Tərtib edəni: Metodika və biblioqrafiya şöbəsinin müdiri



Yüklə 121.41 Kb.
Pdf просмотр
tarix06.09.2017
ölçüsü121.41 Kb.

 

 

 



 

 

 

 

 

Tərtib edəni: 

 

Metodika və biblioqrafiya şöbəsinin müdiri: 



Musayeva Leyla Şamo qızı 

 

Komputer dizaynı və yığımı: 



Qasımov Allahşükür Mirməhəmməd oğlu 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

    


 

 

 



 

Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi 

Göygöl rayon MKS 

 

 

 



   Xocalı faciəsinin20-ci 

ildönümü münasibəti ilə 

 

 

 

 

 

 

 

 

 

 

“XOCALI  FACİƏSİ – 20” 

(Metodiki vəsait) 

 

 

 

 

 

 

GÖYGÖL – 2012 

 

 

 

 

İnsanlara qıymadan,

 

Güllə atəşinə tutdular.                                                                                                                    

Yaşlı, uşaq baxmadan, 

Yanar oda atdılar 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Neçə şəhidlər verdik, 

Neçə ana itirdik, 

Neçə illər gözlədik, 

Xocalı, ay Xocalı ! 

 

Könlümüz dərddən yaralı, 

Gözümüz səndən aralı, 

Qəlbimiz düşməndən dağlı, 

Xocalı, ay Xocalı ! 

 

 

 

UNUTMA!!! 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

Ədəbiyyat siyahısı: 

 

Sultanov  Z.  Xocali  faciəsi.  /Ön  sözün  müəllifi  Qulu  Xəlilli.- 



Bakı, İşıq, 1993.- 53 s. 

Şirinov  T.  “Qarabağda  qan  izləri”.-  Bakı,  “Nərgiz” 

nəşriyyatı, 2007.- 252 s. 

Fazil  Güney  (Abbasov)“Qara  qan”  (roman).-  Bakı,  “Elm  və 

həyat”,  2002.- 462 səh. 

İnqilab  Xan  Rəvan  Vəlizadə,  Hacı  Əliağa  Cəfərli.“Xocalı 

faciəsi” (Roman-faciə).- Bakı, “Çıraq” nəşriyyatı, 2003.-  348   

s. 

Səriyyə  Müslimqızı:  “Qar  üstünə  qan  yağırdı”.-  Bakı, 

Azərnəşr, 1993.- 184 s. 

         Veb səhifələr: 

www.qafqazinfo.az

 

www.president.az

 

www.anl.az

 

          

www.justiceforkhojaly.org

 

          

www.xocali.org

 

          

www.khojaly.preslib.az

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



-16- 

 

ÖN SÖZ



 

 

     Bildiyimiz  kimi  Xocalı  faciəsinin  20-ci  ildönümü  münasi-bətilə 



hörmətli prezidentimiz İlham Əliyev tərəfindən 17 yanvar 2012-ci il 

tarixində sərəncam imzalanmışdır. Xocalı faciəsinin  20-ci ildönümü 

münasibəti ilə bir sıra müəssisələrlə  yanaşı kitabxanalarda da silsilə 

tədbirlərin  keçirilməsi  nəzərdə  tutulur.  Kitabxanalarda  keçiriləcək 

tədbirlər  zamanı  kitabxanaçılar  oxucuları  marifləndirərkən  daha  çox 

torpaqlarımızın  20  faizinin  işğal  altında  olmağından,  ermənilərin 

Xocalıda törətdikləri vəhşiliklər haqqında məlumat  nəzərdə tutulur.  

     “Xocalı faciəsi-20” – adlı metodiki vəsait 5 bölmədən ibarətdir. 

I.

 

Giriş. 



II.

 

Xocalı haqqında. 



III.

 

Xocalı faciəsi.  



IV.

 

Xocalı faciəsi mətbuatın gözü ilə. 



V.

 

Xocalı faciəsi və kitabxanaların qarşısında duran vəzifələr. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



   

 

-1- 


 

I. G i r i ş 

 

     XX əsr- Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı, fəlakət və 

faciələrlə,  əzab  və  işgəncələrlə,  həm  də  hünər  və  rəşadətlə  dolu  əsr 

kimi  daxil  olmuşdur.  Bu  əsrin  demək  olar  ki  bütün  onillikləri,  qəri-

nələri qan ilə yuyulmuşdur. Az qala bu əsrə yaxın kommunist partiya-

sının qanlı faciə və fəlakətlərlə dolu keçdiyi yol kifayət deyilmiş kimi, 

təxminən  onunla  həmyaş  olan  erməni-daşnaq  liderlərinin  müxtəlif 

illərdə qəsdən, şüurlu törətdikləri vəhşiliklər də hamısı bu əsrin payına 

düşür.  Əgər  təkcə  bu  əsrdə  günahsız  axıdılan  türk-müsəlman  qanını 

bir yerə yığmaq mümükün olsaydı Xəzərə bənzər bir dərya yaranardı. 

Buna  günahsız,  silahsız  insanların  ah-naləsini,  göz  yaşlarını,  əzab-

əziyyətini,  fəryadını  da  əlavə  etmək  mümkün  olsaydı  bu  dərya  daha 

dərin, daha müsibətli görünərdi.  Xocalı qırğını XX əsrin sinəsində aç-

dığı ən dərin qanlı şırımdır. Əsrlər keçəcək yeni-yeni nəsillər gələcək, 

amma  bu  şırımın  üstünü  heç  zaman  daş-kəsək,  ot-alaq  basa 

bilməyəcək. Dünyanın hansı qitəsindən baxılsa bu şırımın rus-erməni 

cəlladlarının  əli  ilə  törədilmiş  ah-naləsi,  iniltisi  fəlakəti  aydın  görü-

nəcəkdir.  Xocalı  qırğını  Azərbaycan  xalqının  qanını  soran  bir  sıra 

vəzifəli-rəhbər şəxslərin xəyanəti, qəddarlığı, şöhrətpərəstliyi, əfəlliyi 

sayəsində  törədilmiş  ən  qara  ləkə,  irinli  yara  və  damğadır!  Bu  qırğın 

uzun illər dost-qardaş deyib torpağımızda yer verdiyimiz, çörəyimizi, 

suyumuzu  əsirgəmədiyimiz  qonşularımızın  kininin,  qəzəbinin,  nan-

korluğunun pak ifadəsidir. 

     Bəşər    tarixində  ən  amansız  müharibələrin  də  aman  verən  qa-

nunları  olub.  Həmin  qanunlara  görə  uşaqlara,  qocalara,  qadınlara, 

silahsızlara,  şikəst  adamlara  toxunulmur.  Xocalı  qırğını  belə  ali 

qanunların hamısını puç etdi. 

 

 



 

                                       

-2- 

 

                                  Onlar isə 22 nəfər. 



                                  Böyük bir orduya 

Neyləyə bilərdi? 

Silahsız, sahibsiz şəhər. 

Dünyanın gözü kor idi o gecə, 

Qulaqları kar. 

O gecə Xocalıya qan yağırdı, 

Bakıya qırmızı-qırmızı plakatlar: 

Yerdən çıxırdı, göydən yağırdı ölüm, 

Əl tətikdə göz nişangahda, 

Hər yandan heyrətdən böyümüş 

Gözlərə baxırdı ölüm. 

Kimisi köksündən vurulurdu, 

Kimisi başından. 

Zavallı bir qız 

Əsir düşməsin deyə 

Ölüm diləyirdi qardaşından 

Çırpına-çırpına ölümdən qaçıb 

Ölümə gəlib çıxırdı Xocalılar. 

Qar örtüb, buz kəfənləmiş 

Ölü əzizlərinə 

Həsədlə baxırdı Xocalılar. 

 

     I  aparıcı  -  Erməni  faşistləri  öz  havadarları  ilə  birlikdə  Xocalıda 



cəhənnəm tonqalı çatdılar. Bu tonqal illər, əsrlər keçdikcə zaman-za-

man qorlanacaq, qövr  edən  yaralarda,  kəsilmiş ayaqlarda, çıxarılmış 

gözlərdə, dağlanan sinələrdə közərəcək. 

     II aparıcı - Bu cəhənnəm tonqalından güc-bəla ilə  yaxa qurtaran-

lar erməni qatillərinin yurdlarında törətdiyi  yanğınları, qırğınları, fə-

lakətləri hər gecə yuxularında görəcək, minlərlə insanın bu dəhşətdən 

ərşə  qalxmış  naləsini  ömrü  boyu  yaddaşlarında  yaşadacaq,  yanar 

canlı məşələ dönəcəklər. 

 

-

15





                       Qaşların qarasından, 

                       Oxlandın arasından. 

                       Xocalı can üstədi 

                                  Qan sızır yarasından. 

 

     I aparıcı- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən 



böyük  faciəsi-  Xocalı  soyqırımı  baş  verdi.  Ermənilər  minillik  kini-

küdrəti ilə, türk qanına susamış xisləti ilə ovunun üstünə atıldı. 

     II  aparıcı-  Ağsaqqal  qocaların,  ağbirçək  anaların  ağ  saçı  al  qana 

boyandı,  igid  oğullarımız  erməni  qəbirləri  üstündə  qurban  kəsildi.  O 

gecə körpələrin bədənləri güllələrdən deşik-deşik edildi, süngülərə ke-

çirildi, qızlarımızın, gəlinlərimizin ləyaqəti tapdalandı. 

 

                                  O gecə ermənilər 



                                  Oda qaladılar Xocalılnı. 

                                  O gecə ermənilər 

                       Yağmaladılar Xocalını. 

                                  Güllədən keçirdilər 

                                  Qarısını, qızını, 

                                  Körpələri süngülədilər, 

                                  Cavanların diri-diri 

                                  Çıxartdılar gözünü. 

                                  Dişinə qədər silahlıydı düşmən 

                                  Hər avtomat darağında, 

                                  Hər top lüləsində 100-100 ölüm. 

                                  Xocalılar qoynunda 

                                  İsidə bilmirdi yalın əlin. 

                                  Tofiqlər, Əliflər 

                                  Son gülləsinədək, 

                                  Son damla qanına qədər 

                                  Vuruşub öldülər. 

                                  Düşmən qurulu qoşunladı, 

 

 

-14- 



Xocalı soyqırımının iyirminci ildönümü haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı 

 

     Azərbaycan  xalqının  tarixinə  1992-ci  il  fevralın  25-dən  26-na 



keçən  gecə  Xocalı  faciəsi  kimi  daxil  olmuşdur.  Ermənistan  silahlı 

qüvvələri  bütün  beynəlxalq  hüquq  normalarına  zidd  olaraq,  keçmiş 

sovet  ordusunun  Xankəndi  şəhərində  yerləşən  366-cı  motoatıcı 

alayının  şəxsi  heyətinin  iştirakı  ilə  yatan  şəhərə  hücum  edərək 

azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.  

     Bu  hərbi  təcavüz  zamanı  Xocalı  ağır  hərbi  texnikadan  şiddətli 

atəşlər  nəticəsində  darmadağın  edilmiş,  dinc  sakinlərə  aman-

sızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o 

cümlədən  106  qadın,  63  uşaq  və  70  qoca  xüsusi  qəddarlıqla  qətlə 

yetirilmiş,  meyitlər  üzərində  təhqiredici  hərəkətlərə  yol  verilmişdir. 

Həmin  kütləvi  qırğın  həyata  keçirilərkən  8  ailənin  həyatına  son 

qoyulmuş,  25  uşaq  hər  iki  valideynindən,  130  uşaq  isə 

valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır 

yaralanmış  və  1275  nəfər  girov  götürülmüşdür.  Girov  götürülən-

lərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. 

     Qanlı  Xocalı  qırğınını  törətməklə  Dağlıq  Qarabağın  hü-

dudlarından  kənara  çıxan  Ermənistan  Azərbaycana  qarşı  ge-

nişmiqyaslı  təcavüzə  başladı.  Ermənistan–Azərbaycan  Dağlıq  Qara-

bağ  münaqişəsi  zamanı  20  min  vətəndaşımız  öldürüldü,  50  min 

nəfərdən  çox  adam  yaralandı  və  əlil  oldu,  ölkəmizin  əra-zisinin  20 

faizi işğal edildi. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-

üzə qaldı. 

     Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik  Şurasının,  Avropa 

Parlament  Assambleyasının  və  bir  sıra  beynəlxalq  qurumların 

Ermənistan–Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlan-

ması və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində obyektiv 

həllini  tapmasına  dair  qətnamə  və  qərarlarına  baxmayaraq,  bu  günə 

qədər ATƏT-in Minsk qrupu çərçivəsində apa-  

 

 

-3- 



rılan danışıqlar heç bir nəticə verməmişdir. 

     Azərbaycanlılara  qarşı  erməni  şovinist  dairələrinin  XIX-XX 

əsrlərdə  mərhələ-mərhələ  həyata  keçirdiyi  etnik  təmizləmə  siyasə-

tinin  tərkib  hissəsi  olan  Xocalı  soyqırımı  haqqında  həqiqətlər  dünya 

ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbay-

can  xalqının  və  ümumən  insanlığın  əleyhinə  yönəldilmiş  bu  son 

dərəcə  ağır  hərbi  cinayət  beynəlxalq  miqyasda  öz  hüquqi-siyasi  qiy-

mətini almalıdır.  

     Xocalı  soyqırımı  zamanı  qətlə  yetirilmiş  həmvətənlərimizin 

xatirəsini  faciənin  iyirminci  ildönümü  ərəfəsində  dərin  hüznlə  bir 

daha  yad  edərək  və  Azərbaycan  Respublikası  Konstitusiyasının  109-

cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

     Azərbaycan  Respublikası  Prezidentinin  Administrasiyası  Xocalı 

soyqırımının  iyirminci  ildönümü  ilə  bağlı  tədbirlər  planı  hazırlayıb 

onun həyata keçirilməsini təmin etsin. 

                                                                                                                                    



İlham  Əliyev                                                        

                                            Azərbaycan  Respublikasının Prezidenti                                                                                                       

                                            Bakı şəhəri, 17 yanvar 2012-ci il. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

-4- 



Həzin kədərli bir musiqi səslənir... 

 

     Arxadan  səs:  Günəşli  Azərbaycanımızda,  doğma  diyarımızda 



Xocalı adlı bir cənnət vardı. Dağlar qoynunda yerləşən axar-baxarlı, 

güllü-çiçəkli,  bəxtəvər,  şən,  günü-gündən  gözəlləşən  Xocalı. 

Bənzərsiz təbiəti ilə adamı heyran edən haylı-haraylı Xocalı. 

İndi nə o hay-haraydan əsər-əlamət, nə gözəlliklərdən bir nişanə qal-

mışdır. O dilbər guşə, o gülüstan xarabazara çevrilmişdir. 

     I  aparıcı-  Xocalı  şəhəri,  Xankəndi,  Əsgəran,  Naxçıvanik, 

Mehdikənd,  Bozdağı  tərəfindən  əhatə  olunan  yeganə  Azərbaycanlı 

yaşayış məskəni idi. O zaman Xocalının 7 minə yaxın əhalisi var idi. 

     II  aparıcı-  1992-ci  ilin  dekabrında  daralan  mühasirə  halqası 

şəhərin  süqutunu  günbəgün  yaxınlaşdırırdı.  Xocalı  düşmən 

mühasirəsində barıt qoxulu ölüm hədəfi günlərini yaşayırdı. 

     I  aparıcı-  Şəhər  təpədən  dırnağa  qədər  silahalnmış  erməni 

diviziyası qarşısında əliyalın qalmışdı. Lakin fədakar Xocalı sakinləri 

bütün çətinliklərə sinə gərir, döyüşür və ümidlə köçək gözləyirdi. 

     II  aparıcı-  İmdad  diləyən  Xocalı  sakinləri  hər  dəfə  fəryad  çək-

dikcə  səsləri  Qarbağ  dağlarında  əks-səda  verib  özlərinə  qayıdır, 

daşürəkli  millət  rəhbərlərinin  heç  tükü  də  tərpənmirdi.  Fəlakət  isə 

sürətlə yaxınlaşırdı. 

 

                          Elatım, elim haray, 



                          Qan ağlar dilim, haray. 

                          Nə gələn var,  nə gedən, 

                                    Bağlanıb yolum, haray 

 

     I  aparıcı-  4  ay  idi  düşmən  məngənəsində  çırpınırdı.  Xocalı,  4  ay 



idi  qeyrətinin,  ümidinin  dar  ağacından  asılı  qalmışdı.  Başına  od 

yağırdı, tüstüsü ərşə dirək, ah-naləsi, fəryadı göylərə bülənd olmuşdu 

Xocalının. 

     II  aparıcı  -  Fəqət,  Bakı  Xocalını  eşitmirdi.  Bakıda  iqtidar  vəzifə 

xumarlığında  şirin  yuxuda,  muxalifət  isə  hakimiyyət  uğrunda 

maraqda yatmışdı. 

-13- 


V. Xocalı faciəsi və kitabxanaların qarşısında duran 

vəzifələr 

     Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar olaraq kitabxana-

larda  həmin  mövzuya  aid  sitatlar,  video  çarxlar,  kitab  sərgiləri,  foto 

stendlər, metodik guşələr, ədəbi-bədii kompazisiyalar təşkil edə bilər-

lər. Nümunə üçün ədəbi-bədii kompazisiyanın keçirilməsinə dair me-

todiki tövsiyələr. 

     I  aparıcı-  Əsrlərdən  bəri  doğma  Vətənimiz  Azərbaycanın  zəngin 

təbii  sərvətləri,  dünya  xəritəsində  tutduğu  əlverişli  mövqe  böyük  im-

periyaların  daim  diqqət  mərkəzində  olmuşdur.  Torpaqlarımızda  yer, 

süfrəmizdə  çörək  verdiyimiz  nankor  ermənilər  ac  imperiyaların  dəs-

təyinə  arxalanaraq  dənizdən-dənizə    “Böyük  Ermənistan”  yaratmaq 

xülyası  ilə  dönə-dönə  faciələr  törətmiş  dövlətimizin  içində  dövlət 

yaratmışlar. 

     II aparıcı- Zaman-zaman Azərbaycan xalqının salnaməsində ermə-

nilərin əli ilə yazılmış qanlı səhifələr, faciəli tarixlər sıralanmışdır. 

Xocalı  soyqırımı  xalqımızın  ən  yeni  tarixinin  qanlı  mürəkkəbi  quru-

mamış  səhifəsidir.  Xocalı  soyqırımı  sanki  uzun  illərdən  bəri  ermə-

nilərin  törətdiyi  1905-ci  il  qırğınını,  1918-ci  il  Şamaxı,  Quba,  Bakı 

qətliamını unutduğumuz üçün tarixin bizə verdiyi acı yaddaş dərsidir. 

     I  aparıcı-  Bu  gün  Xocalı  soyqırımının,  Xocalı  faciəsinin,  Xocalı 

dəhşətlərinin  20-ci  ildönümüdür.  Erməni  vandalizminin,  erməni  qəd-

darlığının,  xaçpərəst  əlbirliyinin  açıq  nümunəsi  olan  o  qanlı  fevral 

gecəsi  hər  il  bütün  Azərbaycan  xalqı,  bütün  sülhsevər  ölkələr  tə-

rəfindən  acı  təəssüf  hissi  və  ürək  yanğısı  ilə  qeyd  edilir.  Bugünkü 

tədbirimiz  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  xalqımızın 

başına açılan o dəhşətli müsibətlərə həsr olunub. 

     II  aparıcı-  Yaxşı  qulaq  asın  bu  qəmli,  ibrətamiz,  faciəvi  hekayətə. 

Onu  yaddaşınıza  həkk  eləyin,  dostunuza  yoldaşınıza  danışın, 

oğlunuza,  qızınıza  nəql  eləyin.  Qoy,  gələcək  nəsillər  xalqımızın 

başına  gətirilən  bu  müsibətləri,  Xocalı  harayını,  Xocalı  məşhərini, 

Xocalı genosidini heç zaman unutmasın. 

 

-12- 



II. Xocalı haqqında 

 

     Xocalı  rayonu  1991-ci  il  noyabr  ayının  26-da  Əsgəran  rayonu 



bazasında yaradılmışdır. Rayonun ərazisi 1991-1992-ci illərdə ermə-

ni  silahlı  qüvvələri  tərəfindən  işğal  edilmişdir.  Sahəsi  0,97  min  kv. 

km, əhalisi 24417 nəfər (1991-ci il). Rayonda 1 şəhər, 2 qəsəbə, 50 

kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Ağdam şəhərinin 18, Xan-

kəndi şəhərinin 14 km-liyində, Qarabağ silsiləsində yerləşir. 

     Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin 

olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə, ətrafında son tunc və 

ilk  dəmir  dövrünə  aid  nekropol,  kurqan  çölü  və  sairə  var.  Xocalı 

qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə aid arxeoloji abidələr, 

daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar, 

qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bə-

zək əşyaları, tunc əmək alətləri aşkar edilmişdir. Burada çoxlu sayda 

"Qoç  və  yəhər"  şəkilli  qəbir  daşı,  müqəddəs  ziyarətgahlar  –  Seyid 

Cəlalın ocağı, Cahan nənənin ocağı var. 

     Xocalı  şəhəri  və  Əsgəran  qəsəbəsi  arasında,  Qarqarçayın  sağ  və 

sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki isteh-

kamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sa-

hildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala 

dördkünc  bürclüdür.  Divarların  qalınlığı  2-3  metrdir.  1810-cu  ildə 

Rusiya  ilə  İran  arasında  sülh  danışıqları  Əsgəran  qalasında  aparıl-

mışdır. 

     Xocalı  şəhəri  Ağdam  şəhərinin  18,  Xankəndi  şəhərinin  14  kilo-

metrliyində,  Qarabağ  silsiləsində  yerləşirdi.  İqlimi  mülayim-istidir. 

Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə 

aid yazıları olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 

800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban 

pir-ocaqları və s. var.  Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd 

ağanın otağı" tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və 

daş qəbirlər var. 

 

-5- 



III. Xocalı faciəsi haqqında 

 

      1988-ci  ildən  başlamış  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 



münaqişəsi  tarixində  ən  müdhiş  hadisələrdən  biri  Xocalıda  baş  ver-

miş  soyqırım  oldu.  Bu  hadisə  XX  əsrin  ən  dəhşətli  və  qəddar  faciə-

lərindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan 

Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur. 

     Xocalı  faciəsi  iki  yüz  ilə  yaxın  bir  müddətdə  erməni  şovinist-mil-

lətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata ke-

çirilən  etnik  təmizləmə  və  soyqırımı  siyasətinin  davamı  və  ən  qanlı 

səhifəsıdir.  Öz  miqyasına  və  dəhşətləriniə  görə  dünya  tarixində  ana-

loqu  az  olan  Xocalı  soyqırımını  törətməkdə  erməni  şovinistləri  və 

ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı 

və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik 

və  ərazi  bütövlüyü  uğrunda  mübarizə  əzmini  qırmaq  idi.  Lakin 

mənfur  düşmən  öz  niyyətlərinə  çata  bilmədi.  Doğrudur,  faciə  bütün 

Azərbaycan  xalqını  sarsıtmış,  Xocalı  sakinlərinə  sağalmaz  yaralar, 

mənəvi  zərbələr  vurmuşdur.  Lakin  xocalılar  hətta  amansız  soyqırım 

günündə  də  özlərini  əsl  qəhrəman  kimi  aparmış,  erməni-sovet  hərbi 

birləşmələrinə  qarşı  qeyri-bərabər  döyüşdə  igidliklə  vuruşmuş, 

düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli 

səhifələr yazmışlar. 

     Cinayətkar  erməni  hərbi  birləşmələrinin  vəhşiliyi  nəticəsində  613 

nəfər  şəhid,  487  nəfər şikəst  olmuş,  1275  nəfər  dinc  sakin  –  qocalar, 

uşaqlar,  qadınlar  əsir  götürülərək  ağlasığmaz  erməni  zülmünə,  təh-

qirlərə  və  həqarətlərə  məruz  qalmışlar.  150  nəfərin  taleyi  hələ  də 

məlum  deyildir.  Şəhid  olanların  106  nəfəri  qadın,  63  nəfəri  isə  az-

yaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatma- 

mış  oğlan  və  qızlardır.  8  ailə  bütövlükdə  məhv  edilmiş,  24  uşaq  hər 

iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. 

şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin   

 

 

 



-6- 

 

 



     

   Heydər Əliyev Fondunun vitse-

prezidenti Leyla Əliyeva mərasimdə 

iştirak etdiyi Bosniya və 

Herseqovinanın paytaxtı Sarayevo 

şəhərində Heydər Əliyev Fondunun 

təşəbbüsü ilə yenidən qurulan «Dostluq parkı»nın və Xocalı 

soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. 

 

 

     



     

   "Xocalıya  ədalət!"  kampaniyası  çər-

çivəsində  Böyük  Britaniyanın  Lordlar 

Palatasında  Xocalı  soyqırımı  ilə  bağlı 

konfrans baş tutub.  

 

 



 

 

 



 

      


İsveçdə  Xocalı  soyqırımının  20-ci 

ildönümü  ilə  bağlı  fevralın  26-da 

nümayiş  keçirilib.  Məlumata  görə,  nü-

mayişi  İsveçdəki  Azərbaycan  Fede-

rasiyası  təşkil  edib.  Nümayiş  Stok-

holmun  Sergelstorg    Meydanında  keçirilib.  Nümayiş  iştirakçıları 

dünya parlamentlərinin soyqırımın tanıması şüarlarını irəli sürüblər. 

 

 



 

-11- 


 

Xocalı faciəsinin 20-ci il dönümünə  

həsr olunmus tədbirlər 

 

      


     Xocalı faciəsinin 20-ci ildönümü ilə 

əlaqədar 26 fevral 2012-ci il tarixində 

Azərbaycan  Respublikasının Prezidenti 

İlham Əliyevin də iştirakı ilə Bakıda 

böyük  yürüş keçirildi. 

 

 



                                 

 

     Xocalı  soyqırımının  20-ci  ildönümü 

fevralın  26-da  qardaş  Türkiyədə,  İstan-

bulun  Taksim  meydanında  da  izdihamlı 

yürüşlə anılıb. 

 

 



      

 

     Mançester Azərbaycan Cəmiyyətinin 



(Azerbaijani Society in Manchester) 

təşkilatçılığı ilə Mançester Universitetinin 

azərbaycanlı tələbələri tərəfindən 

“Xocalıya Ədalət!” kampaniyası çər-

çivəsində Xocalı faciəsinin ildönümü ilə 

əlaqədar anım aksiyası keçirilib. Cəmiyyətdən verilən məlumata görə, 

nümayişdə 30-dan çox həmyerlimiz iştirak edib. 

 

 



 

 

 



-10- 

ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini 

müxtəlif dərəcəli bədən xəsarəti almışdılar. 

     Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə ye-

tirilmişdir.  Onlar  diri-diri  yandırılmış,  başları  kəsilmiş,  qafalarının 

dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə 

qadınların  qarınları  yarılmışdı.  Meyitlər  üzərində  dilə  gətirilməsi 

mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir. 



       Xocalı soyqırımı şahidlərin dilindən: 

     Abdullayeva Sevil o gecəni belə xatırlayır: 

Oğlum  Eldəniz  və  Ceyhunla  gedirdik.  Eldəniz  məndən  arxada  idi. 

Hava dumanlı idi. Göz gözü görmürdü. Əgər səslənsəydik, ermənilər 

səsimizi  eşidərdi.  Ceyhunu  yaralamışdılar.  Mən  ona  nəfəs  verməyə 

çalışırdım, oğlum qanlar axıdırdı. Güllü ilə oğlu Şövkət onda bizim 

yanımızda  idi.  Hər  ikisi  yaralı  idi.  Güllü  evdən  götürdüyü  pulları 

yandırdı ki, isti olsun. Lakin tüstü hər  yeri sarıdı. Az keçmədiki er-

mənilər  başımızın  üstünü  almışdı.  Onlar  Güllü  ilə  oğlunu  güllə-

lədilər. Üstümdə olan bütün qızıl və pullarımı onlara verdim ki oğlu-

ma  toxunmasınlar.  Onlar  bizi  əsir  götürüb  Xankəndinə  apardılar. 

Əsirlik həyatı dözülməz idi. 

     Şurik  Şamil  qızı  Quliyeva  1936-cı  ildə  Dağlıq  Qarabagın  Qara-

kötük kəndində anadan olmuşdu.  Qarabağ konflikti  yarananda oğul-

ları Əkbər və  Taleh torpaqlarını qorumaq üçün Milli Orduya qoşul-

dular.  Həmin  gecə  Taleh  son  gülləsinə  kimi  döyüşdü.  Lakin  ermə-

nilər onu və yanında olan qadınları əsir aldılar. Talehi güllələri bitnə 

kimi  güllələdirlər.  Talehin  yaralanmış  arvadı  Ramilə  və  oğlu  Samir 

ermənilərdən  qaçmağa  çalışırdılar.  Lakin  qurtula  bilmədilər.  Şurikin 

həyat  yoldaşı  Zəkərə  də  ermənilər  tərəfindən  öldürüldü.  Həmin  gün 

ailənin bütün üzvləri yaşlısından tutumuş körpəsinə kimi erməni gül-

ləsinə tuş gəldi. 



   Xocalы  шяhяrinin  iшьalы  zamanы  яsir  gюtцrцlмцш  Яmirova 

Xяzяn-gцl Tяvяkkцl qыzынын сюйлядикляри:       

   

 

 

-7- 


-1992-ci  ildя  fevralыn  25-dяn  26-a  keчяn  gecя  Xocalы  faciяsi  baш 

verdi. Шяhяrя hцcum edяn silahlы ermяnilяr bizi meшяdя эиров gю-

tцrdцlяr.  Эиров  gюtцrцlmцш  bacыm  Yeganя  vя  anam  Raya  ermя-

nilяr  tяrяfindяn  gцllяlяndi.  Bizi  digяr  яsir  vя  girovlarla  birlikdя 

Яsgяran  rayonuna  gюndяrdilяr.  Burada  ermяnilяr  atam  Tяvяk-kцlц 

aьaca  baьlayыb  onu  «Azяrbaycan  ermяnilяrin  torpaьыdыr»  demяyя 

mяcbur  ediрдиlяr.  Atam  isя  cavab  verdi:  «Юlsяm  dя  vяtя-nimi 

ermяnilяrя  satmaram».  Ermяnilяr  atamыn  цstцnя  benzin  tю-kцb 

яvvяlcя ayaqlarыnы  yandыrdыlar. Atamsa elя  hey tяkrar edirdi: Сiz 

mяni  dя,  uшaqlarыmы  da  юldцrsяniz  belя,  biz  Azяrbaycanы  ver-

mяyяcяyik,  bu  torpaq  bizimdir.  Bundan  sonra  ermяnilяr  atamы  diri-

diri yandыrdыlar.  



