Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə99/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   244
5.3. İnkişaf 

 

İnkişaf orqanizmin komponentlərinin keyfiyyət 



dəyişilmələridir. Bu zaman mövcud forma və funksiyalar 

başqasına çevrilir. Böyümə  və inkişafı bir-birindən kəskin 

fərqləndirmək olmaz. Hər hansı inkişaf prosesi böyümə ilə 

əlaqədardır. Embrional hüceyrənin bu və ya digər yolla ix-

tisaslaşması determinasiya adlanır. Beləliklə  də, hər bir 

hüceyrənin diferensasiyasındakı determinasiya (onun inkişafını 

müəyyən edən yol), ümumiyyətlə, inkişafın fizioloji əsasını 

təşkil edir. 

Determinasiya və diferensasiya bir-birilə əmrin alınması və 

onun icrası kimi əlaqədardır. Determinasiya hüceyrədə mövcud 

olan genetik potensialın yalnız müəyyən hissəisnə aid olur. Ge-

netik informasiyanın xeyli hissəsinə (hüceyrənin  əsas funksiy-

larına) determinasiya toxunmur (məsələn, qlikoliz, zülalların 

sintezi, sellülozanın sintezi və s.).  

Determinasiyaya  ən cavan hüceyrələr məruz qalır, onlarda 

artıq uzanma fazasında diferensasiya başlayır. 

Göbələklərdə vegetativ (böyüyən) sahələrlə, generativ 

orqanların olduğu sahələr fizioloji bərabərsizliyə malikdir ki

buna da qütblük (polyarlıq) deyilir. Qütblük hadisəsi proto-

plazmanın hərəkəti nəticəsində pozulmur. Bu, zülalların 

hərəkətsiz ektoplazmanın kənar tərəflərində birtərəfli qaydada 

paylanması ilə əlaqədardır. Hüceyrənin qütblüyü, onun nizamlı 

qaydada diferensasiyasının ilk şərtidir. 

Göbələklərin  əksəriyyətində vegetativ hissə mitselilərdən 




 

  ibarətdir. Mitselilər özləri də apikal (ucdan) böyüyən və 

yanlara  şaxələnmə verən hiflərdən təşkil olunmuşdur. 

Mitselilər, olduqları substratın daxilinə bütün səthi ilə keçir və 

orada olan suyu və qida maddələrini udur. Mitselilərin bəzisi 

substratın üstündə yerləşir. Bunlara bəzən hava mitseliləri də 

deyilir və onlarda adətən çoxalma (generativ) orqanları  əmələ 

gəlir. Göbələk hifləri yalnız yuxarı (ucdan) böyüyür, lakin 

onlarda zülalların sintezi mitselinin bütün uzunu boyunca gedir 

və sitoplazmanın hərəkəti ilə böyümə zonasına daşınır. 

Göbələklərin sapvarı quruluşu və sürətlə böyümə qabiliyyəti 

onların  ətraf mühitlə qarşılıqlı münasibətini müəyyən edir. 

Bundan başqa, göbələklərdə  səthin həcmə olan nisbəti çox 

böyükdür. 

Göbələklərdə mitselilər, septasız (arakəsməsiz) və arakəsməli 

– septalı olmaqla bir-birindən fərqlənirlər (şəkil 5. B, C).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin