Şəkil 56. Papaqlı göbələklərdə lövhələrin birləşmə tipləri (A – sxem, B
-foto): 1 – kənarları ilə bədənə birləşməsi; 2 – dişciklərlə
birləşməsi; 3-4 – sərbəst lövhələr, 5 – aşağı enən.
Şampinion göbələklər fəsiləsi – Agaricaceae
Fəsilənin 13 cinsi vardır. Lövhələr sərbəstdir, çox nadir
halda bir-biri ilə birləşirlər. Fəsilənin nümayəndələri
özünəməxsus örtüyə malikdirlər. Ayaqcıqda isə örtük halqavarı
formadadır. Sporlar ağ və qara rəngdə olur. Meyvə cisimləri
böyükdür, ayaqcığın uzunluğu 30, papaqcığın diametri isə 25
sm-ə bərabərdir.
Şampinionların geniş yayılmış cinslərindən Agaricus və
Macrolepiota-nı göstərmək olar. Bir çox ölkələrdə süni yolla
A.bisporus növü becərilir. Hazırda bütün dünya qarşısında
duran ən vacib məsələ zülal problemidir.
Artıq dünyanın 70 ölkəsində süni yolla yeməli göbələklər
becərilir. 1992-ci ilin məlumatına əsasən dünyada 1 milyon
tondan çox göbələk istehsal olunur. Tərkibindəki zülalın
miqdarı və keyfiyyətinə görə göbələklər tərəvəzləri qabaqlayır.
Alimlər müəyyən etmişlər ki, süni yolla yetişdirilən şampinion
göbələyinin mitselilərində zülalın miqdarı 50 %-dən çoxdur,
onun 90%-i orqanizm tərəfindən mənimsənilir.
Göbələklərin tərkibində yüksək keyfiyyətli zülal,
vitaminlər, mineral maddələr və digər qida məhsulları vardır.
Yüksək keyfiyyətli qida kalorisi müasir tələbləri ödəyir. Odur
ki, şampinionların müasir sənaye istehsalı ilə məşğul olmaq
sərfəlidir. Heyvanları müasir tələblərə uyğun şəkildə bəslədikdə
1 il 1 ha sahədən 63,5 t zülal əldə edilir. Eyni sahədən 1 il
ərzində 567 t quru göbələk zülalı almaq mümkündür.
Azərbaycanda papaqlı göbələklərin növ tərkibi, yayılma
və ekologiyası A.S. Sadıxov tərəfindən öyrənilir.
Dostları ilə paylaş: |