Diaporales sırası
Bu sırada da meyvə cismi peritetsidir. Peritetsi sahib bit-
kinin toxumaları arasında incə kanallar əmələ gətirir. Peritetsi
qonur, əksərən qara rəngdədir. Kisələrin ön hissəsi qalınlaşmış
və qaralmış olur. Sıranın ən geniş yayılmış fəsilələri Gnomo-
niaceae, Diaporthaceae və Valsaceaedır.
Gnomoniaceae fəsiləsinin nümayəndələri gilas, gilənar və
ərik bitkiləri üzərində antraknoz xəstəliyini törədirlər. Bu
xəstəlik bitkilərin vegetativ orqanları üzərində sarı rəngli iri
ləkələr əmələ gətirir. Xəstə yarpaqlar qonurlaşır, burulur, qu-
ruyur və tökülür. Göbələyin bu inkişaf dövrü konidilərlə keçir.
Vegetasiyanın sonunda piknidi əmələ gəlir. Bu dövr Septori-
yadır. Bu göbələk növündə peritetsi payızın sonunda əmələ
gəlir.
Diaporthaceae fəsiləsinin peritetsisi diatripoid tiplidir.
Fəsilənin əsas cinsi Diaporthe cinsidir. Bu cinsin konidi dövrü
Phomopsisdir. Cinsin D.perficiosa növü meyvə bitkilərinin bu-
daqlarını qurudur. Valsaceae fəsiləsinin ən geniş yayılmış cinsi
Valsadır. Bu cinsin 400-dən çox nümayəndələri vardır. Bunlar
ərik, gavalı, gilas və gilənar bitkilərini qurudurlar.
Dostları ilə paylaş: |