Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə195/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   244
Şəkil 54.  Exobasidium vaccini: A – yoluxmuş bitkinin xarici 

görünüşü; B – zədələnmiş bitki hüceyrəsinin kəsiyi: 1 – bitki 


 

  toxumasında olan göbələk hifləri; 2 – bazidilər. 

Xəstə orqan daxilində göbələyin ikinüvəli (dikariotik) 

mitseli hüceyrəsi görünür. Sahib bitki epidermisi altında 

çoxsaylı paralel düzülmüş bazidilər yerləşir. Bazidinin inkişafı 

zamanı onun iki nüvəsi birləşir, diploid nüvə isə meyoz yolla 

bölünür, bazidi üzərində 2 – 6 ədəd nazik, uzunsov 

bazidiosporlar inkişaf edir. Onlar xəstə orqan üzərində ağ örtük 

əmələ gətirir. Bazidiosporlar bir damla suya düşdükdə bölünüb 

3 – 5 ədəd hüceyrə verir. Spordan yaranmış hüceyrələr nazik 

hif  əmələ  gətirir. Hifin ucunda isə  xırda konidilər formalaşır. 

Konidi və ya bazidiospor inkişaf edib, hif əmələ  gətirir ki, bu 

da bitkinin bığcıqlarından keçib toxumalara daxil olur və 

mitseliyə çevrilir. E. burtii növünə Qafqazda bitən bir sıra 

mədəni və yabanı bitkilər üzərində rast gəlinir. Bu cinsin 

E.vexans növü Hindistanda çay bitkisinə böyük ziyan vurur.  

Hazırda ekzobazidial göbələklərin dörd cinsi məlumdur, 

növlərin isə dünyanın bütün ölkələrində  təsadüf olunur. Bu 

qrupun mənşəyi hələlik məlum deyildir. Onları yalnız 

himenomisetlərin yan budağı kimi qəbul etmək olar.  

Ekzobazidial göbələklərin Aphyllophorales sırasının ibti-

dai nümayəndələrindən mənşə alması güman edilir. Odur ki, bu 

göbələklərə sərbəst qrup kimi baxmaq olar. 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin