Himenomisetlər yarımsinfi – Hymenomycetidae
Himenomisetlər bazidili göbələklərin çox geniş yayılmış
qrupu sayılır. Buraya 12.000-dən artıq növ daxildir. Bazidilər
mitseli üzərində düzülərək himeni adlanan süngərvarı təbəqə
əmələ gətirirlər ki, bu sıranın xarakter xüsusiyyətidir. Himeni
ali nümayəndələrdə ilk dövrdə qapalı olur, sporlar yetişdikdə
isə açılır.
Himenomisetlərin əksər nümayəndələri bitki qalıqları, pe-
yin, çürüntülü torpaq və s. üzərində saprofit həyat tərzi
keçirirlər, eyni zamanda ağaclar üzərində parazitlik edən
növləri də məlumdur. İstər parazit və istərsə saprofit növlərin
mitseliləri substrat içərisinə daxil olur, nadir hallarda onlar
xaricə çıxaraq hörümçək toruna bənzər pambıq və ya dərivarı
təbəqə əmələ gətirir. Bəzi nümayəndələrdə rizomorflara, əksər
növlərdə isə sklerotsilərə təsadüf edilir. Bazidiospor inkişaf
edərkən tək və ya çoxnüvəli hüceyrələrdən ibarət haploid mit-
seli əmələ gətirir.
Sonralar belə mitselilərdən apoqam yolla dikarionları olan
diploid mitselilər əmələ gəlir. Onların üzərində müxtəlif quru-
luşlu meyvə cisimləri inkişaf edir. İbtidai nümayəndələrdə
meyvə cisimləri hörümçək toruna bənzər, bəzən keçəvarı
təbəqə şəklində olur. Himeni meyvə cismi üzərində yerləşir.
Sonralar təkamül nəticəsində dəriyəbənzər, mantarlaşmış,
ağaclaşmış və yaxud ətli meyvə cisimləri meydana çıxmışdır.
İbtidai orqanizmlərin meyvə cisimləri substrat üzərinə sərilir,
nisbətən təkamül etmiş orqanizmlərdə isə onların kənarı sub-
stratdan qoparaq ya üfüqi, ya da şaquli istiqamətdə durur. Hi-
meni meyvə cisminin alt səthində inkişaf edir. Sporların yayıl-
ması və mühafizə edilməsində belə quruluşun böyük
əhəmiyyəti vardır. Himenomisetlərdə yetişmiş sporlar ancaq
0,1 – 0,2 mm məsafəyə tullanır və hava cərəyanı vasitəsilə yay-
ılır.
Ağac gövdələri və budaqlarında təsadüf edilən növlərin
meyvə cisimləri at dırnağına bənzər forma alır və substrata
möhkəm yapışır. Himeni onların alt səthində yerləşir. Torpaqda
inkişaf edən nümayəndələrdə qıfvarı, çətirəbənzər və s. meyvə
cisimləri müşahidə olunur.
Meyvə cisminin himeni yerləşən hissəsi himenofor ad-
lanır. İbtidai nümayəndələrin himenoforu sadə və hamardır, ali
nümayəndələrdə isə o, müxtəlif şıxıntı, qatlar, borucuq və lövhə
şəklində olur. Bu quruluş himeni səthini və sporların miqdarını
artırır. Məsələn: papaqlı göbələklərin lövhəşəkilli himenoforları
himeni səthini 7 dəfə, qov göbələyin boruşəkilli himenoforu isə
150 dəfə genişləndirir.
Himenimisetlərin sporları əksərən təkhüceyrəlidir. Onlar
bazidinin zirvəsindəki steriqma üzərində yerləşir. Bazidi
dördsporludur. Yetişmiş sporlar bazidi sporlar içərisindən
turqor təzyiqinin artması hesabına 0,1 – 0,2 mm məsafəyə fəal
tullanırlar. Xaricə çıxmış sporlar hava cərəyanı vasitəsilə yay-
ılır. Torpaq üzərində yaşayan nümayəndələrin sporları
həşaratlar və müxtəlif məməli heyvanlar tərəfindən geniş yay-
ılır.
Himenositlərin sporları rəngsiz və ya rəngli olur. Bəzi nü-
mayəndələrdə bunlar zeytuni, qəhvəyi, bənövşəyi və s. rənglərə
boyanır. Himeni təbəqəsinin rəngi bir çox hallarda sporların
rənginə uyğun gəlir. Sporların qılafı əksər nümayəndələrdə
hamardır, lakin bəzilərində müxtəlif çıxıntılar nəzərə çarpır.
Onların rəngi və quruluşu himenositlərin təsnifatında əsas rol
oynayır. Sporların miqdarı isə olduqca böyükdür, hətta bəzi
növlərin meyvə cisimlərində milyonlarla sporlar olur.
Himenomisetlərin ibtidai nümayəndələrində meyvə cismi
inkişaf edərkən himeni təbəqəsi tamamilə açıq olur, alilərdə isə
(cavan dövründə) sadə hiflərdən ibarət pərdəvarı örtüklə əhatə
olunur. Bu xüsusiyyət papaqlı göbələklərdə də nəzərə çarpır.
Meyvə cismi inkişaf edərkən onların papağı ayaqcığa doğru
əyilir, altında yerləşən cavan himeni pərdə ilə örtülərək
mühafizə edilir. Meyvə cismi yetişərkən papaq açılır, pərdə
cırılaraq halqa şəklində ayaqcıq üzərində qalır. Bundan əlavə,
bəzi növlərdə meyvə cismini tamamilə örtən pərdə müşahidə
olunur. Meyvə cisminin böyüməsi və ayaqcığın uzanması
nəticəsində pərdə partlayır, ayaqcığın əsasında və papağın
üzərində onun qalıqları görünür. Məsələn, çibintutan göbələyin
papağı üzərindəki ağ ləkələr həmin pərdənin qalıqlarıdır. Hi-
meni təbəqəsində bazidilərin əlavə, silindrik və ya sancaqvarı
parafizlərə də təsadüf edilir. Onlar ikinüvəlidirlər, bazidiospor-
lar və steriqmalar əmələ gətirirlər, ancaq bazidiləri bir-birindən
ayırır və beləliklə, sporların yayılmasını asanlaşdırır.
Himeni təbəqəsində bazidilər eyni vaxtda deyil, müxtəlif
vaxtda yetişirlər. Tam yetişmiş bazidi sporlarını tulladıqdan
sonra düşür və əvəzinə yeni bazidi inkişaf edir. Meyvə
cismlərinin vegetasiya müddəti olduqca müxtəlifdir. Tam
yetişmiş ətli meyvə cismi olan nümayəndələr çox az, məsələn,
bir neçə saatdan bir neçə günə kimi yaşayır, sonra isə çürüməyə
başlayırlar. Digər tərəfdən, uzun müddət yaşayan meyvə
cisimləri də məlumdur, məsələn, qov göbələklərinin meyvə
cismi 80 ilə qədər yaşayır. Belə növlərin bəzilərində yalnız bir
himeni təbəqəsi inkişaf edir, digərində isə köhnə himeni
təbəqəsini hər il yenisi əvəz edir. Beləliklə, himenoforlardan
təşkil olunan illik zolaqlar yaranır.
Himenomisetlərin meyvə cisimlərinin inkişafı xeyli vaxt
tələb edir, məsələn, papaqlı göbələyin meyvə cismi uzun
müddət torpağın altında inkişaf etdikdən sonra onun üstünə
çıxır. Rütubətli və isti günlərdə bu göbələklərin kütləvi və
sürətlə inkişafı onların əvvəldən torpaq altında əmələ gəlməsi
ilə əlaqədardır. Himenomisetlər belə şəraitdə uzanaraq torpaq
üzərinə çıxır və tezliklə papaq əmələ gətirir. Meyvə cisminin
inkişafı üçün mitselilərdə müəyyən miqdarda ehtuyat qida
maddələrinin toplanması tələb olunur ki, buna bəzi
göbələklərdə uzun müddət sərf edilir. Ona görə də payızda ink-
işaf edən papaqlı göbələklərin meyvə cisimləri adətən iri olur.
Ağaclar üzərində təsadüf edilən qov göbələklərinin meyvə
cisimləri daha gec, məsələn, bitki xəstələndikdən bir neçə il
sonra əmələ gəlir. Belə ki, həqiqi qov göbələyi adlanan Fomes
Dostları ilə paylaş: |