GÖBƏLƏKLƏRİN VƏ GÖBƏLƏYƏBƏNZƏR
ORQANİZMLƏRİN EKOLOJİ QRUPLARI
Göbələklər üçün heterotrof qidalanma əsas xarakterik
xüsusiyyətlərdəndir. Göbələkləri ekoloji qruplara bölərkən
onların qidalanma yerləri hansı mühitdə yaşayır və yaşadıqları
mühitdə necə qidalanmaları əsas şərt hesab edilir. Göbələklər
yaşadıqları mühitdə saprotrof, biotrof (parazit) və simbioz qi-
dalanırlar.
Torpaqda bütün şöbələrə aid göbələk növlərinə rast
gəlmək mümkündür. Onların torpaqda yaşamaları iki qrupa
bölünür. Birinci qrupda daimi torpaqda yaşayanlardır. İkinci
qrupa isə bitki və heyvani qalıqlarla torpağa düşənlərdir ki,
bunlar daimi deyil, fəsildən asılı olaraq yaşayırlar. Torpaqda
daimi yaşayanlardan bitki köklərində mikoriza əmələ gətirənlər
də çoxdur. Mikoriza əmələ gətirənlər əsasən Bazidiomikota və
Ziqomikota şöbələrinin nümayədələridir. Mikorizalar endotrof
(kökün daxilində), ektotrof (kökün üzərində) və ekto-endotrof
olurlar. Ekto-endotrof göbələklər kök üstündə və kök daxilində
rast gəldiyi üçün bu adı almışdır. Mikoriza iri gövdəli bitkilərin
kökündə müşahidə edilir. Bu mikoriza bazidiomikota şöbəsinin
himenomisetlər qrupunun nümayəndələri tərəfindən törədilir.
Kisəli göbələklərdən endo-ekto mikorizanı Tuber və Ela-
fomises cinsinin nümayəndələri palıd və cökə bitkisində
törədirlər.
Su göbələkləri – ən böyük qrupdur. Bu göbələklərin say
miqdarı hansı suda yaşamasından çox asılıdır. Belə göbələklər
ən çox saprotrof həyat tərzi keçirirlər. Onlar suda bitki və hey-
van qalıqları üzərində və habelə ölmüş bitkilər üzərinə sapro-
trof yaşayırlar. Lakin elə göbələklər vardır ki, onlar yalnız canlı
heyvanlar, yosunlar və ali bitkilər üzərində parazit həyat tərzi
keçirirlər.
Dostları ilə paylaş: |