24-cü
hT
24
(hibberelin turşusu)
Beləliklə də, hüceyrədə hormonların miqdarca az olmasına
baxmayaraq, onların yaratdıqları effektlər olduqca müxtəlif ola
bilər. Bu onu göstərir ki, hüceyrədə hormonların təsirini
gücləndirən xüsusi mexanizmlər olmalıdır. Bu cür effektiv
mexanizmlər ferment sistemləridir.
Güman edilir ki, hormonların böyümə və inkişafa təsirinin ilk
fazası, genlərin diferensial aktivləşməsidir (bir qrup genin
aktivləşməsi, eyni zamanda digərlərinin inaktivləşməsi) ki, bunun
da sayəsində proseslər aşağıdkı ardıcıllıqla həyata keçirilir:
hor-
mon
→
DNT
→
mRNT
→
ferment (zülal)
→
effekt.
Lakin bu cür təsəvvür böyüməyə deyil, daha çox inkişafa
aiddir, çünki böyümə bəzən hormonlarsız da gedə bilir. Müasir
təsəvvürlərə görə, genlərin diferensial aktivləşməsi, hor-
monların ilk effekti olmaya da bilər.
|