Hifomisetlər sinfi – Hyphomycetes
Bu sinfin nümayəndələrində konididaşıyanlar mitseli
üzərində tək-tək və qrup halında toplanır.
Hifomisetlər sırası – Hyphomecetales
Qeyri-müəyyən göbələklərin bu sırasında mitseli üzərində
konididaşıyanlar tək-tək otururlar. Konididaşıyanların
nəhayətində tək və çoxhüceyrəli konidilər oturur.
Mutsedinalar fəsiləsi – Mucedinaceae
Bu fəsilədə mitseli üzərində konididaşıyanlar tək-tək
oturmaları ilə xarakterizə olunurlar. Bura aid nümayəndələr
rəngsiz olurlar. Bu fəsilənin ən geniş yayılmış cinslərindən biri
Ovulariadır. Cinsin mitseliləri endofitdir, bitkilərin toxumaları
daxilinə keçə bilirlər. Konididaşıyanları sadədir, nəhayətlərində
təkhüceyrəli konidilər oturur. Konidilər müxtəlif formalı və
rəngsiz olurlar.
Bura aid olan yırtıcı göbələklər N.Ə.Mehdiyeva
tərəfindən (1955 – 1990) hərtərəfli öyrənilmişdir.
Fəsilənin geniş yayılmış cinslərindən biri Penicilliumdur.
Bu cins H.S.Qasımova (1945 – 1950) tərəfindən ətraflı öy-
rənilmişdir.
Penisillium cinsinin konididaşıyanları çoxhüceyrəlidir.
Konididaşıyanlar mitseli üzərində
tək-tək, bir sıra
nümayəndələri isə mitseli üzərində koremiya əmələ gətirir. O,
uc hissəsilə bir neçə dəfə budaqlanır və budaqların nəhayəti
steriqmalar əmələ gətirir. Göbələyin konididaşıyanının nəhayəti
əl ayasına bənzər forma alır. Steriqmalar üzərində bazipetal
konidi zənciri əmələ gəlir. Penisillium cinsinin bəzi növlərində
kisə dövrü məlum olduğuna görə həmin növlər kisəli
göbələklər sinfinə aid edilir. Lakin bu cinsin bir çox növlərində
kisə dövrü məlum olmadığına görə qeyri-müəyyən göbələkləri
hifomisetlər sırasına aid edirlər.
Penisillium cinsinin bəzi növləri sitrus bitkilərinin mey-
vələrini cürüdür. Respublikamızda nar meyvəsini cürüdən və
ona böyük ziyan vuran göbələklərdən biri də penisilliumdur,
həmin göbələk təsirindən nar meyvəsi keyfiyyətsiz və yararsız
hala düşür. Meyvələri cürüdən penisil göbələklərinə misal
Penicillium ligitatum bə Penicillium italicum növlərini gös-
tərmək olar. Hazırda Penicillium chrysogenum və başqa növ-
lərdən təbabətdə geniş istifadə olunan penisillin antibiotiki
alınır.
Hifomisetlərin ikinci geniş yayılmış cinsi Aspergillusdur
(Aspergillus). Aspergillusun konididaşıyanları budaqlanmır.
Onun uc hissəsi qovuq şəklində şişir və üzərində silindrik for-
malı bazipetal konidi zənciri əmələ gəlir. Bu cinsin ən geniş
yayılmış növü Aspergillus niger-dir. O, saprofit torpaq göbələyi
olub ərzaq məhsulları və digər materiallar üzərində qara rəngli
örtük əmələ gətirir. Bu göbələkdən mikrobiologiya sənayesində
geniş istifadə edilir və ondan limon turşusu, amilaza və pro-
teaza kimi fermentlər alınır.
Bu sıranın bitkilərdə xəstəlik törədən cinslərdən botritis,
vertisillium, kladosporium, serkospora, helmintosporium, alter-
naria, fuzarium, stemfilum və başqalarını misal göstərmək olar.
Botritis (Botrytis) cinsi bitkilərin vegetativ orqanlarında boz
çürümə əmələ gətirir. Bu zaman göbələk boz rəngli yığın əmələ
gətirir. Bu yığın göbələyin mitselisindən və təkhüceyrəli
konidisindən ibarətdir. Bu cinsin Botrytis cinerea növü üzüm
bitkisinə böyük ziyan vurur və onun məhsulunu çürüdür (şəkil
64).
Dostları ilə paylaş: |