Abiotik amillərə – heyvanların və bitkilərin həyatına və yayılmasına təsir edən qeyri-üzvi mühitdəki bütün amillərin cəmi deyilir. Onların arasında fiziki, kimyəvi və edafik amillər seçilir.
Fiziki amillər – mənbəyi fiziki hal, ya hadisədir (mexaniki, dalğalı və s.). Məsələn, temperatur yüksək olarsa – yanğıya səbəb olar, çox aşağı olarsa – dondura bilər. Temperatura başqa amillər də təsir edə bilər: Suda axın, quruda-külək və rütubət və s. Lakin orqanizmlərə daha qlobal təsir göstərən fiziki amillər də var və onlara Yerin təbii geofiziki sahələri (Trofimov, Zilinq, 2002) aiddir. Məsələn, planetimizin maqnit, elektromaqnit, radioaktiv və başqa sahələrin ekoloji təsiri bizə yaxşı məlumdur.
Kimyəvi amillər − mühitin kimyəvi tərkibindən baş verənlərdir. Məsələn, suyun şorluğu, əgər o çox yüksəkdirsə göldə həyat heç olmaya da bilər. (Ölü dəniz), amma eyni zamanda əksər dəniz orqanizmləri şirin suda yaşaya bilmirlər. Heyvanların quruda, suda və s. oksigenin yetərli qədər olmasından həyatı asılıdır.
Edafik yəni torpaq, amilləri − torpağın və mədən süxurların kimyəvi, fiziki və mexaniki xüsusiyyətlərinin birlikdə onların içində yaşayan, yəni onların özləri üçün yaşayış mühiti edən, orqanizmlərə təsirləridir. Kimyəvi komponentlərin (biogen elementlərin), temperaturun, rütubətin, torpaq quruluşunun, humusun tərkibinin və s. bitkilərin boy atmasına və inkişafına olan təsiri çox yaxşı məlumdur.
Lakin orqanizmlərə təkcə abiotik amillər təsir etmir. Orqanizmlər birliklər yaradır və bunun nəticəsi olaraq qida resurslarına görə, müəyyən otlaqlara ya ov ərazilərinə sahib çıxmaq üçün mübarizə aparılır, yəni bir-biriylə rəqabət gedir. Bununla yanaşı yırtıcılıq, parazitizm və digər mürəkkəb qarşılıqlı münasibətlər həm növlərdaxili, həm də xüsusiylə növlərarası səviyyədə özlərini göstərməkdədir. Bu artıq canlı təbiət amilləri, ya da biotik amillərdir
. Biotik amillər − bir qrup orqanizmlərin həyat fəaliyyətinin orqanizmlərin digər qrupunun həyat fəaliyyətinə və həmçinin cansız yaşayış mühitinə olan təsirlərin cəmidir (Xrustalyov və b. 1996). Sonuncu halda söhbət orqanizmlərin özləri tərəfindən müəyyən dərəcədə yaşayış şəraitinə təsiretmə bacarığından gedir. Məsələn, meşədə bitki örtüyünün təsirindən xüsusi mikroiqlim, yaxud mikromühit yaranır və burada açıq yaşayış yerindən fərqli olaraq özünəməxsus rütubətli- temperaturlu rejim qurulur: qışda bura bir neçə dərəcədə isti, yayda isə − rütubətli və sərin olur. Xüsusi mikromühit həmçinin ağacların oyuqlarında, yuvalarda, mağaralarda və s. yaranır.
Artıq bütünlüklə abiotik təbiətli olan qar örtüyünün altındakı mikromühitin şəraitini ayrıca qeyd etmək lazımdır. Qalınlığı 50-70 sm-dən aşağı olmadığı halda daha effektli olan qarın isindirici təsiri nəticəsində onun bünövrəsində təxminən 5 santimetrlik layın içində qış vaxtı xırda gəmirici heyvanlar yaşayır, cünki buradakı temperatur şəraiti onlar üçün əlverişlidir (0-dan 2oC-dək). Həmin effektin sayəsində payızlıq dənli bitkilər – çovdar, buğda göyərtiləri qorunub saxlanır. İri heyvanlar − marallar sığınlar, qurdlar, tülkülər, dovşanlar və b. İstirahət üçün qara uzanaraq güclü şaxtalardan gizlənirlər.
Şəkil 2.1. Ekoloji amillərin təsnifatı (Y.Odum, 1975, dəyişdirilmiş)
İki növ yanaşı yaşayaraq ümumiyyətlə bir-birinə təsir etməyə qadir olan halda, eyni zamanda faydalı və faydasız təsir etmək bacarığına da malikdirlər. Elə bu mümkün olan kombinasiya tipləri də müxtəlif qarşılıqlı münasibətlərin mey-dana gəlməsini əks etdirir:
neytrallıq- hər iki növ müstəqildir və bir-birinə heç bir təsir göstərmir;
rəqabət- növlərin hər birisi digərinə xoşa gəlməz təsir göstərir;
mutalizim – növlər bir-birindən ayrı yaşaya bilmirlər;
protokoopersiya (birlik) – hər iki növ birlik yaradır, ancaq ayrılıqda da yaşaya bilərlər. Baxmayaraq ki, bu birlik onlara fayda verir;
kommensalizm - növlərdən biri kommensal, birlikdən yaşamaqdan xeyir görür, digər növ xeyir görmür (qarşılıqlı dö-zümlülük);
amensalizm - növün birisi digər növün – amensalinin boy artmasını və çoxalmasını istismar edir;
parazitizm - parazit növ tərəfindən öz sahibinin boy artıb çoxalmasına əngəl törədir və hətta onun ölümünə səbəb ola bilər;
yırtıcılıq - öz qurbanı ilə qidalanan yırtıcı növ.
Növlərarası münasibətlər biotik birliklərin (biosenozların) yaşayışının əsasını təşkil edir.
Dostları ilə paylaş: |