toxumalarında; b – konidilər.
Meyvə bitkilərinin dəmgil xəstəliyi Azərbaycanın
meyvəçilik rayonlarında, xüsusilə Quba, Xaçmaz, Şəki,
Zaqatala zonasında geniş yayılmışdır.
BAZİDİOMİSETLƏR ŞÖBƏSİ – BASİDİOMYCOTA
Bazidiomisetlər ali göbələklərin ikinci şöbəsidir. Şöbənin
nümayəndələri çoxhüceyrəli mitseliləri olan ali göbələklərdir.
Bazidiomisetlər göbələklərin böyük şöbəsi sayılır, buraya
30000-dək müxtəlif quruluşlu nümayəndələr daxildir.
Cinsi çoxalma (somatoqamiya tiplidir) bazidiospordan
inkişaf etmiş, haploid mitselinin iki vegetativ hüceyrəsinin
birləşməsi ilə gedir. Homotallik növlərdə bir mitselinin müx-
təlif hifləri birləşir. Bazidili göbələklərin əksəriyyətində
heterotallik mitselisi vardır. Bu mutseli hiflərinin ucundakı
hüceyrələr şərti olaraq “+” və “-” işarələnir. Bu hüceyrələr
birləşdikdə sitoplazmaları qarışır, nüvələri isə birləşmir.
Beləliklə, dikariofit mitselilər əmələ gəlir, onlarda eyni
zamanda hiflərin arakəsmələri qarşısında duran xüsusi kəmər
hüceyrələri yerləşir. Sonuncular əvvəlcə yan çıxıntılar şəklində
inkişaf edir. Dikarionun iki nüvəsi eyni vaxtda bölünüb 4
haploid nüvə verir. Daha sonra hüceyrə bölünür, onun yuxarı
hissəsi bazidinin əsası olan ana hüceyrədən ibarətdir. Bazidi
kisəli göbələklərin kisəsinə oxşayır (şəkil 51).
Dostları ilə paylaş: