yer kürəsi üzərində həyat da mümkün olmazdı.
Bitki və heyvan orqanizmləri kimi, insanın bədəni də mikroorqanizmlər üçün ən əlverişli mühitdir. Ona görə də insanın dərisindən tutmuş bağırsaqlarına qədər müxtəlif saprofit və parazit mikroorqanizmlər yaşayır, onların daxilə keçməsinə dəri, selikli qişalar və onların seliyi mane olur. Dəri üzərində mikroorqanizmlərin artıb azalmasına dərinin gigiyenik vəziyyəti böyük təsir göstərir. Dəri üzərində zədə olduqda, bu mikroorqanizmlər irinli proseslər əmələ gətirir.
Sağlam insanın qanı, limfası, ödü və sidiyi tamamilə steril olur, yəni tərkibində heç bir mikroorqanizm olmur. İnsan xəstələndikdə isə bu mayelərdə də müxtəlif mikroblar tapılır. Onlar orqanizmdə müqavimətə rast gəlmədikdə, çoxalıb xəstəliklər əmələ gətirir.
Mikroorqanizmlər dedikdə mənşəyi, təbiəti və forması etibarilə bir-birindən fərqlənən, adi gözlə görünməyən və əksəriyyəti bir hüceyrədən ibarət olan kiçik canlılar nəzərdə tutulur. Bunlar başlıca olaraq aşağıdakı qruplara bölünür:
1. Bakteriyalar.
2. Göbələklər.
3. Spiroxetlər.
4. İbtidailər.
5. Rikketsiyalar.
6. Viruslar.
7. Yaşıl yosunlar.
Bunlardan bakteriyalar, göbələklər və yaşıl yosunlar bitkilər aləminə mənsub canlılar sayılır. Spiroxetlər, ibtidailər həyat tərzinə görə heyvanlar aləminin nümayəndəsi olub, nisbətən sadə quruluşlu və mikroskopik olmaları ilə başqalarından fərqlənirlər.   
Rikketsiya və viruslara gəldikdə, bunların canlılar sistemində tutduqları yer indiyə qədər aydınlaşdırılmamışdır. Rikketsiyalar morfoloji, kimyəvi xüsusiyyətlərinə görə bakteriyalara, bioloji xassələrinə görə isə viruslara yaxın olub, keçid təşkil edirlər. Viruslar ölçülərinə görə daha kiçik olub, başqa canlılardan bir sıra xüsusiyyətləri ilə fərqlənirlər.
Daim xarici mühit amilləri mikroblara təsir edir və əksinə, mikroblar da xarici mühitə öz təsirlərini göstərirlər. Belə ki, süd turşusu bakteriyaları süddə inkişaf edərək, süd şəkərini süd turşusuna, südü qatığa, sirkə bakteriyaları üzüm şərabını sirkəyə çevirir, çürümə bakteriyaları ətin üzərində inkişaf edərək zülalları çürüdür.
Mikrobların fizioloji funksiyaları onların kimyəvi tərkiblərindən çox asılıdır. Mikrob hüceyrəsinin tərkibi əsasən su, zülal, karbohidratlar, lipoidlər, mineral duzlar və s. maddələrdən ibarətdir. Su hüceyrənin 75 - 85 faizini təşkil edir; o, mikrobda gedən biokimyəvi proseslər üçün mühit olmaqla, oksigen və hidrogen mənbəyidir. Quru hissənin 50 faizi zülallardan ibarətdir.
Mikrob hüceyrəsində karbohidratlar polisaxaridlər şəklində təsadüf edir. Onda nişasta və qlikogen də olur ki, bunlar ehtiyat qida maddələri vəzifəsini daşıyır. Odur ki, onun miqdarı mikrobun yaşından, növündən, yaşadığı qidalı mühitdən asılı olur.
Lipoidlərə yağlar və yağabənzər maddələr aid olub, 1,7-40 faizə qədər olur. Bunlar mikrobların xarici mühitə davamlılığına kömək edir.
Mineral duzlar mikrob orqanizminin 1,34-14 faizə qədərini təşkil edir. Əsasən fosfor, kalium, natrium, kükürd, xlor, kalsium, maqnezium, dəmir, silisium və s. tapılır.

Yüklə 60,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin