Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə2/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   244
 

 

 

 

 

2008


018

018


07

658


12

1906000000







)



(

M

I

 

 



         © «Bakı Universiteti» nəşriyyatı, 2008 

 

 



 

G  İ  R  İ  Ş

 

 

Son  illər  ərzində göbələklərə münasibət kökündən də-

yişmişdir. Belə ki, canlılar aləmində onların yeri artıq müəyyən 

edilmişdir. Lakin  göbələklərin təsnifatı, sayı, ayrı-ayrı qru-

pların yeri  məsələsi mübahisəli qalır. 

Göbələklər canlıların böyük qrupu olub, 100000-dən 

250000-ə  qədər nümayəndəni cəmləyir. Bir qrup mikoloqlar 

hesab edirlər ki, bu gün göbələklərin sayı  1,5 milyonu keçmiş-

dir. Bu mikoloqlar onu əsas götürürlər ki, bu gün dəniz və 

okeandakı yosunlar və su bitkiləri, su heyvanları, göbələk və 

digər orqanizmlər üzərindəki göbələklərin sayı  və növü 

öyrənilməmişdir. Göbələklərin insan həyatında rolu böyükdür. 

Onlar bitkilərdə və heyvanlarda bir çox xoşagəlməz xəstəliklər 

törədirlər. Onlar habelə  sənaye  məhsullarını,  ərzaq 

məhsullarını, optik cihazları  və kitabları xarab edib yararsız 

hala salıtlar. Bütün bunlarla yanaşı, göbələklər insan üçün bir 

çox bioloji aktiv maddələrin sintezində yaxından iştirak edirlər. 

Göbələklərin ən böyük rolu tibb aləmindədir. Bunlarla bərabər 

göbələklər fizioloqların, genetiklərin, biofiziklərin və  nəhayət, 

mikoloqların tədqiqat obyektidir. 

Bu kitabda ən son məlumatlar verilməklə, göbələklərin 

canlılar aləmində yeri verilir. Bu dərs vəsaitində göbələklərin 

müasir təsnifatı, quruluşu, fiziologiyası, biokimyası, çoxalma-

ları, ekologiyası, onların insan həyatında və  təbiətdəki rolu 

geniş şərh olunur. Bu şərhlər Z.V.Qaribova və N.P.Çerepanova 

(2005) tərəfindən verilir.  Dərs vəsaitində göbələklərin müasir 

təsnifatına dünya mikolqlarının baxışı verilir. Dünya mikolo-

qlarının  ən görkəmli nümayəndəsi sayılan alman mikoloqu 




 

  E.Müller və V.Zefflerin verdiyi təsnifat bütün dünya mikolo-

qları  tərəfindən qəbul edilmişdir (1995). Bu kitabda göbələyə 

bənzər protistlərin və  əsil göbələklərin quruluşu, canlılar 

aləmində onların yeri ətraflı  şərh edilir. Həmçinin 2008-ci ilə 

kimi dünya mikoloqlarının  ən son nailiyyətləri öyrənilmiş  və 

onlardan lazımınca istifadə edilmişdir (Dyakov Y.T., 2008). 

Dərs vəsaiti  bu sahədə ixtisaslaşan gənc bioloq-alimlər və 

tələbələr üçün, habelə pedaqoji, tibb və  kənd təsərrüfatı 

universitetlərinin müəllim və tələbələri üçün nəzərdə tutulub. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin