Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə98/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   244
 

Diaqram. 

Birhüceyrəli orqanizm kulturasında böyümənin 

loqarifmik xarakteri. 1-laq-faza; 2-böyümənin 

sürətlənmə fazası; 3-loqarifmik faza; 4-böyümə-

nin zəifləmə fazası; 5-stasional faza. 

 

Bu reaksiyalar özlərində transkripsiya, trasnlyasiya və digər 




 

  fermentativ reaksiyaları da birləşdirir. Məhsul adı altında 

bütün plazmatik quruluş və maddələr başa düşülür. 

Embrional hüceyrələr üçün protoplazma və hüceyrə 

nüvəsinin ölçülərinin müəyyən nisbətdə olması  səciyyəvidir. 

Protoplazmanın böyüməsi (artması) qurtardıqdan sonra 

hüceyrə, yenidən bölünmə fazasına keçməklə ya embrional 

halda qalır, ya da o, uzanma fazasına keçir və beləliklə də, sabit 

toxumanın (yalançı toxumanın) hüceyrəsinə çevrilir. Proto-

plazmanın böyüməsi, bununla yanaşı həm də RNT-nin sintezi, 

mitozun profazasında tamamilə dayanır. Bu zaman maddələr 

mübadiləsinin intensviliyi xeli azalır.  İki mitoz bölünmə aras-

ındakı dövrdə (interfazada) induksiyaolunan fermentin – timid-

inkinazanın iştirakı ilə DNT-nin replikasiyası (ikiləşməsi) baş 

verir. Görünür timidinkinaza üçün məsul olan gen müvəqqəti 

tənzim olunmaq xassəsinə malikdir. Həmin xüsusiyyət DNT-

polimerazaya da xasdır. 

Hüceyrələrin bölünməsi, hər  şeydən  əvvəl, hormonlarla, 

xüsusilə hibberelinlər və s. əlaqədardır. 

Böyümənin ikinci fazası uzanmadır. Uzanma fazasında, 

əvvəlki ölçüləri 5-10 mkm olan hüceyrə, öz ölçülərini 10-50 

dəfə, bəzən daha da çox artıra bilir. Hüceyrənin uzanması 

zamanı  həcmin artması,  əsas etibarilə vakuolların  əmələ 

gəlməsi nəticəsində suyun udulması ilə əlaqədardır. Uzanma ilə 

gedən böyümədə protoplazmanın artmasından fərqli olaraq, çox 

hallarda zülaların ümumi miqdarı artmır. Hüceyrə  qılafının 

kütləcə xeyli artması (onun tərkibinə daxil olan maddələrin 

sintezi ilə əlaqədar olaraq) çox vaxt hüceyrənin bütün səthi üzrə 

bərabər şəkildə paylanır. 

Hüceyrənin uzanma fazasında turqor təzyiqinin azalması 

sayəsində hüceyrənin sorucu qüvvəsi artır və  nəticədə su 

hüceyrə daxilinə dolur. Hüceyrəyə dolmuş su onu uzununa dar-

tır və böyük mərkəzi vakuolu əmələ gətirir. Buradan aydın olur 

ki, uzanmaya səbəb olan ilk proses osmosdur. Suyun udul-

masından fərqli olaraq, hüceyrə  qılafının sinrtezi və osmotik 

 

  təzyiqin tənzimlənməsi (osmotənzimlənmə) müəyyən 



miqdarda enerji tələb edir. 

Böyümənin üçüncü fazası – diferensasiya embrional hü-

ceyrənin ixtisaslaşmış hüceyrəyə çevrilməsinə deyilir. Bu faza 

böyümə ilə yanaşı  həm də hüceyrənin inkişafı proseslərini də 

özündə birləşdirir. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin