Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə3/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   244
Göbələklərin fiziologiyası,  

onun predmeti və problemləri 

 

 Canlı orqanizmlərin  ənənəvi bölgüsü zamanı göbələkləri 



adətən bitkilər aləminə aid edirdilər. Bunun əsas səbəbi, 

bitkilərdə olduğu kimi, göbələklərdə  də qida maddələrinin 

məhlullardan (mühitdən) bütün səthi ilə absorbsiya olunması, 

yaxşı formalaşmış hüceyrə qılafı (divarı), vegetativ vəziyyətdə 

hərəkətsizlik və s. olmuşdur. Lakin bitkilərdən fərqli olaraq 

göbələklər heterotrof qidalanmağa qabildir və bu xüsusiyyət 

onlarda maddələr mübadiləsinin xarakterində də özünü göstərir. 

Belə ki, metabolik proseslərdə sidik cövhərinin əmələ gəlməsi, 

ehtiyat qida maddəsi kimi nişasta deyil, qlikogenin toplanması, 

həmçinin də, xitin maddəsinin olması göbələklərin heyvanat 

aləminə oxşarlığını sübut edən dəlillərdəndir. 

Beləliklə  də, bir sıra fizioloji və biokimyəvi 

xüsusiyyətlərinə görə göbələklərin həm bitkilərlə, həm də hey-

vanat aləminə oxşarlığı vardır. Bunları  nəzərə alaraq hazırda 

göbələkləri müstəqil aləm kimi eukariot orqanizmlərə aid 

edirlər. Göbələkləri, bitki və heyvanlardan əsaslı  şəkildə 

fərqləndirən cəhətlər də, mövcuddur. Bunlara: əsasən sporlarla 

çoxalma, qeyri-məhdud böyümə, özlərinə xas olan sitoxrom 

«C», sürətlə böyümə, səthin həcmə olan nisbətinin çox böyük 

olması və s. aiddir.  

     Hazırda mövcud məlumatlara görə göbələklərin 120.000-

dən çox növü məlumdur. Göbələk orqanizmində maddələr 

mübadiləsindəki spesifikliyin müəyyən edilməsi, həmçinin də, 

bu orqanizmlərdən praktiki məqsədlər üçün istifadənin effektiv-

liyi, onların fiziologiyasının daha ətraflı öyrənilməsi ilə 

bilavasitə bağlıdır. Məlumdur ki, fiziologiya, sözün geniş 

mənasında «orqanizmlərin həyat fəaliyyətinin qanunauy-

ğunluqları haqqında elmdir». Həyat fəaliyyəti anlayışı isə, canlı 

ilə onun mövcud olduğu mühit arasında spesifik münasibətlərin 

məcmuunu nəzərdə tutur. Belə bioloji münasibətlər çoxlu sayda 




 

  fizioloji funksiyalarla müəyyən edilir.  

Göbələklərin fizioloji xassələrinin, xüsusilə də, qidalanma-

larına aid nəticələrin, XIX əsrin ikinci yarısından başla-yaraq 

(L.Pasterin və başqalarının işləri) toplanmasına baxmayaraq, 

onların müasir fiziologiyası,  əsas etibarilə, XX əsrin ikinci 

yarısından daha sürətlə inkişafa başlamışdır. Bunun başlıca 

səbəbi, hər  şeydən  əvvəl, biotexnoloji sənayenin inkişafı, 

həmçinin də göbələk xəstəliklərinin daha ətraflı öyrənilməsinə 

olan zərurətdən irəli gəlir. Belə ki, göbələklərdən istifadə 

etməklə, üzvi turşuların biosintezi, vitamin və digər preparat-

ların alınması, bəzi  ərzaq məhsullarının hazırlanması, 

antibiotiklərin istehsalı  və s. üzrə güclü sənaye sahələrinin 

yaradılması üçün əlverişli imkan yarandı. Bütün bu 

problemlərin uğurlu həlli, göbələklərin fiziologiyasının 

dərindən öyrənilməsini tələb edir. Digər tərəfdən, fizioloji, bio-

kimyəvi, genetik və seleksiya sahəsindəki tədqiqatlar, 

göbələklərdə maddələr mübadiləsini arzu olunan istiqamətə 

yönəltməyə  də imkan verir ki, bunun da sayəsində daha 

məhsuldar növlər yaratmaq mümkün olur.  

Beləliklə, göbələklərin fiziologiyası, elmi biliklərin çox 

geniş sahəsini  əhatə edir. Göbələklərin fiziologiyasında  ən 

mühüm problem bu orqanizmlərdə maddələr mübadiləsinin 

ətraflı öyrənilməsidir. Göbələklərin böyüməsi və inkişafı, qi-

dalanması, çoxalması,  su  rejimi və s. qarşıya qoyulan prob-

lemlərdəndir. Artıq indi göbələklərin fiziologiyasını, digər 

bioloji fənnlər sırasına qaldırmağın vaxtı çatmışdır. 

Beləliklə  də, mikologiyanın morfoloji, ekoloji və fizioloji 

aspektlərinin qarşılıqlı  əlaqə prinsipi təcrübi işlər üçün də 

böyük əhəmiyyət kəsb edir.  

 

 

 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin