Konidinin inkişafına görə natamam göbələklər iki qrupa
bölünürlər. Mitselinin şəkil dəyişməsi nəticəsində artrospor və
alevrispor əmələ gəlir ki, bu da konidi və ya tallokonidi adlanır.
Beləliklə, belə konidi bütöv hüceyrədən inkişaf edir. Artrospor
və ya artrokonidi konididaşıyanın və ya hifin üzərində əmələ
gəlir.
Alevriospor konidiogen hüceyrələrin arakəsmələrə
ayrılmış bir hissəsindən əmələ gəlir ki, bu da inkişaf edib yetkin
konidi əmələ gətirir. bunlar konididaşıyanın və hifin
nəhayətində tək-tək əmələ gəlir.
İniknci tip konidi isə blastik üsulla əmələ gəlir. Bu da
blastospor inkişafa başlayan konidinin böyüyüb konidiogen
hüceyrədən ayrılması və blastospor əmələ gəlməsi ilə
xarakterizə olunur. Birinci tip konididən fərqli olaraq burada
konidi hüceyrənin bir hissəsindən inkişaf edir. Konidiogen hü-
ceyrənin hüceyrə divarı konidi hüceyrəsinin hüceyrə divarının
əmələ gəlməsində iştirak edir.
Natamam göbələklərin konidiləri birhüceyrəli, bəzən isə
bir neçə arakəsmələri olur. Lakin konidilərdə uzununa da
arakəsmələrə təsadüf olunur. Konidilər adətən kürəvi, dairəvi,
sapvarı, ulduzvarı və spiral formalı olur. Konidilər açıq, tünd,
qonur və qəhvəyi rəngdə olurlar.
Konidilərin əksəriyyətinin üstü quru olub hava cərəyanı
vasitəsilə yayılır. Lakin konidilərdən üzəri selikli olanları da
vardır ki, onlar su, kiçik heyvanlar və həşaratlarla yayılırlar. Bu
şöbənin nümayəndələrində konidilərin azad olunması passivdir.
Natamam göbələklər yalnız qeyri-cinsi yolla çoxalır. Bu
göbələklərin mitseliləri əksərən heterokariotikdir, hansı ki, bu
mitselilər genetik cəhətcə müxtəlif nüvələr daşıyır.
Heterokariot mitselilərə Oomisetlərdə, Ziqomiset və
Askomisetlərdə rast gəlmək mümkündür. O, qeyri-müəyyən
göbələklərdə dəyişkənliyin əsas mexanizmini göstərir.
Mitselilərin heterokariot inkişafları zamanı, onun bu və ya digər
nüvələri mühitin dəyişilməsindən asılı olaraq dəyişə bilir və
dəyişkənliyə uyğun da göbələkdə adaptasiya əmələ gəlir.
Mühitdən asılı olaraq nüvələrin sayının dəyişməsini penisillium
və fuzarium göbələklərində görmək olur.
Qeyri-müəyyən göbələklərdə heterokariotik mitselilərin
əmələ gəlməsi bir neçə yolla gedir. Bəzi heterokariot mitselilər
konidi əmələ gətirir ki, həmin konidi də genetik cəhətcə
müxtəlif nüvələr vardır. Bu konidilər də yenidən inkişaf edib
heterokariot mitseli əmələ gətirir.
Bəzi hallarda mitselidə genetik cəhətcə müxtəlif nüvələrin
sayı, dəyişkənlik və adaptasiyadan asılı olmur. Lakin işarələrin
rekombinasiyası isə başqa qrup göbələklərdə müşahidə olunur.
Qeyri-müəyyən göbələklərdə rekombinasiya meyoz
zamanı deyil, mitoz nəticəsində əmələ gəlir. Çox nadir hallarda
heterokarion mitseli diploid nüvəli olur. Xromosom itməsi
nəticəsində belə nüvələr haploid olur. Rekombinasiya
prosesinin belə tipi paraseksual proses adlanır.
Hal-hazırda paraseksual proses laboratoriya şəraitində bir
çox qeyri-müəyyən göbələklərdə aşkar edilib. Lakin
paraseksual prosesin təbii şəraitdə yayılması və onun rolu
hələlik öyrənilməmişdir.
Natamam göbələklər təbiətdə geniş yayılmışlar. Bunların
bir çox nümayəndələri torpaqda saprotrof həyat tərzi keçirirlər.
Bir çoxları bitki qalıqları üzərində yaşayırlar. Bu qrup
göbələklər üzvü qalıqların parçalanmasında və torpaq
əmələgəlmə prosesində yaxından iştirak edir. Bəzi natamam
göbələklər heyvanlarda və insanlarda bir sıra xoşagəlməz
xəstəliklər törədir. Bir çoxları isə toksin sintez edir və
insanlarda zəhərlənmələr verir. Bir qrup antibiotik maddələr
sintez etmək qabiliyyətinə malikdir. Bu göbələklərin bəziləri
həşaratlar üzərində parazitlik edir. Odur ki, həmin
göbələklərdən bioloji mübarizə üsulu kimi də istifadə etmək
olar. Bunlar içərisində çiçəkli bitkilər üzərində parazit
yaşayanları da vardır.
Bu şöbənin təsnifatı keçən əsrin sonunda R.A. Sakkardo
tərəfindən verilmişdir. Bunun süni olmasına baxmayaraq, yenə
də bu təsnifatdan istifadə edilir. Müəllif konidi aparatının
quruluşuna görə bu şöbəni Hifomisetlər, Melankonilər və
Siferopsidilər sırasına bölüb. Bu gün dünya mikoloqları
konididaşıyanların qruplaşmasına və biologiyasına görə qeyri-
müəyyən göbələklər şöbəsini 2 sinfə bölürlər: Hifomisetlər və
Koelomisetlər sinfi.
Dostları ilə paylaş: