GÖBƏLƏKLƏRİN ŞÖBƏLƏRİ ARASINDA
FİLOGENETİK ƏLAQƏLƏR
Göbələklər polifletik mənşəlidir. Göbələk şöbələri
müxtəlif rəngsiz qamçılılardan və yaxud qamçılarını itirmiş
amöbvarı flagellatalardan əmələ gəlmişlər. Lakin bəzi qrup
göbələklərin yosunlardan mənşə alması nəzəriyyəsi də bu gün
hökm sürür. Göbələklərin qədim qazıntı qalıqlarının az olması
onların mənşəyi məsələsini çətinləşdirir.
Hal-hazırda flagellata adı altında qamçılı sadə
orqanizmlər durur, bunlar (rəngli və ya rəngsiz ola bilirlər)
heyvanlarla bitkilər arasında keçid təşkil edir. Bu qrupun böyük
təkamül əhəmiyyəti vardır, ona görə ki, bitki və heyvanlar öz
mənşələrini bunlardan almışlar, güman olunur ki, onlardan
göbələklər ayrılmışdır. Ancaq qrup böyük taksonomik
əhəmiyyət kəsb etmir. Lakin onun böyük filogenetik
əhəmiyyətini nəzərə alıb, onun latın adını saxlayırıq.
Müasir qamçılı monadlarla müqayisədə göbələklərin
keyfiyyətcə inanılmış əlavə nişanələrindən biri qamçı aparatıdır.
Qamçı aparatının quruluşu xitridiomisetlər şöbəsi müasir
Uniflagellataya yaxınlaşdırır. İki müxtəlifqamçılı Oomisetes
şöbəsi isə ikiqamçılı monat Biflogellataya yaxındır. Hypho-
chytridiomycetes sinfinin mənşəyi məsələsi oomisetlə sıx bağ-
lıdır, lakin təkamül prosesində bunların arxaya yaxın hamar
qamçıları itmişdir. Odur ki, bunlara Oomisetdən ayrılmış kiçik
bir budaq kimi baxılır.
Hal-hazırda amöbvarı flagellatalar qrupu yaşayır ki,
bunlar vegetativ inkişaf zamanı qamçılarını itirmişlər,
Ziqomisetlər, Askomisetlər və Bazidiomisetlər şöbəsinin nüma-
yəndələrindən mənşə aldıqları güman olunur.
Göbələklərin hərəkətli mərhələsinin və müasir flagella-
tanın müqayisəli analizi göstərir ki, göbələklər flagellatadan
mənşə almışlar və odur ki, onları sərbəst filogenetik xətt olan
göbələk aləminə aid etmək olar.
Göbələklərin analitik biokimyəvi təhlilləri göstərir ki,
onlar arasında iki təkamül xətti mövcuddur. Bir tərəfdə Oo-
misetes şöbəsinin göbələkləri durur ki, bunlarda lizin sintezi
bitkilərdə olduğu kimi diominopimelin turşusu vasitəsilə olur,
hüceyrə divarında isə sellüloza müşahidə olunur.
Xitridiomisetlər, ziqomisetlər, askomisetlər,
bazidiomisetlər və natamam göbələklərdə lizin sintezi
bitkilərdə məlum olmayan özünəməxsus yolla aminoadipin tur-
şusu vasitəsilə gedir. Hüceyrə divarında xitin vardır.
Bu nişanələrə görə təkqamçılı göbələklər qamçısızlarla bir
sırada dururlar. İkiqamçılı göbələklər sinfi
hifoxitridiomisetlərlə bir sırada dururlar. Beləliklə, göbələklərin
morfoloji və biokimyəvi nişanələri göstərir ki, mənşələrinə görə
iki təkamül xətti hökm sürür. Bir xətdə Omycetes və Hypho-
chytridiomycetes şöbəsi durur ki, hansı ki bunlar öz mənşələrini
rəngsiz ikiqamçılı flagellatalardan və ya bəzi mikoloqların
fikrinə görə qızılı yosunlardan almışlar. Bunların başqa göbələk
qrupları ilə heç bir filogenetik əlaqəsi yoxdur. İkinci xətt isə
Chytridiomycetes, Zygomycetes, Ascomycetes, Basidiomycetes
və Deuteromycetes şöbəsinin nümayəndələrini özündə
birləşdirir. Xitridiomiset göbələklər bədənlərinin vegetativ qu-
ruluşlarına və qamçı aparatının quruluşuna görə təkqamçılı
flagellatalardan mənşə almışlar.
İnkişaf tsikli dövründə hərəkətli olmayan göbələklər
haqqında nə demək olar? Bunların mənşəyi haqqında müxtəlif
mülahizələr vardır.
Hüceyrə divarının ximizmi və başqa biokimyəvi
xüsusiyyətləri yuxarıdakı şöbələri xitridiomisetlərə yaxınlaş-
dırır. İlk növbədə ziqomisetlər, askomisetlər və bazidiomisetlər
arasında keçid qrup kimi baxılır. Lakin ziqomisetlərin hüceyrə
divarının tərkibinə (xitinlə bərabər xitozan da vardır) görə
askomisetlər və bazidiomisetlər uyğun gəlməyib xüsusi yer tu-
tur.
Hal-hazırda askomisetlər və bazidiomisetlər filigenetik
cəhətcə bir-birinə birləşir. Bu qruplar öz mənşələrini
qamçılarını itirmiş ən qədim xitridilərdən və yaxud
ziqomisetlərdən almışlar. Bazidili göbələklər mənşələrinə görə
kisəli göbələklərin ayrı-ayrı qrupları ilə və yaxud kisəlilə- rin
sadə quruluşlu nümayəndələri ilə sıx bağlıdır.
Qeyri-müəyyən göbələklər mənşələrinə görə heterogen
göbələklər qrupudur. Təkamül prosesində cinsi çoxalmalarını
itirmiş askomisetlər və bazidiomisetlər göbələkləri ilə əlaqəsini
itirmişdir.
Quruya çıxmaqla əlaqədar olaraq göbələklərin hər iki
qrupunda hərəkətli mərhələ itmiş və bununla əlaqədar yeni uy-
ğunlaşmalar əmələ gəlmişdir.
Uyğunlaşmaların başlıca səbəbi quruya çıxmaqla əlaqədar
olaraq sporlarla çoxalmasıdır. Bu müxtəlif tipdə spor
əmələgəlmə və yaxud bazidili göbələklərdə təkamül nəticəsində
müxtəlif meyvə bədənlərinin yaranmasıdır. Odur ki, bu xətt
göbələklərdə çox sayda növ müxtəlifliyinin yaranmasına səbəb
olmuşdur. İkinci xətt isə qidalanma ilə bağlıdır (saprofit və pa-
razit). Bu da göbələklərdə möhkəm fermentativ aparatın inkiş-
afı ilə əlaqədar olaraq yaranan biokimyəvi təkamüldür.
Dostları ilə paylaş: |