Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə230/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   244
GÖBƏLƏKLƏRİN VƏ GÖBƏLƏYƏBƏNZƏR  

ORQANİZMLƏRİN EKOLOJİ QRUPLARI 

 

Göbələklər üçün heterotrof qidalanma əsas xarakterik 

xüsusiyyətlərdəndir. Göbələkləri ekoloji qruplara bölərkən 

onların qidalanma yerləri hansı mühitdə yaşayır və yaşadıqları 

mühitdə necə qidalanmaları  əsas  şərt hesab edilir. Göbələklər 

yaşadıqları mühitdə saprotrof, biotrof (parazit) və simbioz qi-

dalanırlar. 

Torpaqda bütün şöbələrə aid göbələk növlərinə rast 

gəlmək mümkündür. Onların torpaqda yaşamaları iki qrupa 

bölünür. Birinci qrupda daimi torpaqda yaşayanlardır.  İkinci 

qrupa isə bitki və heyvani qalıqlarla torpağa düşənlərdir ki

bunlar daimi deyil, fəsildən asılı olaraq yaşayırlar. Torpaqda  

daimi yaşayanlardan bitki köklərində mikoriza əmələ gətirənlər 

də çoxdur. Mikoriza əmələ gətirənlər əsasən Bazidiomikota və 

Ziqomikota  şöbələrinin nümayədələridir. Mikorizalar endotrof 

(kökün daxilində), ektotrof (kökün üzərində) və ekto-endotrof 

olurlar. Ekto-endotrof göbələklər kök üstündə və kök daxilində 

rast gəldiyi üçün bu adı almışdır. Mikoriza iri gövdəli bitkilərin 

kökündə müşahidə edilir. Bu mikoriza bazidiomikota şöbəsinin 

himenomisetlər qrupunun nümayəndələri tərəfindən törədilir. 

Kisəli göbələklərdən endo-ekto mikorizanı Tuber və Ela-

fomises cinsinin nümayəndələri palıd və cökə bitkisində 

törədirlər. 

Su göbələkləri – ən böyük qrupdur. Bu göbələklərin say 

miqdarı hansı suda yaşamasından çox asılıdır. Belə göbələklər 

ən çox saprotrof həyat tərzi keçirirlər. Onlar suda bitki və hey-

van qalıqları üzərində  və habelə ölmüş bitkilər üzərinə sapro-

trof yaşayırlar. Lakin elə göbələklər vardır ki, onlar yalnız canlı 

 

  heyvanlar, yosunlar və ali bitkilər üzərində parazit həyat tərzi 



keçirirlər. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin