(əsasən palıdda, şpallarda) rast gəlinir.
Lenzites cinsindən olan göbələk ağac, şpal, teleqraf
dirəkləri və s. üzərində yaşayaraq oduncağı xarab edir.
Yuxarıda qeyd olunan cinslərin nümayəndələri
Azərbaycanda Quba, Şəki, Zaqatala və Talış meşələrində daha
çox yayılmışlar.
Onların növ tərkibi ətraflı öyrənilmişdir. Qov göbələkləri
meşə bitkilərinə çox böyük ziyan vururlar. Onlara qarşı ən
mühüm mübarizə vasitəsi profilaktika tədbirlərinin həyata
keçirilməsidir. Xəstə ağacların meşələrdən çıxarılması, hey-
vanların meşədə otarılmasının qadağan olunması, kəsilən
ağacların qonşu ağacları zədələmədən yıxılması əsas mübarizə
tədbirləri sayılır. Onların nümayəndələri rütubətli şəraitdə quru
oduncaqları, məsələn, dəmiryol şpalları, şaxtalarda istifadə
olunan dirəkləri, teleqraf və körpü dirəklərini və s. çürüdürlər.
Qov göbələkləri bu məqsədlə istifadə olunan ağacların hər il
təxminən 10%-ni çürüdərək təsərrüfata milyonlarla ziyan
vururlar. Onlarla mübarizə məqsədilə ağacları antiseptik
maddələrlə isladırlar.
A.S. Bondartsev ev göbələklərinin sistematika və
ekologiyasına dair geniş tədqiqat işləri aparmışdır. Onun bu iş-
lərinin nəticəsi olan “Трутовые грибы Европейской части
СССР и Кавказа” (1953) adlı kitabı qov göbələklərinə həsr
edilmiş dəyərli əsərlərdən biri sayılır.
Azərbaycanda bu göbələklərin ekologiyası, fiziologiyası
və biokimyasını prof. X.Q. Qəmbərov tədqiq etmişdir.
Boletus cinsi çox az yaşayan ətli meyvə cismi ilə xarakterizə
olunur. O, papaq və ayaqcıqdan ibarətdir. Papağın alt hissəsində
yerləşən himenoforlar boru şəklində olub, mitselilərdən asanlıqla
ayrılır. Ali nümayəndələrdə cavan himenaforları mühafizə edən
örtük olur. Boletusun əksər növləri torpaq saprofitləridir, bəziləri
isə ali bitkilərlə mikoriza əmələ gətirir.
Dostları ilə paylaş: