Sürmə göbələkləri sırası – Ustilaginales
Sörmə göbələklərinin mitseliləri sahib bitkinin toxuma-
ları arasında yayılır və haustorisi vasitəsilə bitkinin sintez etdiyi
hazır üzvi maddələri mənimsəyir. Mitseli ikinüvəlidir (dikari-
otikdir). Göbələyin teliosporları inkişaf edib dörd hüceyrəli,
bəzən isə bir hüceyrəli bazidi əmələ gətirir.
Sürmə göbələklərinə çiçəkli ali bitkilər üzərində parazit
həyat tərzi keçirən nümayəndələr daxildir. Qeyd etməliyik ki, bu
göbələklər əsasən taxıllar fəsiləsinə aid olan bitkilər üzərində
obliqat parazit həyat tərzi keçirirlər. Onlar taxıl bitkilərinin sünbül
və gövdələrində sürmə xəstəliyi törədirlər. Sünbüllərdə dən
əvəzinə qara toz yığını əmələ gəlir. Bitkinin üzəri həmin toz yığını
ilə örtülür. Ona görə də bu xəstəliyi sürmə xəstəliyi adlandırırlar.
Toz yığını göbələyin sükunət dövrü keçirən teliosporları və ya
sürmə sporlarından ibarətdir. Toz quruluşlu sürmə sporları
asanlıqla yayılır. Bu tip tozlu sürmə adlanır.
Digər tipdə isə sporlar bir-birilə yapışır. Ona bərk sürmə
və ya daş sürmə deyilir. Sürmə göbələkləri taxıl bitkiləri
üzərində daha geniş yayılmışdır. Bunlardan aşağıdakıları
göstərmək olar.
Dostları ilə paylaş: |