illik olub, substrat daxilində qışlayır. Ona görə də yeməli
təsadüf edilir. Papaqlı göbələklərin çəmənliklərdə (“şeytan
vasitəsilə becərirlər. Bəzi himenomisetlərin cavan
mitselilərində oidilər konididaşıyıcıda və konidilərdə inkişaf
edir. Lakin onlarda mitselilərlə çoxalma kisəli göbələklərdə
olduğu kimi geniş yayılmamışdır.
Himenomisetlərin nümayəndələri, xüsusilə mülayim
iqlimli ölkələrdə daha çox yayılmışlar. Onların əksər nüma-
yəndələri torpaqda, ağac qalıqları üzərində saprofit həyat tərzi
keçirir, bəziləri ağac bitkilərində parazitlik edirlər. Papaqlı
göbələklərin əksəriyyəti ali bitkilərin kökləri üzərində mikoriza
əmələ gətirir. Mikoriza endo-ektotrof və ekto-endotrof tipdə
olur.
Endotrof mikoriza zamanı mitselilər
kökün parenxim
hüceyrələri daxilində yerləşir. Bu zaman kök öz əmici tellərini
saxlayır. Endotrof mikoriza göbələklərinə orxidlər fəsiləsinin
nümayəndələrini misal göstərmək olar. Bu bitkilərin toxumaları
göbələksiz inkişaf edə bilmir. Bir sıra ot bitkilərinin kökündə
orxidlərin olması onların inkişafına heç bir mənfi təsir
göstərmir.
Ektotrof mikoriza göbələkləri kök üzərində hif yığını
əmələ gətirir, nəticədə onda xüsusi kök tükcükləri yaranmır.
Bəzən inkişaf zamanı kök hif yığınını deşir və böyüyür.
Endotrof və ektotrof mikoriza göbələklərini bir-birindən
fərqləndirmək çox çətindir. Odur ki, keçid təşkil edən bu for-
malar ekto-endotrof mikoriza göbələkləri adlanırlar. Onlara kök
üzərində və parenxim hüceyrələr daxilində təsadüf olunur. Bu
mikorizalarda kök hüceyrələri canlı olur, əsasən ağac
bitkilərində yayılmışlar.
Su bitkiləri müstəsna olmaqla, qalan bütün ot, kol və ağac
bitkilərində mikoriza əmələ gəlir. Qeyri-müəyyən göbələklər,
ziqomisetlər ot bitkiləri, kisəli (donbalan göbələkləri) və ba-
zidili göbələklər isə ağac bitkiləri ilə mikoriza əmələ gətirirlər.
Göbələk mitseliləri ekto-endotrof mikorizada karbohidrat-
ları kökdən alır və heterotrof olduqları üçün üzvi maddə sintez
edə bilmirlər, mitseliləri torpağa daxil olur və ondan su və min-
eral duzları, həmçinin üzvi maddələri də mənimsəyirlər.
Onların bir hissəsi göbələk, digər hissəsi isə bitki tərəfindən
mənimsənilir. Göbələk bitki köklərindən özü üçün lazım olan
hazır üzvi maddələri alır. Mikoriza mürəkkəb proses olub,
xarici mühitdən də xeyli asılıdır.
Himenomisetlər yarımsinifi himenoforları və meyvə
cisimlərinin quruluşuna görə 2 sıraya bölünür:
1.
Afilloforlar – Aphyllophorales;
2.
Papaqlı göbələklər – Agaricales.
Dostları ilə paylaş: