Mikrobsuz həyat Mikroblar



Yüklə 60,08 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü60,08 Kb.
#42578
1   2   3   4   5
Mikrobsuz həyat

Mikrobların tənəffüsü. Mikrob orqanizmində gedən fizioloji funksiyaların həyata keçirilməsi üçün enerji tələb olunur. Bu enerjini mikrob tənəffüs prosesində əldə edir. Mikroorqanizmlərin əksəriyyətinin bitki, heyvan və insan kimi tənəffüs üçün sərbəst oksigenə ehtiyacı vardır.
Sərbəst oksigenin iştirakı olmadan tənəffüs edən mikroorqanizmlər anaerob adlanır. İlk dəfə belə mikrobları L.Paster öyrənmişdir. Onlar anaerob tənəffüsə o qədər uyğunlaşırlar ki, oksigenli mühit onlar üçün zəhər kimi qəbul olunur (məsələn, tetanus, botulizm çöpləri). Elə mikroblar da vardır ki, həm oksigenli, həm də oksigensiz mühitdə tənəffüs edirlər. Bunlar fakültativ (şərti) anaeroblar adlanır. Patogen mikrobların əksəriyyəti bu qrupa daxildir.
Anaerob mikroblar başlıca olaraq azotsuz üzvi maddələri (karbohidratları) parçalayaraq cürbəcür məhsulların əmələ gəlməsinə səbəb olur. Bu hadisəyə qıcqırma deyilir. Qıcqırmadan yeyinti sənayesində, eləcə də başqa sənaye sahələrində geniş istifadə olunur. Həmin proseslərin hamısında sərbəst enerji ayrılır ki, bundan mikroorqanizm öz həyat fəaliyyətində istifadə edir.


Yüklə 60,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin