Koelomisetlər sinfi – Coelomycetes
Bu sinfin xarakterik nişanəsi konididaşıyanların loja və
piknididə toplanmasıdır.
Atservulalar sırası – Acervulales
Bu sırada konididaşıyanlar lojada toplanır.
Melankonialar fəsiləsi – Melanconiaceae
Bu fəsilənin nümayəndələrində konididaşıyanlar mitseli
hifi üzərində sıx təbəqə əmələ gətirirlər ki, bu da loja adlanır.
Sıranın nümayəndələri təbiətdə bitki qalıqları üzərində
saprofit və yaşıl bitkilər üzərində isə parazit həyat tərzi sürürlər,
hal-hazırda bu sıranın 120 cinsi və 1000-dən çox növü
məlumdur. Buraya daxil olan nümayəndələr bitkilərin vegetativ
orqanları üzərində antroknoz, müxtəlif rəngli ləkələr əmələ
gətirirlər. Antroknoz zamanı yarpaq və meyvə üzərində təkcə
ləkə deyil, dərin yara əmələ gəlir. Belə yara gövdədə əmələ
gələn zaman qida maddələrinin hərəkəti pozulur.
Bu sıranın qleosporium (Gleosporium) və kolletotrixum
(Colletotrichum) cinsləri ali bitkilər üzərində parazit həyat
sürürlər. Bu cinsin xarakterik nişanəsi sahib bitkilərin vegetativ
orqanları üzərində ləkə və yara əmələ gətirmələridir. Sporlar
rəngsiz və təkhüceyrəlidir (şəkil 66).
Dostları ilə paylaş: |