göbələklər daxildir. Himeni qatı daxilində yerləşdiyi üçün
Qasteromisetlərin meyvə cisimləri daxili və xarici
qatlardan təşkil olunmuşdur. Xarici təbəqə peridi, spor əmələ
gətirən daxili təbəqə isə qleba adlanır. O, müxtəlif formalı
boşluqlar və hiflərdən ibarətdir. Hiflər yığımına troma deyilir.
Bazidilər bəzi nümayəndələrdə meyvə cisimlərinin daxilində
himeni əmələ gətirir.
Qrupun əksər nümayəndələri torpaq saprofitləridir, az bir
hissəsi isə çürüyən kötüklər üzərində yaşayır. Torpaqda
yayılmış nümayəndələrdə meyvə cisimləri torpağın altında
inkişaf edir. İbtidai nümayəndələrdə torpağın altında qalır,
alilərdə isə üstə çıxır. Torpağın altında qalan meyvə
cisimlərinin sporları donbalan göbələklərində olduğu kimi
onlara qidalanan heyvanlar vasitəsilə yayılır. Bəzi ali
nümayəndələrdə yetişmiş meyvə cisminin qlebası rənglidir,
əriyərkən çox pis iy verir. Ət və meyit milçəkləri onun üzərinə
yığılaraq sporları yayır.
Qasteromisetlərin sporları tünd rəngli və təknüvəlidir.
Bəzi nümayəndələrdə sporlar steriqma üzərində ikinüvəli
olurlar.
Tipik nümayəndələri çəmənliklərdə bitən
bovistalikoperdon və ya tozanaq cinsləridir.
Meyvə cisimləri dairəvidir. Bəzi növlərində ayaqcıqlar
olur. Cavan meyvə cisimləri əvvəlcə ağ və kövrək olur, son-
radan qonurlaşır, içərisi sporlar və kapillisilərlə dolur. Külli
miqdarda əmələ gələn sporlar meyvə cisminin təpəsində
yaranan deşik vasitəsilə yayılır. Məsələn, diametri 0,5 m olan
iri likoperdonda 7,5 milyon spor inkişaf edir. Onların
əksəriyyəti meyvə cismi əmələ gətirsəydi, III nəsildə alınan
meyvə cismlərinin ümumi həcmi Yer kürəsindən 800 dəfə
böyük olardı. Lakin sporların əksəriyyəti yaşamaq uğrunda
mübarizədə məğlub olur və inkişaf etmir, likoperdona isə çox
az təsadüf edilir.
Yer ulduzu və ya qaster (Gaster) adlanan göbələk şam
meşələrinin qumlu torpaqlarında geniş yayılmışdır. İlk dövrdə
qasterin meyvə cismi dairəvi olur, lakin yetişmə dövründə
onun xarici qatı ulduzşəkilli hissələrə parçalanır və bu hissələr
aşağıya doğru əyilir. Meyvə cisminin daxili qatının təpəsində
xüsusi məsamə əmələ gəlir ki, sporlar buradan xaricə çıxır və
yayılır. Ulduzşəkilli parçalar hiqroskopik olduğu üçün rütubətli
günlərdə aşağıya, quraqlıq keçən günlərdə isə yuxarıya tərəf
əyilir.
Qastromisetlərin bəzi nümayəndələrində, meyvə cismləri
çox maraqlı quruluşa malikdir. Onlara çürümüş quru oduncaq
üzərində təsadüf edilir. Meyvə cismləri ölçüsü 1-1,5 sm-ə yaxın
olan fincan və ya qədəhəbənzər şəkildədir, içərisində peridiol
adlanan yumurtayabənzər hissəciklər yerləşir. Peridiolların
daxilində sporlar əmələ gəlir, meyvə cismlərindən qopub düşür,
örtükləri parçalandıqdan sonra sporlar xaricə çıxır.
Bu qrupdan olan fallusun (Phallus) nümayəndələri əsasən
tropik ölkələrdə yayılmışlar. Lakin onun bəzi növləri Zaqatala
meşələrində geniş yayılmışdır. Göbələklərin cavan meyvə cismi
ağ örtüklə əhatə olunmuş böyük yumurta şəklindədir. Resepta-
kul meyvə cismi yetişərkən onun örtüyünü partladır və 30 sm-ə
kimi uzanır, üzərində yaşılımtıl rəngli, konusşəkilli spor əmələ
gətirən qleba yerləşir. Sonuncu tezliklə spor yığımından təşkil
olunmuş yaşılımtıl-qara rəngli selik damlaları əmələ gətirir.
Göbələk meyit qoxusu verməklə milçəkləri özünə çəlb edir və
beləliklə də sporlar tez yayılr. Fallusa yaxın olan diktiofora
cinsində reseptakulun yuxarı hissəsindən aşağıya doğru yönələn
zəngşəkilli tor əmələ gəlir.
Reseptakul yüksək sürətlə inkişaf edir və proses 1-2 saat-
dan 48 saata qədər davam edir. Hal-hazırda bu proses Amerika
mikoloqları R. Zinger və A. Simit tərəfindən öyrənilir.
Qastromisetlər təbiətdə üzvi maddələrin parçalanmasında yax-
ından iştirak edirlər. Bu göbələklərin biologiyası bu gün də
hərtərəfli öyrənilməmişdir.
Dostları ilə paylaş: