Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə174/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   244
Şəkil 40. Claviceps purpurea: 1 – çovdar sünbülü üzərində skle-

rotsilər; 2 – sklerotsi; 3 – peritetsinin boylama kəsiyi; 4 – 

 

  stromada olan peritetsilər; 5 – kisə, as; 6 – konidial mərhələ. 



Sıranın böyük bir qrupu buğumayaqlılar (həşəratlar və 

hörümçəklər) üzərində parazit halda yaşayır. Ən geniş yayılmış 

cinsi kordisepsdir. Cinsin növləri stroma sıx birləşmiş mitseli 

kütləsindən ibarətdir. Stroma müxtəlif ölçü və quruluşda olur.  



 

Hipokrealar sırası – Hipocreales 

Hipokrealar sırasının 100-dən artıq növü vardır. Bu sıra 

üçün xarakterik xüsüsiyyət yumşaq  ətli peritetsinin olmasıdır. 

Hipokreaların peritetsilərinin peridiləri yaxşı inkişaf etmişdir və 

onlarda parafizlər  əmələ  gəlir.  Əsil parafizləri yoxdur. 

Peritetsidə  əsil parafizi əvəz edən apikal parafiz hifə oxşayır. 

Silindrik va ya sancaqvarı kisələr peritetsinin dibindən xaric 

olunur. Peritetsilər substrat üzərində  tək və ya qrup halında 

əmələ  gəlir. Sıranın nümayəndələri bitkilər, göbələklər və 

həşəratlar üzərində saprofit halda yaşayırlar. 

Hipokreaların halonektriya cinsinin növlərinə yosunlar və 

su bitkilərinin gövdəsi üzərində də rast gəlinir. 

Sıranın bəzi nümayəndələri selikli göbələklər və şibyələr 

üzərində parazitlik edir.  Onlardan ağac bitkilərində  xəstəlik  

törədən   Nectria və taxıllarda parazitlik edən Gibberella ən 

təhlükəli cinslər sayilir.  

Nektriya cinsinin peritetsiləri substrat üzərində ayrı-ayrı 

və ya qrup halında  əmələ  gəlir. Cinsin ən geniş yayılmış 

nümayəndəsi  N.ginnbarinadır. O, qurumuş kol və  ağac 

bitkilərinin budaqları üzərində saprofit, bəzən də parazit 

halında yaşayır. Göbələk mitseliləri sahib bitkinin qabığına 

daxil olur və oduncaq üzərində qışlayır. Yazda göbələk konidi 

əmələ  gətirir, bu dövr tuberkullariya (Tubercullaria vulqaris) 

adlanır. Zəif budaqlanmış konididaşıyıcılar üzərində  çəhrayı 

rəngli kiçik yastıqcıqlar inkişaf edir. Bitkinin vegetasiya 

dövründə göbələk konidilərlə çoxalıb bir damla su vasitəsilə 

yayılır.  

Yayın sonu və payızın əvvəlində stromanın kənarında 30-




 

  a qədər tünd-qırmızı rəngli göbələk peritetsisi əmələ gəlir. Bu 

göbələk cavan budaqları  məhv edir. Kisə sporları peritetsidən 

erkən yazda xaric olunur. Sıranın mühüm növlərindən meyvə 

ağaclarında xərçəng xəstəliyi N.galligenanı misal göstərmək 

olar (şəkil 41). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin