Buğdanın tozlu sürməsi – Ustilago tritici
İnkişaf yolu əvvəlkilərdən fərqlənir. Taxıl bitkiləri
çiçəkləyən dövrdə göbələyin teliosporları dişicik ağızcığına dü-
şür, inkişaf edərək dördhüceyrəli bazidi əmələ gətirir. Onda
xüsusi bazidiospor əmələ gəlmir. Lakin bazidi hüceyrələri
cütləşərək diploid mitselilər verir və uzanaraq dişiciyin yumur-
talığına çatırlar. Çiçəyin zədələnməsi dənin əmələ gəlməsinə
mane olmur və xarici görünüşcə sağlam dən yetişir, lakin onun
epidermisi daxilində göbələyin mitselisi yerləşir. Xəstə dəndən
toxum üçün istifadə olunduqda normal böyüyür, lakin onun
toxumasında, xüsusilə inkişaf nöqtəsindəki göbələk mitseliləri
sünbül açan dövrdə güclü inkişaf edərək çoxlu miqdarda telio-
sporlar əmələ gətirirlər (şəkil 60).
Şəkil 60. Buğdanın tozlu sürməsi; 1 – 2 çiçəklənən bitkidə
sporların yayılması; 3 – çiçək dişiciyinin ağzında olan
sporlar; 4 – toxumun rüşeyminə keçən göbələk cücərtisi; 5 –
dənin yoluxması; 6 – yoluxmuş dənin kəsiyi; 7 – mitselinin
cücərtisi.
Sünbülün dayaq oxundan başqa bütün hissələr tələf olur
və qara rəngli teliospor yığını əmələ gəlir. Teliosporlar külək
vasitəsilə çiçəkləyən sağlam bitkilərə keçir və xəstəlik
göstərilən qayda üzrə yenidən əmələ gəlir.
Dostları ilə paylaş: |