Dotideyalar sırası
Askostroma “psevdosfer” və ya “dotideya” tipində inkişaf
edir. Onlarda bir və ya bir neçə lokulo inkişaf edir ki, onlarda
da dəstə halında kisələr yerləşir. Kisələr arasında
psevdoparafizlər (interaskulyar toxumanın sapvarı qalıqları)
yerləşir.
Sıranın əksər nümayəndələri qurumuş budaq və yarpaqlar
üzərində yaşayırlar. Parazit nümayəndələrinə Mycospherella
tulipiferanı misal göstərmək olar. Bu göbələk lalə bitkisi
üzərində xəstəlik törədir, peritetsiyəbənzər tünd rəngli ləkələr
əmələ gətirir. Epidermisin altında inkişaf edən göbələk qış-
lamaya xidmət edir. Göbələk öz inkişafı dövründə mikrokonidi
əmələ gətirir. Spermasiyası piknididə əmələ gəlir, askostro-
mada isə trixogenli keçir. Mayalanmadan sonra askogen hiflər
yaranır ki, onun üzərində dəstə halında kisələr yerləşir. Dotidia-
ların bəzi nümayəndələrində askogen hiflər olmur.
Sıranın bir sıra nümayəndələri kənd təsərrüfatı bitkilərinə
böyük ziyan vurur. Onlara çiyələk üzərində parazit halda
yaşayan M.fragariaeni misal göstərmək olar. Bu göbələk
çiyələk yarpağı üzərində ağ ləkələr əmələ gətirir.Yayda ləkələr
üzərində konidilər inkişaf edir (şəkil 49).
Dostları ilə paylaş: |