Qarğıdalının qovluqlu sürməsi – Ustilago zeae mayis
Bu xəstəliyə qargıdalının bütün yerüstü orqanlarında rast
gəlinir. Qovuqlu sürmə yaşlı bitkilərin cavan toxumasında, zərif
epidermisli hissələrdə müşahidə olunur. Sürmə sporları bitki
üzərinə düşür, inkişaf edərək dördhüceyrəli bazidi əmələ gətirir.
Burada yetişmiş bazidiosporlar tumurcuqlanaraq zəncir təşkil
edir. Tumurcuqlarla çoxalma torpaq üzərində getdikdə
tumurcuqlanan hüceyrələr külək vasitəsilə sağlam bitkilər
üzərinə düşür və darının sürmə göbələyində olduğu kimi
diploid mitselilərlə bitkini xəstələndirir. Toxumaya daxil olmuş
mitselilər müəyyən hissədə yayılır və onu qıcıqlandırır, sağlam
hüceyrələrdən buraya qida maddələri, xüsusilə şəkər axır.
Mitselilər 1-2 həftədən sonra sürətlə inkişaf etməyə başlayırlar,
nəticədə toxuma şişir və qovuqlar yaranır. Onlarda çoxlu
miqdarda teliospor yetişir. Qovluqların üzəri xeyli müddət
nazik epidermis qatı ilə örtülür, sonra isə partlayır və teliospor
xaric olur.
Taxıl bitkilərinin sürmə xəstəliklərindən buğdanın bərk
sürməsi daha geniş yayılmışdır. Bərk sürmənin teliosporları
nisbətən böyükdür, səthi torşəkillidir. Dənəbənzər teliospor
yığınları əzildikdə duzlu balıq qoxusu verir. Buğda döyülərkən
teliospor yığınları əzilir və sağlam dənin üzərinə yapışır. Bu
dənlərdən toxum kimi istifadə olunduqda teliospor inkişaf edib
bitkini xəstələndirir.
Telletianın sürmə sporunun inkişafı Ustilaqo cinsindən
fərqlənir. Onda hüceyrələrə ayrılmayan və zirvəsində 8 ədəd
sapşəkilli bazidiospor yetişən boruşəkilli çıxıntı yaranır.
Bazidiosporlar bazidi üzərində cüt-cüt birləşir və H hərfinə
bənzər hüceyrələr əmələ gətirir. cütləşmə zamanı bir
bazidiospor nüvəsi digərinə daxil olur, beləliklə də ikinüvəli
diploid mitseli əmələ gəlir. Sonuncu isə cücərən dəni
xəstələndirir.
Dostları ilə paylaş: |