şlyapa və düz duran formadadır. Bazidi 2, nadir hallarda 4
hüceyrəli olur. Steriqmalar uzunsov və ya silindrik formalıdır-
lar. Bu sıraya 2 fəsilə aiddir.
Teliobasidiomycetes sinfi
Bu sinifə aid olan göbələk növləri ali bitkilər üzərində
obliqat parazitdirlər. Bazidi sakit dövr
keçirən teliospordan əmələ
gəlir ki, bu da möhkəm xarici membrana malikdir. Xarici mem-
bran əsasən xitindən təşkil olunmuşdur. Sinfin nümayəndələri
obliqat parazit həyat tərzi keçirdiklərinə görə meyvə cismindən
məhrumdurlar. Sinif iki sıranı özündə cəmləyir: Ustilaginales
(sürmə göbələkləri) və Uredinales (pas göbələkləri).
Dostları ilə paylaş: