Fənnin adı: Nəqliyyat ekologiyası
Müəllim:Manafov Qasım
Tələbə: Əliyev Elvin
Qrup: 160a2
SƏRBƏST İŞ.5
Bakı.2021
Ekoloji Amillər
Orqanizmin yaşayış mühiti – onun həyat şəraitinin abiotik və biotik birliyidir. Mühitin xüsusiyyətləri daima dəyişir və sağ qalmaq üçün hər bir varlıq dəyişikliklərə uyğunlaşmalı olur. Yer biotası üç əsas yaşayış mühitini mənimsəyib: Su, yer-hava və litosferin yaxın üst hissəsi olan mədən süxurları ilə birlikdə – torpaq. Bioloqlar, həmçinin tez-tez dördüncü həyat mühitindən – parazitlərin və simbiontların məskunlaşdıqları canlı orqanizmlərin özlərindən söhbət açırlar. Mühitin təsirini orqanizmlər ekoloji adlandırılan mühitdəki amillər vasitəsilə dərk edirlər.
Ekoloji amillər – orqanizmə speşifik təsir göstərən mühitin müəyyən elementləri və şəraitləridir. Onlar abiotik, biotik və antropogen adlanırlar.