Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


Hidnaseakimilər fəsiləsi – Hydnaceae



Yüklə 1,94 Mb.
səhifə201/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   244
Hidnaseakimilər fəsiləsi – Hydnaceae 

 

Buraya daxil olan nümayəndələrin himenoforları ziyilvarı 

və ya dişcikşəkillidir. Meyvə cisimlərinin forma və quruluşu 

 

  olduqca müxtəlifdir. 



Əksər nümayəndələri ağac bitkilərində saprofit və ya pa-

razit həyat tərzi keçirir, az bir qismi isə torpaqda yayılmışdır. 



Hydnum  cinsinin bəzi növləri, məsələn,  H.repandum  cavan 

dövründə yeməli göbələklərdən sayılır. Parazit növləri isə alma 

və palıd oduncağını xarab edir. 

 

Qov göbələkləri fəsiləsi – Polyporaceae 



 

Qov göbələklərinin 2500-ə qədər növü məlumdur. Himeno-

forları boruşəkillidir. Daxili hissəsi himeni qatı ilə örtülmüşdür. 

Lakin bəzi növlərində himenoforlar budaqlanan qatlar və ya anas-

tomozlaşan lövhə şəklindədir. Burada müxtəlif quruluşlu himeno-

forlar arasında keçid formalar nəzərə çarpır. Əksər nümayəndələr 

çox böyük meyvə cisminə malikdir. 

Meyvə cismi at dırnağına bənzər, lövhəşəkilli, substrata 

yapışan və ya mərkəzində ayaqcığı olan papaqşəkillidir. Onlar 

müxtəlif bərklikdə, ətli, dəri kimi, mantarlaşmış və ağaclaşmış 

olurlar. Birillik və çoxillik olurlar. Göbələyin papağını kəsdikdə 

onun yaşını təyin etmək mümkündür. 

Yetişmiş sporlar borunun mərkəzinə tullanır, sonra aşağı 

düşərək hava cərəyanı vasitəsilə yayılırlar. Onların əksəriyyəti 

ağaclar üzərində saprofit və ya parazit həyat tərzi keçirir. Pa-

razit formaları müxtəlif növ çürümələr törədir. Tikintidə 

işlədilən ağacların  əksəriyyəti bu fəsilənin nümayəndələri 

tərəfindən çürüdülür. Qov göbələklərinin bir sıra növləri, 

xüsusilə boletus (Boletus) cinsinə aid olanlar meşə tor-

paqlarında geniş yayılaraq ağac bitkilərinin kökləri ilə mikoriza 

əmələ gətirir. 

Merulius cinsinin ev göbələyi (Merullius lacrimans) növü 

tikintidə  işlədilən ağac materiallarının qəddar düşmənidir. 

Göbəklək mitseliləri oduncağın daxilində yerləşir və  qidalanır, 

üzərində isə  əvvəlcə sarımtıl və ya qırmızımtıl damlalı  ağ 

pambığabənzər mitseli yığını  əmələ  gətirir. Sonralar mitselilər 




 

  qalın, boz rəngli örtük təşkil edirlər. Eyni zamanda göbələk  eni 

7 mm, uzunluğu bir neçə metr olan boz rəngli qayışlar  əmələ 

gətirir. Burada nazik qabıqlı mitselilərdən əlavə qayışlara mex-

aniki möhkəmlik verən qalın qabıqlı hiflərə  də  təsadüf edilir. 

Eyni zamanda arakəsmələri olmayan və göbələyi su ilə  təmin 

edən uzun hüceyrələr də müşahidə edilir ki, nəticədə göbələk 

əlverişsiz substrat üzərində belə inkişaf edə bilir. O, əsasən di-

var üzərində uzanaraq bir mərtəbədən digərinə keçir, əlverişli 

şərait yarandıqda isə yenidən inkişaf edərək mitseli əmələ 

gətirir. Ev göbələyində meyvə cismi çox nadir hallarda yaranır 

və substrat üzərində sərilmiş vəziyyətdə olur, əvvəlcə ağ, sonra 

isə 0,5 m-ə  qədər diametri olan qonur sarı  rəngli lövhə  əmələ 

gətirir. Göbələyin ifraz etdiyi fermentlər oduncağın hüceyrə 

divarını uzununa və eninə parçalayır. Parçalanmış hissələr ovu-

lub toz şəklinə keçir. Quruluşuna görə  əvvəlki növdən 

fərqlənən və həmçinin ev göbələyi sayılan digər göbələklər də 

vardır ki, onlar tikintidə işlədilən ağac materialına böyük ziyan 

vurur. Göbələk vaxtında aşkar olunub ona qarşı mübarizə apa-

rılmadıqda, hətta evlərin uçmasına səbəb olur. 

Ev göbələkləri əsasən sporlar və mitseli vasitəsilə yayılır. 

Onların inkişafı üçün az (28-60%) miqdarda rütubət tələb ol-

unur. 

Fomes (Fomes) qov göbələklərinin ən geniş yayılmış cin-



sidir. O, çoxillik möhkəm meyvə cisminin olması ilə fərqlənir. 

Himenoforları boru şəklində olub, hər il yeni qat əmələ gətirir. 

Göbələyin mitseliləri ağacların gövdələri üzərində fakultativ 

parazit həyat tərzi keçirir və burada at dırnağına bənzər, yan 

tərəfləri ilə yapışan meyvə cismi əmələ  gətirir. Həqiqi qov 

göbələyinə  (F.fomentarius) quru və ya zəif ağac bitkilərinin 

gövdələrində  təsadüf olunur, at dırnağına bənzər açıq-boz 

rəngli, qabıqlı meyvə cismi əmələ gətirir. Meyvə cisminin ətli 

hissəsi sarımtıl-mixəyi rəngli yumşaq və quru dəriyə bənzəyir, 

ondan qanaxmanı saxlayan dərman və kibritin əvəzedicisi kimi 

istifadə edilir (şəkil 55). 

 

 



Poliporus (Polyporus) cinsi əvvəlcə yumşaq, sonra isə 

bərkiyən birillik meyvə cismi əmələ  gətirir. Müxtəlif ağac 

bitkiləri üzərində saprofit və parazit halda yaşayır. Cüzi bir 

qismi yeməli göbələklər sayılır. Bəziləri isə  çəkisi 20 kq-a 

çatan qida məqsədilə istifadə olunan böyük yemiş boyda meyvə 

cismi verir. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin