Şəkil 45. Morxella göbələkləri: 1 – Morxella conica –
konusvarı quzuqarnı; 2 – Giromitra esculenta.
M.conica isə aprelin ortalarında şam meşələrində inkişaf
edir. Papağı dairəvi və uzunsovdur, kənarı vasitəsilə ayaqcığa
birləşir, bəzən boz qonur rəngdə olur. Bu göbələklərin hamısı
yeməlidir. Yazda papaqlı göbələklərdən əvvəl əmələ gəldikləri
üçün qiymətli sayılırlar.
Sıranın ikinci böyük cinsi quzu göbələyi sayılır
(Gyromitra). Böyük apotetsinin olması ilə xarakterizə edilir.
Ayaqcığı böyükdür. Boz və ya tünd-boz rənglidir. Torpaqda
saprofit halda yaşayır, inkişaf edir. Bu cinsin G.esculenta növü
şam meşələrində yaşayır. Şərti yeməli göbələk sayılır. Bəziləri
zəhərli olduğuna görə yeyilmir.
Dostları ilə paylaş: |