     Яzizov  Ramil  Иbrahim  oьlu    Xocalыnыn  iшьalы  zamanы  эиров 

gюtц-rцlцb. Рамилин сюйлядикляри:  

-Gecя,  ermяni  silahlы  birlяшmяlяri  Xocalы  шяhяrinя  hцcum  edяn 

zaman atam Иbrahim vя bюyцk qardaшыm Elmin postdan qayыdыb 

bizi  evdяn  чыxartdыlar.  Biz  mцhasirяdяn  чыxmaьa  чalышaraq 

Aьdam  tяrяfядяки  meшяyя  qaчdыq.  Yolda  Naxчыvanik  kяndi 

istiqamяtindя atяш altыna dцшdцk. Mяnim yaшlы anama gцllя dяydi 

vя o, meшяdя hяlak oldu. Hяmkяndlimiz Tahir aьыr yaralы idi, o da 

meшяdя  юldц.  Onun  qucaьыnda  olan  3-4  yaшlы  qыz  uшaьыnы 

Elxan  adlы  kiшi  xilas  etmяyя  чalышdы.  Amma  heч  10  metr  dя 

getmяmiшdi  ki,  ermяnilяr  qucaьыndakы  uшaьы  vurdular,  Elxanын 

юzц isя yaralandы.  

 

 

 



 

 

 



 

 

 



 

 

VI.



 

Xocalı faciəsi mətbuatın gözü ilə: 

 

     Krua El Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər 

Xocalıya  hücum  etmişlər.  Bütün  dünya  eybəcər  hala  salınmış 

meyidlərin  şahidi  oldu.  Azərbaycanlılar  çoxlu  sayda  ölənlər  barədə 

xəbər verirlər. 

     Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri 

minlərlə ailəni məhv etmişlər. 

     Faynenşl  Tayms  qəzeti  (London),  9  mart  1992-ci  il:  Ermənilər 

Ağdama  tərəf  gedən  dəstəni  güllələmişlər.  Azərbaycanlılar  1200-ə 

qədər cəsəd saymışlar. 

     Faynenşl  Tayms  qəzeti  (London),  14  mart  1992-ci  il:  General 

Polyakov  bildirmişdir  ki,  366-cı  alayın  103  nəfər  erməni  hərbiçisi 

Dağlıq Qarabağda qalmışdır. 

     Livanlı  kinooperator  təsdiq  etmişdir  ki,  onun  ölkəsinin  varlı 

daşnaq icması Qarabağa silah və adam göndərir. 

     Tayms  qəzeti  (London),  4  mart  1992-ci  il:  Çoxları  eybəcər  hala 

salınmışdır, körpə qızın ancaq başı qalmışdır. 

     İzvestiya  (Moskva),  4  mart  1992-ci  il:  Videokamera  qulaqları 

kəsilmiş  uşaqları  göstərdi.  Bir  qadının  sifətinin  yarısı  kəsilmişdir. 

Kişilərin skalpları götürülmüşdür. 

     İzvestiya  (Moskva),  13  mart  1992-ci  il:  Mayor  Leonid  Kravets: 

Mən  şəxsən  təpədə  yüzə  yaxın  meyid  gördüm.  Bir  oğlanın  başı  yox 

idi.  Hər  tərəfdə  xüsusi  qəddarlıqla  öldürülmüş  qadın,  uşaq,  qocalar 

görünürdü. 

     Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici 

jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları 

götürülmüş,  dırnaqları  çıxardılmış  3  nəfəri  görmüşlər.  Bu 

azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.. 

     Valer  aktuel  jurnalı  (Paris),  14  mart  1992-ci  il:  Bu  "muxtar 

regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə 

müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın 

Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır.  



 

-9- 

Каталог: front -> files -> libraries -> 1046 -> documents
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
documents -> Sessiyasında kitabxanalar tərəfindən qeyri-maddi mədəni irsə dair
1046 -> Biri var idi, biri yox idi. Dünyada insanlar yox ik


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə