Buğdanın bərk sürməsi – Tilletia tritici
Səpin zamanı dənlə bərabər torpağa düşmüş sürmə sporları
inkişaf edərək dördhüceyrəli bazidilər əmələ gətirir. Onların
üzərində teliosporlar inkişaf edir. Bəzən teliosporlar tökülür,
cütləşir və ya tumurcuqlanır, daha sonra yaranmış cavan
hüceyrələr. Bu hüceyrələrdə heterotallizm müşahidə olunur.
Əmələ gəlmiş ikinüvəli hüceyrə inkişaf edərək ikinüvəli diploid
mitseli verir. Mitselilər cavan buğda cücərtilərini deşərək daxilinə
keçir, gövdənin inkişaf nöqtəsinə çatan kimi uzanır. Beləliklə,
onlar gövdənin daxilində inkişaf edərək düyündən və dü-
yünaralarından keçən mitselilər əmələ gətirir. Xəstəliyə tutulmuş
bitki xarici görünüşü etibarilə sağlam bitkilərdən fərqlənmir. Bir
neçə müddətdən sonra sünbül əmələ gələrkən mitselilər bitki
toxumasındakı ehtiyat qida maddələri hesabına fəal inkişaf edərək
tünd qabıqlı kiçik hüceyrələrə – sürmə sporlarına və ya teliospor-
lara bölünür. Xəstə bitki sünbül açarkən onun dəni xaricdən nazik
qabıqla örtülür, daxilində isə toz halında teliospor kütləsi əmələ
gəlir. Teliosporlar asanlıqla partlayır və sürmə sporları məhsul
döyülərkən sağlam dən üzərinə yapışır. Belə dəndən toxum kimi
istifadə olunduqda bitki yenidən xəstələnir. Darı sürməsi, çovdarın
gövdə sürməsi və s. bu yolla inkişaf edir (şəkil 59).
Şəkil 59. Buğdanın bərk sürməsi: 1 – yoluxmuş buğda sünbü-
lü; 2 – sporlarla dolu dən; 3 – sporların yayılması; 4 – buğda
dəni üzərində olan sporlar; 5 – sporun yetişməsi; 6 – göbələk
cücərtisinin buğda cücərtisinə keçməsi.
Dostları ilə paylaş: |